16:15 05 Aprel 2017
483 dəfə oxunub
Çap versiyası
...

ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin dəstək reytinqi dövlətin sabiq başçısı Barak Obamada müşahidə olunan minimumdan da aşağı düşüb.

Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, CBS telekompaniyasının dərc etdiyi tədqiqat sorğusunun nəticələrinə görə, rəy bildirənlərin 57 faizi Donald Trampın ali dövlət postundakı fəaliyyətini mənfi, yalnız 35 faizi müsbət qiymətləndirir.

Sorğunun nəticəsi Ağ evin indiki sahibinin reytinqinin Barak Obamanın 2013-cü ildə qeydə alınan 38 faizlik dəstək minimumundan da aşağı səviyyədə olduğunu göstərib. Keçmiş prezident kiçik Corc Buşu isə 2008-ci ildə cəmi 28 faiz insan dəstəkləmişdi. Lakin tədqiqat müəllifləri qeyd edir ki, “bu səviyyəyə çatmaq üçün ona 8 il, iki qeyri-populyar müharibə və qeyri-sabit iqtisadi vəziyyət” lazım gəlmişdi.

Respondentlərin 55 faizi Trampın seçkiqabağı vədlərinə əməl etdiyini bildirsə də, onun səhiyyə və ətraf mühitin mühafizəsi sahələrində addımlarını mənfi qiymətləndirib. Trampın xarici siyasəti isə ABŞ vətəndaşlarının 58 faizinin xoşuna gəlməyib.

Qeyd edək ki, martın 30-dan aprelin 3-dək keçirilən sorğuda 1100-dən çox respondent iştirak edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-01-2018
22-01-2018
22.01.2018 Bakıda faciə
22.01.2018 Neft bahalaşıb
21-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4484 san