14:25 04 May 2017
3143 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Xanımana  Sabir bəy qızı Əlibəyli  (20.04.1920,Bakı - 07.05.2007,Bakı) 

 Xanımana Əivəyli 1938-1942-ci illərdə Azərbaycan
Medisina(Tibb-N.N.) İnstitutunda atamla bir kursda oxumuşdur "Atamın tələbə dostları" kitabı üzərində işləyərkən  arxivlərdə onun da adına rast gəldim.Tanışlarla səhbətləşdim,müəyyən araşdırmalar apardım. "Atamın tələbə dostları" adlı  belə bir kitabın yazılma ideyası işin çöxluğu ucbatından reallaşdırmaq  bir qədər ləngiyir. Sağlıq olsun ,tezliklə bu işi qurtaracağam. 
Kitabda professor Mürsəl Qarayev,Sosialist Əməyi Qəhrəmanı əslən naxçıvanlıolan Zəhra Şeyx Kərim qızı  Qazıyeva, professor Sayalı Abdulla qızıTağıyeva,Xanımana Sabir bəy qızı Əlibəyli  və başqa tanınmış həkimlər və ziyalılar  haqqında maraqlı yazıları oxuya biləcəksiniz.
Mayın 7-də Xanımana Əlibəylinin anım günüdür.On ildir ki,o ,həyatını dəyişib.
Bədii sözün dili ilə  ana  dilimizin   böyük təbliğatçısı və bu dildə gözəl tərcümələr yaradan, "nəğməli bibim" kimi tanıdığım Xanımana Əlibəyli həmişə  hörmətlə xatırlanacaqdır.
 
  Nazim Nəsrəddinov,
 
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.

Bakı.
04.052017.

P.S. Oxuculara təqdim etdiyim bu yazının müəllifi mən deyiləm. (Mən öz yazımı hələ yekunlaşdırmamışam).
Oxuduğum mənbədə müəllifin adı göstərilməyib.Yazı xoşuma gəldi.  
 Müəllifini müəyyənləşdirə bilmədiyim bu  maraqlı yazını kiçik redaktə  və ixtisarla sizlərə təqdim edirəm.
  

"Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.
 
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü.
Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
 
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onun, ilk şeirlərinin o dövrün qəzet və jurnallarına  yol açmasına nail olmuşdur.
Məhərrəm Əlizadə gənc  şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə "Uşaqgəncnəşr" tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
 
16 yaşında ikən Xanımana Azərbaycan Medisina (Tibb-N.N.)İnstitutuna daxil olmuş, 1942-ci il avqustun 10-dainstitutu uğurla bitirmişdir. O,  təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində həkimlik fəaliyyətə başlamışdır.
Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
 
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
 
Xanımana ömrünün ixtiyar çağında -7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.
 

  O,18.05.1972Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.1

Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun sənətkar əməyi həmişə tənqidin və ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. "Aycan" pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə Xanımana da Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana "İlin qadını" adını almaq şərəfinə nail olmuşdur. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev ona Prezident təqaüdü təyin etmiş, bu münasibətlə xatirə olaraq ona gözəl bir büllur şamdan da bağışlamışdır.
 
X.Əlibəylinin bədii yaradıcılığına  Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş

peşəkar uşaq ədəbiyyatımızın banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın bir sıra klassik nümunələrinin yaradıcısı Abdulla Şaiqin güclü təsiri olmuşdur.
 X.Əlibəylinin adı Azərbaycan uşaq ədəbiyyatında özünə məxsus yeri bu sahədə tanınan şairlərdən Teymur Elçin və İlyas Tapdığın adı ilə birgə çəkilir.  
X.Əlibəyli uaq aləminin bilicisi idi.Bu cəhətdən o, M.Ə.Sabir, A.Səhhət və A.Şaiq ənənələrinin layiqli davamçılarından biridir.  Onun bir uşaq şairi kimi yazı üslubunun püxtələşməsində, mövzu və obrazlar aləminin zənginləşməsində, sənətkarlıq vərdişlərinin cilalanmasında dünya uşaq ədəbiyyatı klassikləri cərgəsində öncüllərdən olan Korney Çukovski, Samuel Marşak, Sergey Mixalkov kimi rus şairlərinin əsərlərinin də danılmaz rolu vardır. Yeri düşəndə  Xanımana həm onların, həm də bəzi Avropa uşaq ədəbiyyatı korifeylərinin şeirlərindən nümunələr deyər, imkanı olduqca onların əsərlərini dilimizə tərcümə edərdi.
  Şeirsiz günü olmadığına, yazı masasının gözlərində çoxlu əsərlərinin üst-üstə qalaqlandığına baxmayaraq o, uzun müddət kitab çap etdirməyə çalışmamışdır.
Maraqlıdır ki, Xanımananın "Balaca həkim" adlı ilk şeirlər toplusu 1955-ci ildə- şairənin 35 yaşı olanda  işıq üzü görmüşdür. Halbuki bu zaman o, yetkin bir şair kimi çoxdan təqdir olunurdu və neçə il idi ki, SSRİ Yazıçılar İttifaqının üzvü idi. "Balaca həkim" kitabı da bir daha sübut etdi ki, Xanımananın timsalında bizim qiymətli ənənələrə malik uşaq ədəbiyyatımıza həqiqətən də öz təsvir və ifadə tərzi, öz obrazlar aləmi, başlıcası isə, özünə məxsus şeir dili, oxucusuna müraciət tərzi olan orijinal bir qələm sahibi gəlmişdir.
 
Xanımana böyük arzular, yüksək amallar şairi idi. O, bütün vətən balalarının azad, şən, ağıllı, mədəni, hazırcavab, tərbiyəli, təmizkar, ətrafdakılara qarşı diqqətli, həssas, ehtiyacı olanlara kömək əlini uzadan nəcib və xeyirxah insanlar kimi böyümələrini istəyirdi. Özünün 70 ilin civarında davam etmiş yaradıcılıq yollarında şair həmişə bu məqsədə qulluq edirdi. Lakin onun sənətkar gözü öz əziz övladları qədər sevdiyi vətən balaları arasında bəzi yalançıları, gopçuları, xəsisləri, qorxaqları, paxılları da görür, onların da ailədə, bağçada, məktəbdə, cəmiyyətdə tərbiyələnib püxtləşməsinə, yaramaz xasiyyətlərdən uzaqlaşmasına, xalqın güvənc yeri olan vətəndaşlar kimi yetişməsinə çalışırdı. Bu deyilənlər yaradıcılıq aləmində asanlıqla əldə edilməsi mümkün olan mətləblər deyil.
 
Xanımananın əsərlərindəki ahəngdarlıq, axıcılıq, uşaq aləminə uyarlıq da qətiyyən asan başa gəlmirdi. Yaradıcı sənətkarlar adətən sevib-seçdiyi mövzunu ətə-cana gətirmək, onu öz təbii yatağına salmaq, obrazlarının hər birinə sözdən uyarlı libaslar biçib geyindirmək, onları canlandırmaq üçün böyük axtarışlar aparır, axtardığını tapmayınca rahatlıq nə olduğunu bilmirlər. Bizim bir oxucu kimi bəyəndiyimiz, sevdiyimiz, bəzən hətta aludə olduğumuz cazibədarlıq, rəvanlıq, ahəngdarlıq da şeirdə məhz bu yolla yaranır.
Bir uşaq şairi olaraq Xanımananın üstünlüyü bir də onda idi ki, böyüklər üçün on illər bundan öncə adiləşmiş həyat hadisələrini, insanlar arasındakı münasibətlərin rəngarəngliyini kiçik oxucular üçün məhz "onların səviyyəsində", məhz balacaların duyğu və düşüncələri müstəvisində kəşf və təqdim edə bilirdi. Bu da öz növbəsində balacaların və yeniyetmələrin dünyagörüşünün inkişafında, maraq dairəsinin genişlənməsində, əxlaq və mənəviyyatının tərbiyəsində, onların xarakterinin mətinləşməsində və bütün bunların zəminində bədii zövqünün cilalanmasında əhəmiyyətli rol oynayırdı.

 Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim edirdi. Onun kiçik yaşlı qəhrəmanları böyük mənəvi dəyərlərin daşıyıcılarıdır. Xanımana onların bu yüksək keyfiyyətlərini bəzi müəlliflərin yazılarında olduğu kimi çağırış və şüar şəklində yox, uzun-uzadı təfərrüatlarla deyil, məhz obrazların özlərinin psixoloji durumundan çıxış edərək yığcam, müxtəsər, yüksək dərəcədə təbii və inandırıcı göstərirdi. Şeirlərindən birində təsvir olunan dəcəl pişik günahsız kuklanın üzünü cırmaqlamışdır. Həm kuklanın, həm də pişiyin hamisi olan lirik qəhrəman, yəqin ki, xeyli fikirləşəndən sonra belə düzgün bir qərara gəlmişdir:
 

 
 Bir də dəcəllik etsən,
 Döymərəm, azdırmaram.
 
Mən səni kuklam gedən
 Məktəbə yazdırmaram!
 
Beləliklə də, Xanımana öz balaca oxucularını həyatda qarşıya çıxan mürəkkəb vəziyyətlərdə məhz humanist meyarlardan çıxış edib obyektiv qərarlar qəbul etməyə çağırır.
 
Əlbəttə, balacalar üçün işləyən şair, ədib və dramaturqlar, hər şeydən əvvəl öz əsərlərini saf, aydın və anlaşıqlı dildə, uşaqların təsəvvürlər dünyasına uyğun üslubda yazmalıdırlar. Lakin bu əsərlərə qarşı irəli sürülən sadəlik, aydınlıq tələbini heç vaxt sadəlövhlük, primitivlik kimi qəbul etmək olmaz. Əsl bədii əsərdə sadəlik məzmun və mətləbin dərindən əks etdirilməsinə mane olmamalı, əksinə, məzmun və mətləbin müəllif məqsədinin daha yaxşı qavranmasına xidmət göstərməlidir.
 
Xanımana kiçik bir şeirdə, bəzən bir neçə misrada məhz uşaqlar üçün məhrəm olan lövhə, yaxud vəziyyət, məqam yaradır, balacaların həmişə fetişləşdirib, bənzəməyə çalışdıqları, bir çox hallarda təqlid etdikləri böyüklərlə, habelə heyvanlarla, quşlarla, təbiət hadisələrilə münasibətlərinə dair onların hafizəsində izlər buraxan mənzərələr yaradır, kiçik yaşlıların hər şeyə təəccüblə baxan sual dolu gözlərini ətraf mühitə, dünyaya açır, mənəvi tələblərinə cavab verən əsərlər yazırdı.
 
Sənət qalası hörən hər bir istedadlı qələm sahibinin əsas "tikinti materialı" sözdür. Özəlliklə də şairlər ana dilinin böyük poetik imkanlarından ustalıqla istifadə edərək sənət möcüzəsi yaradırlar. Xanımananın əsərlərində də azyaşlılarla danışmaq üçün çox uyarlı bir ahəng, onların qəlbinə yol tapmaq üçün hər kəsin ruhuna uyğun gələn bir universal açar var idi. Yaxından tanıyanlar yaxşı xatırlayırlar ki, ulu Tanrının xoş saatda yaratdığı Xanımana elə bil nur kündəsi idi. Başdan-ayağa xeyirxahlıq, nəciblik saçan şairəmizin min adamın danışığı arasında bircə cümləsindən seçilib tanınan, yalnız onun özünə məxsus olan şeir dili, mülayim, mehriban, canayatan bir ifadə tərzi, danışıq ədası vardı.



Oxucusuna təqdim etmək istədiyi mətləbin açılması, bədii şərhi üçün adətən tez-tez müraciət etdiyi 8-10 beytlik, yaxud 2-3 bəndlik miniatür şerin çərçivələri darısqallıq edəndə Xanımana poema janrına müraciət edir, maraqlı süjet qurmaq, cazibədar məqamlar təqdim etmək, fərqli bədii obrazlar yaratmaqla öz müəllif məqsədinə nail olurdu. O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər",  "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir. Uzunçuluq, sözçülük, lüzumsuz təsvirçilik Xanımananın poemaları üçün də yaddır. Maraqlıdır ki,tədqiqatçılar  onun lpoemalarını uşaq ədəbiyyatımızın ən yığcam poemaları kimi qiymətləndirmişlər.
 
"Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir.  Məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulan bu əsər hamını  çox təsirləndirir.Xanımana bu poemada heyvanlar və quşlar aləminin ən tipik təmsilçilərini - çəpişi, quzunu, xoruzu, tülkünü, kirpini, meymunu, qazı, durnanı, iti bir məclisdə təsvir edir. Özü də onların təqdimi üçün hər bir obrazın səciyyəvi əlamət və cizgilərini əks etdirən özəlliklər tapır və uğurlu şeir parçaları əsasında təqdim edir. Şairin ustalıqla təsvir etdiyi bu ad gunü şənliyində dovşanın dostları, yaxınları bir mərəkə qoparırlar ki, hadisələrin axarı oxucunu öz stixiyasının qoynuna alıb aparır, poemanın finalının yetişməsindən narahatlıq duymağa başlayırsan. Məclis iştirakçılarından hər biri öz vərdişi, şakəri, səciyyəvi əlamətləri ilə balacalar üçün təzə bir aləmdir. 
 Əsərin dili də ahəngdar, oynaq və axıcıdır, onda istifadə olunan lüğət ehtiyatı, barəsində söz açılan hadisələrin məzmununa, ruhuna uyğundur, sanki obrazların boyuna biçilib onların portret cizgilərini tamamlayır.
 
Dovşana bax, dovşana,
 Bu gün nə tez oyandı,
 O, hoppanıb-hoppanıb
 Pəncərədə dayandı.

Açılıb pəncərəsi
 Bağ-bağçaya taybatay.
Tutuquşunun səsi
 Salıb aləmə haray:

 Dovşanın ad günüdür,
 Dovşanın şad günüdür!
 
Xanımananın poemaları Azərbaycanımızın rəngarəng təbiət təsvirləri ilə zəngindir. "Meşə həkimi"ni əlinə alan bədii zövq sahibi ondakı əsrarəngiz təbiət təsvirlərinə qətiyyən biganə qala bilməz. "Yamyaşıl bir meşədir?" misrası ilə başlanan aşağıdakı ekspozisiyanı nəzərdən keçirən hər kəs hökmən poemanı axıradək oxuyacaqdır. 
 
Yamyaşıl bir meşədir?
 Odur: vələs, qovaq, şam,
 Pıçıldaşmaq peşədir
 Onlarda səhər, axşam.
 
Salıb meşəyə haray
 Axır gümüş rəngli çay?
 Bir tərəfdə diz çöküb
 Söyüd çaydan içir su,
 Hörüklərini töküb
 Çimir, qaçır yuxusu.
 
Əsla şübhə yoxdur ki, "hərəkətdə olan estetika" təsiri bağışlayan bu təbiət təsvirləri Azərbaycan uşaq poeziyasının qızıl fondunda öz layiqli yerini tutacaq, Xanımananın digər qiymətli əsərləri ilə yanaşı, uzun illər boyu oxucularımızın bədii zövqünü oxşayacaqdır.
 
"Balaca həkim" adlı digər bir miniatür poemasında da Xanımananın əsas təsvir və tərənnüm obyekti heyvanlar, onların kukla və oyuncaq variantlarıdır. İş elə gətirib ki, onlar hamısı birdən "xəstələniblər". Bu xəstələrin "həkimi" ? hamisi öz zəngin daxili aləmi, hərəkət, danışıq və əməlləri ilə ətrafa nur saçan son dərəcə həssas və qayğıkeş bir qızcığazdır. O, gözünü açanda öz evlərində həmişə ana şəfqətinin tərkib hissəsi olan həkim qayğısı görmüş, anasının öz xəstələrinə də öz övladı kimi şəfa verdiyinin şahidi olmuş, onun təsiri ilə bu qızcığaz da evlərindəki divanın üstündə öz "xəstəxanasını" yaratmışdır. Əziz dostlarının ? bu kuklaların, oyuncaqların azarladığını görən qızcığaz böyük həvəs, mən deyərdim ki, balacalara məxsus qarşısıalınmaz bir cidd-cəhdlə müalicə tədbirlərinə başlayır:
 
Sağ qoluma bağladım
 Tez aypara nişanı,
 Yavaşca qucaqladım
 Atı, fili, dovşanı
 Qoydum divanın üstə.
 
Uzandı çoxlu xəstə:
 Keçi, dəvə, qaz, toyuq?
 Çoxuna dəyib soyuq.
 
Həkim qızcığaz özü xəstələnəndə aldığı müalicələr və anasının danışdığı "xəstəlik tarixçələri" əsasında bir-bir öz patsientlərinin dərdinə qalır, boğaz ağrısına mübtəla olmuş qaza qarqara verir, səhərəcən öskürmüş boz itin belinə banka salır, məstan pişiyin şıltaqlığından üzü cırmaqlanmış keçinin yarasına yod sürtür? və əlbəttə, bir azdan sonra qızcığazın bütün xəstələri, o cümlədən fil də, dəvə də, sevimli kuklası Güldəstə də sağalır:
 
Təkcə darıxdım yaman,
 Saydım düz ona qədər,
 Verdiyim dava-dərman
 Gördüm, getməyib hədər.
 
Hamı gözünü açdı,
 Birbaş yanıma qaçdı.
 
Tərtəmiz sağaldılar,
 Sevinib əl çaldılar!
 
Daxili dinamikaya, tükənməz enerjiyə malik olan bu əsərin qəhrəmanı şairin təqdimatında öz xəstələrinə o qədər can-dildən qulluq edir ki, onu sevməmək olmur. Bəlkə də indi deyəcəyim söz bir qədər mübaliğəli göründü: şəxsən mən bu fikirdəyəm ki, keçən əsrin ortalarından etibarən Azərbaycanın digər ali məktəbləri ilə müqayisədə Tibb İnstitutuna qızların daha çox meyl göstərməsində o illərin Azərbaycan uşaq ədəbiyyatının ən maraqlı və populyar nümunələrindən olan "Balaca həkim"in də şəksiz rolu olmuşdur.
 


Xanımana müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi şərəfini gətirmişdir.
 
 
Məhz bu cür fikri-bədii keyfiyyətlərinə görə Xanımananın "Cunquş" adlı başqa bir əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Bu pyesdə də Xanımana öz sevimli mövzu və obrazlar aləminə sadiq qalmış, yaxşı insan, ideal bəşər övladı xarakterinin təcəssümü üçün bədii axtarışlarını uğurla davam etdirmişdir.
 Çox maraqlı faktdır ki, kukla teatrımız 1980-ci ildə Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış etmişdi: dahi Ü.Hacıbəyovun "Məşədi İbad" komediyası, bir də Xanımananın "Cunquş" pyesi! Hər iki tamaşa böyük rəğbətlə qarşılanmışdı. O zaman bu barədə Bakı qəzetlərindən birində verilmiş yazının başlığı belə idi: "Xeyirxahlıq mücəssəməsi Cunquşu Hindistanda da sevdilər!"
 

Xanımananın yaradıcılığı həmişə ədəbi ictimaiyyətin, tənqidin diqqət mərkəzində olmuş, ona saysız-hesabsız məqalələr, resenziyalar həsr edilmiş, pyeslərinin uğurlu tamaşalarına dair çoxlu qəzet-jurnal yazıları buraxılmış, nadir halları çıxmaqla bütün bu materiallarda şairin yaradıcılıq uğurları həmişə təqdir olunmuşdur.
 Görkəmli uşaq ədəbiyyatı tədqiqatçısı f.e.d., prof. Qara Namazovun 1984-cü ildən bəri dəfələrlə nəşr edilmiş "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyindəki xüsusi bölmə əsasında Xanımananın yaradıcılığı universitetlərimizin filologiya fakültələrində öyrədilir. Prof. Aydın Hacıyevin "Azərbaycan uşaq ədəbiyyatı tarixi" kitabında da onun yaradıcılığına xüsusi bölmə ayrılmışdır. Bu sətirlərin müəllifi də imkanları dairəsində Xanımananın yeni əsərlərini həmişə diqqətlə izləmiş, hələ 1980-ci illərdə nəşr etdirdiyi "Uşaq ədəbiyyatımız müasir mərhələdə" adlı icmal məqaləsində onun həmin dövrün məşhur uşaq yazıçıları M.Rzaquluzadə, Q.İlkin, M.Dilbazi, T.Elçin, Ə.Babayeva, İ.Tapdıq, T.Mahmud və Z.Xəlillə bir sırada balacaları gözəl bədii nümunələrlə təmin etmək sahəsində fəal çalışdığını, aktual mövzularda maraqlı əsərlər yazdığını təqdir etmişdir.
 
Ümumiyyətlə, şairin şəxsiyyəti, yeni əsərləri və pyeslərinin səhnə təcəssümü haqqında qələm yoldaşı olan tanınmış sənətkar, şair və tənqidçilərdən M.Rzaquluzadə, M.Dilbazi, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil və başqaları, Cabir Səfərov, Ulduz Rəfili, AMEA-nın müxbir üzvü İnqilab Kərimov, digər teatrşünaslar, müəllimlər, kitabxana işçiləri qədirşünaslıq duyğularının ifadəsi olan gözəl məqalə və resenziyalar yazıb nəşr etdirmişlər.
Şeirlərinin birində X.Əlibəyli  şeirlərinin birində valideynlərə müraciətlə yazırdı:
 

Həkiməm, şairəm, dinləyin məni,
 Körpəniz ağlasa xiffət etməyin.
 
Ya beş-altı damcı dərman içirdin,
 Ya beş-altı misra şerimdən deyin?
 

Yetmiş il davam edən zəngin bir yaradıcılıq yolu keçmiş Xanımananın bütün əsərlərinin ən ali məqsədi onun bu misralarında özünün aydın-aşkar ifadəsini tapmışdır:
 
Heyranam hər çağına,
 Bağçasına, bağına.
 
Yıxılım ayağına 
 Azərbaycanım mənim!
 
Xalqına, vətəninə, onun insanlarına, maddi və mənəvi potensialına beləcə səmimi məhəbbətinə görədir ki, vətən də Xanımananı öz qoynunda qayğı ilə bəsləmiş, onun istedadına pərvəriş vermiş, yaradıcılıq uğurlarını daha da zənginləşdirmişdir. "Avrasiya" nəşriyyatında hazırlanmış bu ikicildlik də şairin irsinə vətən qayğısının növbəti təzahürüdür.


Müəllifin digər yazıları

  1. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  2. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  3. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  4. Bağışla, bağışla, bağışla bizi
  5. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  6. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  7. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  8. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  9. Bizə ən gərəkli - Fil hesabatı
  10. “Bağçasaraydan göndərilən məktub”
  11. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  12. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  13. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  14. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  15. Doğma yurdun qış lövhələri...
  16. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  17. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  18. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  19. Hamıya dostam mən,bir qardaşam mən
  20. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  21. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  22. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  23. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  24. Söz sözü çəkər, əgər sözün közü varsa
  25. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  26. Müəllim olanda da yaxşı müəllim olun
  27. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  28. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  29. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  30. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  31. Ay Allah bəndəsi, niyə yazıqsan?
  32. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  33. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  34. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  35. Təbrizdən kənd məktubları
  36. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  37. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  38. Dünya yaman dünyadır
  39. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  40. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  41. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  42. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  43. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  44. Sözgəlişi, ola bilər düzəlişi...
  45. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  46. Bu Dünya- Şirin Dünya.....
  47. Göz görür,ağıl kəsir....
  48. Tərcüməsiz başa düşülən tatar bayatıları
  49. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  50. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  51. Mənim nəğməli bibim - Foto
  52. Sən yazmasan,mən yazaram
  53. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  54. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  55. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  56. Qulam Məmmədli-120
  57. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  58. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  59. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  60. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  61. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  62. Bu tarix ki var, qəliz məsələ imiş......
  63. SÖZ KİMİNDİR?
  64. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  65. Mənim dualarım
  66. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  67. Təzadlar, ay təzadlar....
  68. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  69. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  70. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  71. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  72. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  73. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  74. Testdən qəsdən danışmırıq
  75. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  76. Dərsliklərimizin halı və vəziyyəti
  77. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  78. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  79. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  80. Hırsızın gözü əlyazmalara düşdü
  81. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  82. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  83. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  84. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  85. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  86. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  87. Hacı Səid Əfəndi Ünsizadə-191
  88. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  89. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  90. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  91. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  92. Bir daha Ünsizadələr haqqında
  93. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  94. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  95. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  96. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  97. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  98. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  99. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  100. Bizə hansı elmlər lazımdır və yaxud ...
  101. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  102. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  103. Soyqırımı günündə dostumu itirmişəm
  104. Bu yaz bir başqa yazdır
  105. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  106. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  107. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  108. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  109. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  110. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  111. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  112. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  113. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  114. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  115. Dərgahdan başlanan yol
  116. Fikrin ifadə formalarından biri
  117. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  118. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  119. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  120. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  121. Təhsil tariximizin maraqlı səhifələri
  122. Təhsil tariximizdən maraqlı səhifələri
  123. Akademiklərin cərgəsindəki müəllim
  124. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  125. Mübarizə bu gün də var,sabah da...
  126. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  127. "Əkinçi" qəzeti-140
  128. Mustafanın Çanakkala məktubu
  129. Məktəbdə elm və texnologiya həftəsi
  130. Mübarizə bu gün də var, yarın da....
  131. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  132. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  133. Yazımızın tarixi-özümüzün tarixi
  134. Fikrət Sadıq -Dədə Qorqud
  135. Tədqiqatçı öz fikrində israrlıdır
  136. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  137. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  138. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  139. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  140. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  141. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  142. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  143. "Bağçasaraydan göndərilən məktub"
  144. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  145. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  146. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  147. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  148. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  149. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  150. Abdulla Şaiqin uşaq bağçası
  151. "Ziya"nın biblioqrafiyası
  152. Kasıblığın üzü qara olsun
  153. Bu gün M.Ə.Sabirin ad günüdür
  154. Keçən günə gün çatarmı ... - Fotolar
  155. Elmə yönələn yolun başlanğıcı - FOTO
  156. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  157. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  158. Ucundadır dilimin həqiqətin böyüyü ...
  159. İlk hesab dərsliyimiz
  160. Yusif Vəzirovun kölgədə qalan yazıları
  161. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  162. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  163. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  164. Dərslik, dərslik, yenə də dərslik...
  165. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  166. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  167. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  168. "ZİYA"lı ziyalı - Foto
  169. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Xudatda ağır qəza
20:54 17.01/2018
 
Xəbər başlıqları
18-01-2018
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5599 san