08:18 12 May 2014
5301 dəfə oxunub
Çap versiyası

       1976-cı ildə, 10 yaşım olanda atam əlimdən tutub məni indi Konstitusiya Məhkəməsinin yerləşdiyi binaya - Siyasi Maarif evinə gətirdi. Qapıda mənim içəri girməyimə etiraz etdilər. Onda atam “mən də gəlmirəm” deyib, mənim də içəri buraxılmağımı təkid etdi. Siyasi Maarif Evinin direktoru Vəli Məmmədovun  məsələyə müdaxiləsindən sonra məni də zala buraxdılar. Demə, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev altı laureatdan biri olan şair Qabilə Azərbaycan SSR Dövlət Mükafatının diplomunu və medalını təqdim edəcəkmiş. Təsəvvür edin də partiya və hökumət nümayəndələrinin toplaşdığı zala 10 yaşlı uşağın buraxılması nə demək idi. Əgər mənə görə atamı geri qaytarsaydılar bu, artıq səs-küy demək idi.  İlk dəfə mən Heydər Əliyevi yaxından orada gördüm.

Amma tanışlığım bununla bitmədi.  Demək olar ki, hər gün bu böyük insanın fəaliyyətiylə yaxından tanış olurdum. Yox, elə bilməyin ki, dövrü mətbuatı oxuyurdum. Yox. Balacaydım hələ. Atam görkəmli ziyalı, yaşadığım əhatə  Yazıçılar, Bəstəkarlar, Alimlər binaları olduğuna görə çox şeyləri başa düşməsəm də onlara qulaq asıb yadımda saxlayırdım. Əlbəttə ki, o vaxt “uşaq böyüklərin söhbətinə qulaq asmaz” iradını dəfələrlə eşitsəm belə. Amma indi fikirləşirəm ki, axı böyüklər nə danışırdı ki? Yaddaşımı varaqlayıram:

“Heydər Əliyev çox enerjili adamdır. Bütün sahələrə eyni dərəcədə maraq və qayğı göstərir. Kabinetində oturmur. Görülən işlərlə yerində tanış olur. İşlərində nöqsan  tutsa, yerindəcə cəzalandırır. Yaxşıları göyə qaldırır”.

“Pambıq və üzümçülükdə rekord nəticələr əldə etməyi qarşısına məqsəd qoyub. Buna uyğun olaraq  şərabçılıq da paralel inkişaf edir. İnsanların həyat-güzəranı yaxşılaşır. Kəndə gedirsən adamın ürəyi açılır. Hər qapıda ən azı bir maşın dayanır.  Hər məhsul bayramında fərqlənənlərə  “Volqa”, “Jiquli” avtomobilləri bağışlayır”.

“Dünən cənub bölgəsinə gedirdim. Şıxovu keçəndən sonra Dərin Özüllər zavodu yaradıb. Nəsə həngamə bir şeyə oxşayır. Beləsin hələ görməmişdim”

“Deyirlər ki, yaponlar Kondisionerlər zavodunu başqa yerdə tikəcəkmişlər. Amma Heydər Əliyev Brejnevi inandırıb – bizdə gəlib tikiblər. Gör inkişafımıza nə qədər dəstəkdir e...”

“Zarafat deyil...Yeni Əhmədli, Yeni Günəşli, Hövsan qəsəbələrini salıb. Hamısında da əhalinin sayına görə uşaq bağçaları, orta məktəblər, poçt, milis bölmələri, poliklinikalar. Hələ yeni mikrorayonlardakı Leninqrad, Kiyev layihəli evlərin tikintisini demirəm. Əvvəllər belə şeylər vardı? Bu kişi gələndən sonra yaratmağa başlayıb. Necə çatdırır bütün bunları? Möcüzədir, vallah!”

“Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Hamısı da SSRİ-nin deputatlarıdır. Kişi belə sənətkarları qiymətləndirdikcə, ucaltdıqca, özü onlardan da yüksəyə qalxır”.

“Xəbəriniz oldumu? SSRİ Xalq artisti Zeynəb Xanlarova BMT-nin iclas salonunda  konsert verib. Dünya üzrə yeganə oxuyandır ki, bu şərəfə layiq görülüb. Özü də Azərbaycanlı. İki yüz faiz Heydər Əliyevin dəstəyi olub. Yoxsa...”

“Monumental heykəltaraşlığımız gör necə inkişaf edir? Halal olsun! Bakı artıq heykəllər şəhəri sayılır”.

“Bakıya axır ki, Lenin ordeni də verdirdi. “Qəhrəman Şəhər” statusuna layiq idik. Neynək. 35 ildən sonra Heydər Əliyev buna nail ola bildisə, özü də böyük şeydir. Görəsən Bakı neft verməsəydi, sovet tankları necə yeriyəcəkdi faşistlərinin üstünə, təyyarəsi necə uçacaqdı?”

“Lenin adına saray, Gülüstan sarayı, Qonaq evi, İdman-konsert kompleksi, Abşeron, Təzə İnturist, Moskva mehmanxanaları, Mərkəzi Komitənin, Milli Məclisin, Mərkəzi Poçtamtın, Əmanət bankın yeni binaları... Hansını deyəsən, saymaqla qurtarası deyil. Hamısı da özünəməxsus memarlıq abidələri. Bakı, Azərbaycan gör necə gözəlləşir?”

“Xəbərin var neyləyib də Heydər Əliyev. Dövlət mükafatına namizədlər irəli sürülmüşdü axı? Qabillə Bəxtiyar Vahabzadə - ikisi də siyahıda varmış. İkisi də şair. Yəni ki, qanuna görə mükafatı ikisindən biri almalıymış. Xüsusi olaraq Moskvaya, Qosplana məktub yazıb. Onlar üçün xüsusi olaraq əlavə iki yer də alıb. Sevir də sənətkarları. Heç kim bacarmazdı bunu”.

 “Abbas Zamanovun Akademiyadakı çıxışından sonra bilirsən də nələr oldu. Düzdür, partiyadan çıxartdılar... Hərçənd ki, sonra bərpa olundu. Amma Naxçıvanda  bir dənə erməni də qalmadı...”

Mən böyüklərin bu sözlərinə qulaq asırdım. Hamısı da ziyalı, sözün düzün deyən, sözü üzə deyən insanlar idi. Hətta Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə görüşdə fikirlərini açıq deməkdən belə çəkinmirdilər. Böyük rəhbər də onların hər sözünə diqqətlə qulaq asar, hətta şıltaqlıqlarıyla da oynayardı.

Mənim uşaqlıqda həyətdə oynayarkən eşitidiklərimi, sonralar yetkin bir insan kimi gördüklərimi, oxuduqlarımı qələmə alsam, bəlkə də cild-cild kitablar alınar. Necə ki, belə kitablar artıq yazılıb və tarixin yeni səhifələri üzə çıxdıqca  yazılır da.

Tarixə böyük bir ekskurs etmək istəməzdim. Lakin bir məqamı nəzərinizə çatdırmağı vacib bilirəm. Heydər Əliyev 1982-ci ildə Moskvaya getdi. Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçildi. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Sağlığında ikən doğulduğu şəhərdə - Naxçıvanda büstü ucaldıldı. Amma bir gözü xalqımızın, respublikamızın üzərindəydi. 1987-ci ildə isə vəzifəsindən istefa verdi. Xalqın təkidli tələbiylə yenidən hakimiyyətə isə bundan altı il sonra – 1993-cü ildə qayıtdı. İnandırım sizi ki, Azərbaycan onun qoyub getdiyi elə həmin Azərbaycan idi. Bu altı il ərzində respublikada altı rəhbər dəyişmişdi. Amma bir daşı da daş üstünə qoymamışdılar. Əksinə, Heydər Əliyevin qurduqlarını dağıtmışdılar. İkinci dəfə hakimiyyətə gəldiyi on ildə Heydər Əliyev hansı işlər gördü, onun davamçısı Prezident İlham Əliyev hansı işlər görür hamısı göz qabağındadır. Amma 2004-cü ildə Azərbaycanın ictimai-siyasi həyatına daha bir ad əlavə olundu – Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva.

 

FOND

“Fond” sözü Azərbaycan lüğətində yeni  söz deyil. Sovet vaxtı bu sözü müxtəlif rakurslarda eşidirdim. Məsələn: “Filmotekamızın Qızıl fondundan...” yaxud da “filan bədii film kinomuzun qızıl fonduna daxil edilmişdir”. Yazıçılar İttifaqında “Ədəbiyyat fondu” fəaliyyət göstərirdi. Akademiyada “Əlyazmalar fondu” var. “Fond” sözü səslənəndə  sanki  muzey, arxiv, qədimilik  gəlib dayanırdı göz önündə.

Müstəqillik illərində dövlət səviyyəsində Neft fondu yaradılmışdı. Lakin 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması Azərbaycanda  böyük bir hadisə oldu. Əmin idim ki, artıq bu fond zəngindir. Heydər Əliyevin ömrü boyu Azərbaycan üçün gördüyü işləri, foto-arxivləri, sənədləri, video-materialları, yazılan cild-cild kitabları bir yerə toplasaq zəngin bir  salnamə yaratmaq olar. Amma fondun ancaq muzey, arxiv  rolunu oynayacağı zənnimdə yanılmışdım. Axı Heydər Əliyevin arzuları böyük idi. Həyatda olmasa belə onun əməlləri davam etdirilməli, ideyaları həyata keçirilməliydi.  Mehriban xanım Əliyevanın üzərinə isə iki qat məsuliyyət düşürdü. Birinci Heydər Əliyevin adını yaşatmaq, ikincisi isə fondun adını yüksəklərə qaldırmaq.

Dünyada fondlar çoxdur, müxtəlifdir. Bəzən böyük, müdrik  şəxsiyyətlər həyatdan köçəndən sonra onların varidatları bir yerə toplanaraq xüsusi fondlar yaradılır. Bunlar müxtəlif təmayüllü olur. Məsələn ən çox tanıdığımız Nobel fondu artıq neçə onilliklərdir ki,  elmin inkişafına öz töhfəsini verir. Böyük Britaniyada, Kanada, ABŞ və digər dövlətlərdə isə fondlar yalnız xeyriyyəçilik fəaliyyəti göstərirlər.

Amma dünyanın heç bir fondu Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətiylə müqayisə oluna bilməz.

 RUHUN ZƏNGİNLİYİ

Birindən soruşanda ki, toy mərasimini necə başa düşürsən? Deyir ki, iki gəncin ailə həyatı qurması, yemək-içmək məclisi, kəbinkəsmə mərasimi. Amma musiqini nədənsə yaddan çıxarırlar. Görəsən musiqi olmasa o toyun nə ləzzəti? Stolun üstündəki yeməklərdən dadıb, bir azdan doyursan. Amma toyun sonunadək musiqiyə qulaq asmaqdan, rəqs etməkdən insan doymur. Çünki ruh həzz aldıqcada  zənginləşir.

Belə bir deyim var. İnsan hər gün səhər yuxudan durduqda “bu gün hardan ailəmə bir tikə çörək qazanım, gətirim” yox, hansısa yenilik etmək barədə düşünməlidir. Hər bir yenilik də öz arxasıyca  maddi-mənəvi  zənginlik  gətirir. Heydər Əliyev Fondunun fəaliyyətinə nəzər yetirdikcə mən bu misalın doğruluğuna inanıram.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu  nə edir?

– Yeni uşaq bağçaları, məktəblər  inşa etdirir. Savadlı, bilikli gələcəyimizin yetişməsi və Azərbaycana xidmət etməsi üçün.

– Elm mərkəzləri, ocaqları yaradır ki, elmli gənclərimiz yetişsin və Azərbaycanın inkişafına öz töhfələrini versinlər.

– Yeni səhiyyə ocaqları, mərkəzlər yaradır, mütəmadi qanvermə aksiyaları keçirir ki, insanlarımız sağlam olsun, sağalmaz xəstəliklərə düçar olanlar özlərini tənha, köməksiz  hiss etməsinlər.

– Beynəlxalq konfranslar, sərgilər, festivallar təşkil edir ki, Azərbaycan mədəniyyətini dünyaya daha yaxından tanıtsın, sevdirsin.

– Yeni idman qurğuları, meydançaları tikdirir ki, idmançı gənclərimiz meydana gəlsin, Azərbaycan bayrağı böyük idman arenalarında dalğalansın, himnimizin sədaları gəlsin.

– Azərbaycanda İKT-nin inkişafına xüsusi diqqət ayırır ki, hətta gözdən əlillər, fiziki qüsuru olan insanlar da bu proqramlardan bəhrələnib, müasir həyatdan, inkişafdan geri qalmasınlar.

– Ekologiyamızın saflığı uğrunda çalışır. Yürüşlər, həftəliklər, iməcliklər, ağacəkmə kampaniyaları keçirir.

– Azərbaycanla bağlı müxtəlif dillərdə kitablar, jurnallar, disklər  çap etdirib dünyanın müxtəlif kitabxanalarına hədiyyə edir.

Bir sözlə, Azərbaycan üçün çalışır, bütün dünyada Azərbaycanın təbliğatıyla məşğuldur.

 

QIĞILCIM

9 yaşım olanda atam məni Leninqrada gəzməyə aparmışdı.  Ermitaj, Petropavlovsk, “Avrora” kreyseri, Smolnı, muzeylər  və sairə, ilaxır. Getdiyimiz yerlərdən biri də “İskra” qəzetinin redaksiyası idi. Rus dilini yaxşı bilmirdim. Atam tərcümə etdi. “İskra”, yəni ki, “Qığılcım”. Sonra başa düşdüm ki, qığılcım həyatda əsas şeymiş. Ulu əcdadlarımız qığılcımdan od alıblar. Amma əsas qığılcım yox, ondan yaranan odu, ocağı qoruyub saxlamaq, sönməyə qoymamaqdır.

Heydər Əliyev də XX əsrin son otuz ili və XXI əsrin əvvəllərində Azərbaycanın həyatına bir qığılcım kimi daxil oldu. Böyük bir Azərbaycan ailəsinin başçısı kimi ocağını yandırdı. İnsanlar da bu ocağın ətrafına toplaşdılar. Sonra isə İlham Əliyev bir Prezident və Mehriban xanım Əliyeva isə Heydər Əliyev Fondunun rəhbəri kimi bu ocağa sahib durdular. Əməlləriylə, işləriylə bu alov daha da gur yanmağa, dünyaya işıq saçmağa başladı.  İndi isə bu ocağın, alovun  şölələri bütün dünyaya yayılmağa başlayıb. Təkcə  Heydər Əliyev Fondunun xarici ölkələrdə yüzdən çox tərəfdaşı var.  Əməkdaşlıq sferası isə çox genişdir. Artıq Fond bir çox dövlətdə nəcib xeyriyyəçilik əməllərini həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Rusiya Federasiyası miqyasında apardığı işlər isə xüsusilə təqdirəlayiqdir.  Həştərxan şəhərində olarkən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə salınmış uşaq şəhərciyində, Knyaz Vladimirə ucaldılmış abidənin önündə,  Azərbaycan-Rusiya Dostluq körpüsündə,  Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət vaxtı və adını daşıyan məktəbdə olarkən bir azərbaycanlı kimi böyük fəxr hissi keçirtdim. Bu təkcə mənim bir şəhərdə - Həştərxanda gördüklərimdir. Amma bu cür işlər Rusiyanın digər şəhərlərində böyük vüsətlə həyata keçirilir. Leyla xanım Əliyevanın bu fəaliyyəti Rusiyanın müxtəlif orden və mükafatlarıyla yüksək qiymətləndirilir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq dörd ildir ki, davam edən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası isə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

 ÜMİD SONDA ÖLÜR

“İnsanın əli hər yerdən üzüləndə saman çöpündən belə yapışar”. “İnsanın əli yananda barmaqlarını ağzına təpər”. Misallar çoxdur.

Azərbaycanın ucqar dağ rayonu Yardımlıdaydım. O vaxt AzTV-nin “Xəbərlər” proqramında çalışırdım. Qohumlardan biri yaxınlaşdı ki, “bəs uşağım anadangəlmə paralicdir, yataq xəstəsidir. Əvvəllər balacaydı, qucağıma götürüb həyətə çıxarıb, gəzdirə bilirdim. İndi isə böyüyüb – gücüm çatmır. Əlil arabasına ehtiyac var, almağa isə maddi imkanım çatmır. Məktub yazmışam Heydər Əliyev Fonduna ki, mümkünsə yardım eləsinlər. Çatdır məktubumu Mehriban xanıma. Ümidim onadır”.

Məktubu aldım. Amma necə çatdıracağımı bilmirdim. Amma ananın ümidini qırmaq istəmədim. Bakıya qayıdandan sonra poçta girib zərfə qoydum. Ünvanı yazıb ananın adından Heydər Əliyev Fonduna göndərdim. Üstündən bir həftə keçməmiş Fondun iki işçisi uzaq dağ kəndi Yardımlıya gedərək xəstə uşağa baş çəkiblər və əlil arabasıyla təmin ediblər.

Bir də gördüm ki, telefonuma zəng gəldi. Yardımlıdakı qohumumuz idi. Sevinirdi. “Allah Mehriban xanım Əliyevanın canını sağ eləsin, ömrün uzun eləsin, ərini, balalarını saxlasın!”. İndi bu əhvalatı yadıma salıb öz-özümə fikirləşirəm. Görəsən Mehriban xanım Əliyeva son on ildə nə qədər belə dua, savab  qazanıb. Deyə bilmərəm. Çünki açıqlanmır. Heydər Əliyev Fondu ,onun rəhbəri Mehriban xanım Əliyeva “Sağ əlin verdiyini sol əl bilməz” prinsipiylə yaşayır və bu xeyirxahlıq missiyasını davam etdirir.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3773 san