15:15 05 Aprel 2017
596 dəfə oxunub
Çap versiyası
...

Bakıda mis oğrusu saxlanıldı.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əcəmi Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb.

Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, o
nun ətrafında aparılan tədbirlərlə  rayon ərazisində əlavə olaraq 8 mənzilin su sayğacını oğurlaması da müəyyən edilib.

Zaur Nəsirov ilkin ifadəsi zamanı oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırdığını və içərilərində olan misi Yasamal rayonu ərazisində metal qəbulu məntəqəsinə satdığını bildirib.

Zaur Nəsirov – Saxlanılan şəxs: 
“Krantı” bağlayırsan su gəlməsin, sonra əlinlə içəridən açırsan balaca plasmas çıxır. Onun da içini sökürsən metal çıxır. Metal qəbul olunan yerə verirdim. Çəkisi 6 manat 50 qəpikdən”.


Əməliyyat tədbirinin davamı olaraq Zaur Nəsirovun oğurluq yolla əldə etdiyi misi satdığı metal qəbulu məntəqəsinin sahibi Laçın rayon sakini Rəfiqə Həşimova da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

Rəfiqə Həşimova – Metal qəbulu məntəqəsinin sahibi: “Zaur mənə 3 dəfə mal satıb. Oğurluq olduğunu bilməmişəm. Soruşmuşam ki, oğurluqdu? Deyib yox, oğurluq deyil. 100 dəfə də demişəm ki, qadın xeylağıyam mənə oğurluq mal vermə”.

Zаur Nəsirovun Binəqədi rayonunda yerləşən binaların bir neçəsinin liftinin əyləc dolaqlarını oğurladığı da məlum olub. Onun məqsədi yenə də əlvan metal əldə edib satmaq olub.

Zaur Nəsirov – Saxlanılan şəxs: “Bloka girirdim. Liftlə axırıncı mərtəbəyə qalxıb şaxtaya girirdim. Motor orada yerləşir. Onun üstündə əyləc var. Onun içində kəlbətinlə toku kəsirdim ki, məni tok vurmasın. Şünuru ayırırdım, qapağı çıxarırdım, 3 boltu açırdım, atferkanı açıb qaldırırdım mis çıxırdı. 4 kilo mis çıxırdı. Kilosunu 7 manatdan “20 yanvar”a təhvil verirdim”.

Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir
.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-01-2018
22-01-2018
22.01.2018 Bakıda faciə
22.01.2018 Neft bahalaşıb
21-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4975 san