14:35 05 Aprel 2017
1174 dəfə oxunub
Çap versiyası
...

Suriyanın İdlib əyalətində kimyəvi hücum nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb. Britaniyada yerləşən İnsan Haqlarının Müdafiəsi üzrə Monitorinqin Suriya Mərkəzi ölənlər arasında 20 uşağın və 17 qadının olduğunu bildirib.
 
Hüquq müdafiəçiləri hadisə nəticəsində itkin düşənlər olduğundan həyatını itirənlərin sayının artacağını güman edirlər.
 
Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyhun şəhəri ağır bombardmana məruz qalıb. Suriyalı fəalların verdiyi məlumata əsasən, ölkənin şimal-qərbində yerləşən şəhərə ya hökumət qüvvələri, ya da Rusiyaya məxsus aviasiya hücum edib. Bombardmanın ardından insanlar boğulmağa və qusmağa başlayıb, bəzilərinin ağzından köpük gəlib.
 
TASS informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, Rusiya və Suriya hərbçiləri insidentdə iştiraklarını təkzib ediblər. Bir müddət sonra RF Müdafiə Nazirliyi Xan-Şeyhunun şərq ətrafına Suriya aviasiyasının zərbə endirdiyini açıqlayıb. Rusların məlumatına əsasən, bombardman nəticəsində yaraqlıların zəhərli maddələrdən istifadə etməklə silah-sursat hazırladıqları sex dağılıb.
 
Britaniya və Fransa İdlib əyalətində kimyəvi silahdan istifadə olunmasını qınayan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına çıxarıb. Təhlükəsizlik Şurası Xan-Şeyhun şəhərindəki insidentlə bağlı bu gün axşam saatlarında açıq iclas keçirəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:56 20.09/2018
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7011 san