15:28 02 May 2017
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Almaniyalı vətənpərvər zabitlə bağlı əhvalat bütün ölkəni təlatümə gətirib. Onun davakar ksenofob olmasını heç kim bilmirdi, amma hamı inanmışdı ki, o, sığınacağa ehtiyacı olan suriyalı qaçqındır.

Bundesverin baş leytenantı əcnəbilərə nifrət hissinin təsiri altında il yarım müddətində özünü sığınacaq axtaran insan kimi qələmə verib. Xalis alman və təcrübəli hərbçi olan bu şəxs ərəb dilində bircə kəlmə də bilmədiyinə baxmayaraq, öz vətənində özünü suriyalı qaçqın kimi qələmə verib. Ona müvəqqəti sığınacaq verilir, lakin Vyana aeroportunu ayaqyolunda onun üzərində tapança olması aşkar edilir və baş leytenant terror aktı hazırlayan sağçı radikal kimi ifşa olunur.

İnanılmaz əhvalatdır, eləmi? Amma həqiqətdir.

2017-ci il yanvarın axırlarında Vyana beynəlxalq aeroportunun bir ayaqyolunun xadiməsi həmin ayaqyolunun yardımçı bölməsində “Şvexat” tipli doldurulmuş tapança tapır. Avstriya polisi dərhal həmin ərazini videomüşahidəyə alır. Az sonra, fevralın 3-də 28 yaşlı Almaniya vətəndaşı, Bundesverin baş leytenant rütbəli zabiti həmin qeyri-leqal silahı götürməyə gəlir. Almaniya KİV-ləri hələlik bu şəxsin nəinki soyadını, heç adını da bildirmir.

Baş leytenantı saxlayıb sorğu-sual edirlər, lakin onu həbsə almaq üçün əsas tapılmır. Bununla belə, təbii ki, hadisə barədə Almaniyaya məlumat verilir və orada Cinayət işləri üzrə Federal İdarə və hərbi əks-kəşfiyyat xidməti bu məsələni araşdırmağa başlayır. Avstriya polisi saxlanılmış şəxsin barmaq izlərini yoxlayarkən təəccüblə aşkar edir ki, bu barmaq izləri AFR-də rəsmən qeydiyyata alınmış suriyalı qaçqına məxsusdur.

“Süddeutsche Zeitung” qəzeti bildirir ki, “qaçqının” ad-soyadı David Benyamindir. O, qaçqın dalğasının gücləndiyi vaxtda Balkan marşrutu ilə sənədsiz halda Almaniyaya gəlib və 2015-ci il dekabrın 30-da Frankfurt-Mayn yaxınlığındakı Offenbax şəhərində rəsmən sığınacaq istəyib. 2016-cı il yanvarın 14-də onu Bavariyanın Erdinq şəhəri yaxınlığında qaçqınlar üçün nəzərdə tutulan yataqxanaya göndərirlər. Həmin vaxtdan o, pul müavinəti almağa başlayır. Son vaxtlar bu müavinətin məbləği ayda 409 avro olub.

2016-cı ilin noyabrında onun sığınacaq alması barədə ərizəsinə Nürnberqdə Miqrasiya və Qaçqınlar Məsələləri üzrə Federal İdarədə (BAMF) özünün iştirakı ilə baxılır. Bu əhvalatın ən müəmmalı cəhətlərindən biri ondan ibarətdir ki, nədənsə istər qeydiyyat zamanı, istər yataqxanada, istərsə də həmin ətraflı müsahibə zamanı heç kəs fikir verməyib ki, özünü suriyalı qaçqın kimi qələmə verən şəxsin əslində xalis alman, elə həmin Offenbax şəhərində doğulmuş və ərəb dilində bircə kəlmə də bilməyən adamdır. Görünür, sığınacaq istəyən bu qaraşın şəxsin əslən Fransadan olan suriyalı xristian olması, buna görə də yalnız fransız dilini bilməsi barədə dedikləri məmurlara tamamilə inandırıcı təsir bağışlayıb.

David Benyaminin ona verilmiş müvəqqəti yaşayış yerindən nadir hallarda istifadə etməsi faktı o qədər də diqqəti cəlb etməyib. Axı qaçqınlar üçün yataqxanalar həbsxana deyil, bu yataqxanaların sakinləri daim öz yerində olmağa borclu deyil, onların sərbəst yerdəyişmə hüququ var, lakin başqa yaşayış məntəqəsinə köçüb getmək hüququ yoxdur.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin yazdığına görə, istintaq bu şəxsin terror aktı hazırladığını güman edir. Onun qeyri-leqal şəkildə tapança almaq cəhdi də bu versiyanın xeyrinədir. Prokurorluğun fikrincə, hazırlanan cinayətin məqsədi qan tökülməsinə görə məsuliyyəti Almaniyada sığınacaq istəmiş suriyalının üzərinə qoymaqdır.

Vüqar Seyidov


Müəllifin digər yazıları

  1. Almaniyada “reyxsbürger”lərin sayı artır
  2. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  3. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  4. Səmimi, amma nəticəsiz olmuş görüş
  5. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  6. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  7. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  8. Deyəsən Avropa dağılır
  9. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  10. Almaniyada erməni fırıldaqları
  11. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  12. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  13. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  14. AFR Prezidenti Moskvaya səfər edəcək
  15. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  16. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  17. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  18. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  19. Dünya güclü kiberhücuma məruz qalıb
  20. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  21. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  22. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  23. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  24. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  25. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  26. Almaniyada prezidenti necə seçirlər?
  27. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  28. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  29. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  30. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  31. Potensial terrorçular güclü müşahidə altındadırlar
  32. Berlindəki hadisə terror aktıdırmı?
  33. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  34. Drezden sarayında ən məxfi illik forum keçirilir
  35. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  36. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8013 san