10:56 18 Aprel 2017
2384 dəfə oxunub
Çap versiyası

 

 

Gilə-gilə əriyərək bu axşam,

Niyə söndü, söylə niyə, bu şam? –

Nədən belə şölə çəkib yanırdı,

Niyə belə ona baxıb donmuşam?!

 

Dəli bir həvəslə yazmaq istədim –

Elə bil işlərim tərsinə döndü.

Mənim son ümidim, sonsuz həsrətim,

Tərslikdən bu gecə şamım da söndü...

 

İçimdə hayqıran o söz karvanı,

Gəzib-dolaşardı bütün dünyanı.

Nə bir həvəs oldu, ilhamım öldü,

Tərslikdən bu gecə şamım da söndü...

 

Deməyə nə qədər sözüm var hələ,

Daşmağa dənizim, yanmağa közüm.

Qaranlıq ağamdı, mənsə bir kölə

Yazmağa əlim yox, görməyə gözüm.

 

Tərslikdən bu gecə şamım da söndü.

İçimdə sözlərdən tonqal qaladım.

Yaxşı ki, deməyə sözlərim varmış

Yoxsa bu gecəni odsuz qalardım...


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5146 san