17:30 05 Aprel 2017
1371 dəfə oxunub
Çap versiyası
...

Xalq arasında gedərək yayılan şəfalı bitkilər, səhv istifadə edildikdə səhiyyə baxımından risk yarada bilər. Soyuqdəymə zamanı ilk istifadə edilən bitkilərdən biri olan cökə qaynadıldıqda faktor maddəsini itirir. Mütəxəssislər kantaron yağı və cökə kimi bəzi bitkilərlə əlaqədar xəbərdarlıq etdilər.

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, bitkilərin hazırlanması və istifadəsi zamanı mütləq şəkildə elmi əsaslara baxılmasının lazım olduğunu dilə gətirən ekspertlər mövzu barəsində ətraflı məlumat verdilər: "Bitkilərə görə hazırlanma metodları da dəyişir. Kantaron bitkisinin şüursuz bir şəkildə istehlakı son dərəcə təhlükəlidir. Çünki bu kantarondakı bəzi faktor maddələr gün işığına çıxdığımız zaman dərimizi yandıra bilər. Bu isə, dəri xərçənginə qədər çatdıra bilər.
 
Onun üçün kantaronun istifadəsi, ümumiyyətlə günəş olmadığı zaman, axşam vaxtı üçün tövsiyə edilməlidir. Xüsusilə kök kimi sərt hissələri qaynatma üsulu ilə, çiçək kimi həssas qismləri isə çay dəmləmə üsulu ilə hazırlanmalıdır.
 
İnsanlar ümumiyyətlə araşdırma etmədən tibbi bitkiləri istehlak edir. Bizim istədiyimiz budur ki, araşdırma aparılsın, elmi işlərə baxılsın və ona görə istifadə edilsin".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6831 san