14:50 05 Aprel 2017
3162 dəfə oxunub
Çap versiyası
...



29 mart-2 aprel 2017-ci il tarixində Beynəlxalq MMA (qarışıq təkbətək döyüş) Federasiyasının (International Mixed Martial Arts Federation) təşkilatçılığı ilə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 2017-ci il üzrə həvəskarlar arasında Avropa Çempionatında Azərbaycan idmançısı Sənan Səfərli qalib gələrək 56 kq çəki dərəcəsində birinci yeri tutmuşdur.

Qeyd edilməlidir ki, Sənan ilk görüşdə əslən erməni olan Livan idmançısını məğlub etmişdir. Daha sonra Qazaxıstan idmançısına qalib gələrək finala yüksələn idmançımız çempionata ev sahibliyi edən Bolqarıstan idmançısına final görüşünün elə ilk raundunda boğucu fənd tətbiq edərək döyüşü vaxtından əvvəl qələbə ilə bitirmişdir.

Sənan Səfərli MMA üzrə Avropa Çempionatının qızıl medalına layiq görülmüş, təltifetmə mərasimində Azərbaycan himni səsləndirilmişdir.

Sənan Səfərlinin qələbəsi ilə yanaşı çempionatda qarışıq təkbətək döyüş üzrə Azərbaycandan olan iki hakim – Cavid Məmmədov və Vüsal Bayramov çempionat çərçivəsindəki döyüşlərdə referi qismində çıxış etmişlər.

İMMAF Dünyada yeganə beynəlxalq idman MMA Federasiyasıdır. Azərbaycan MMA Liqasi İMMAF Beynəlxalq MMA Federasiyasının tamhüquqlu üzvüdür və Azərbaycanda rəsmi nümayəndəsidir. Kənan Məmmədov - Azərbaycan MMA Liqasının prezidentidir.


Çempionatın nəticələri ilə aşağıdakı keçid vasitəsilə Beynəlxalq MMA Federasiyasının rəsmi səhifəsindən məlumat əldə edilə bilər http://www.immaf.org/2017-euros-championships-results/.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7234 san