15:36 22 Aprel 2017
1433 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Son vaxtlar “Avropanın nəbzi” vətəndaş təşəbbüsü Avropa İttifaqı ölkələrinin həmrəyliyini alqışlayan və vətəndaş etirazı formatının yalnız “Almaniya üçün alternativ” partiyasından və ya “Pegida” antiislam hərəkatından olan sağçı populistlərlə assosiasiya olunmasını istəməyən almanların çoxunu cəlb edir.

Artıq xeyli vaxtdır ki, bazar günləri avropapərəst nümayişlərə çıxmaq, üzərində ulduz şəkilləri olan göy rəngli bayraqları yellətmək, Avropa İttifaqının himninin sədaları altında canlı zəncir şəklində düzülmək, hətta şəhərin mərkəzi meydanlarındakı açıq mikrofona yaxınlaşaraq Avropa İttifaqına öz sevgisini bildirmək Almaniyada şəhər ziyalıları arasında yaxşı davranış əlamətinə çevrilib. “Avropanın nəbzi” adlanan bu cür aksiyalar artıq ölkənin bir sıra şəhərlərində mərasimə çevrilib.

2017-ci ilin əvvəlindən Almaniyanın 70 şəhərində, habelə Brüssel, Paris və Amsterdamda, Avropanın daha 20-yə yaxın şəhərində minlərlə insan küçələrdə keçirilən aksiyalara qoşularaq Avropa İttifaqını dəstəkləyir.

“Avropanın nəbzi” hərəkatının proqramı bu hərəkatın saytında şərh edilib. “Avropa İttifaqı dağıdılmamalıdır”, “Biz məsuliyyət daşıyırıq”, “Bizə islahatlar lazımdır”, “Avropa azadlıqları toxunulmazdır” və digər ümumi frazalardan ibarət proqram bəndləri avropalıların çoxunun ürəyindəndir.

Bəs “Avropanın nəbzi” yalnız müvəqqəti coşqudur, yoxsa inkişaf edərək tamdəyərli sosial hərəkata çevriləcək? – ekspertlər bu suala qabaqcadan cavab vermək istəmirlər. Onların çoxunun fikrincə, konkret siyasi gündəliyi olmasa bu təşəbbüs tezliklə sıradan çıxacaq.

Vüqar Seyidov


Müəllifin digər yazıları

  1. Deyəsən Avropa dağılır
  2. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  3. Almaniyada erməni fırıldaqları
  4. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  5. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  6. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  7. AFR Prezidenti Moskvaya səfər edəcək
  8. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  9. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  10. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  11. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  12. Dünya güclü kiberhücuma məruz qalıb
  13. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  14. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  15. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  16. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  17. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  18. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  19. Almaniyada prezidenti necə seçirlər?
  20. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  21. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  22. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  23. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  24. Potensial terrorçular güclü müşahidə altındadırlar
  25. Berlindəki hadisə terror aktıdırmı?
  26. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  27. Drezden sarayında ən məxfi illik forum keçirilir
  28. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  29. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-02-2018
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6265 san