09:30 05 May 2017
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Rəsmi Berlinin nümayəndələri və almaniyalı analitiklər Kansler Angela Merkelin Prezident Vladimir Putinlə görüşmək üçün Soçiyə səfərini ilk növbədə “G20” ölkələrinin iyulda Hamburqda keçiriləcək sammitinə hazırlıq mərhələsi kimi nəzərdən keçirirlər. Amma ekspertlər etiraf edirlər ki, Almaniya-Rusiya münasibətlərinin sabitləşməsinə mane olan Ukrayna və Suriya böhranları da gündəlikdə olub. Bununla belə Soçidə Kanslerlə Prezidentin mübahisəli məsələlərə dair mövqelərinin yaxınlaşacağını onların heç biri gözləmirdi. Odur ki, Berlində bu görüşün nəticələrinə ehtiyatlı nikbinliklə baxırlar.

Kanslerin rəsmi nümayəndəsi Şteffen Zayberq Soçi danışıqlarının Almaniya nöqteyi-nəzərindən başlıca yekunları barədə suala cavab verərkən həmin görüşlə bağlı fikrini belə ifadə edib: “Son dərəcə intensiv görüş olub”.

Söhbət mühüm beynəlxalq problemlərdən, habelə ikitərəfli münasibətlərlə əlaqədar mövzulardan gedib. Ş. Zaybert əvvəlcə həmin mövzulardan hər hansı birini və ya bir neçəsini qabartmaq istəməyib. Amma sonra sadalamağa başlayıb: Suriyada vətəndaş müharibəsi, Liviyada dövlətçiliyin olmaması və əlbəttə, Ukraynada münaqişə.

Zaybert vurğulayıb: “Hətta fikirlər haçalananda belə bir-biri ilə danışmaq lazımdır, çünki əks halda sükut yaranır, bir-birinin nöqteyi-nəzərini başa düşmək imkanı itir”.

Körber Fondunun beynəlxalq siyasət şöbəsinin rəhbəri Liana Fiks hesab edir ki, Merkelin Soçiyə səfəri əhəmiyyətli addım olub və belə bir məqsəd daşıyıb: Almaniya Rusiyanın “G20” priosesinin iştirakçısı olmasını istəyir və kəskin beynəlxalq problemləri həll etmək üçün Rusiyaya ehtiyac var. Ekspert deyib: “İndi hər şey cavab addımından asılıdır”.

Onun fikrincə, sadəcə kansler üçün Rusiya ilə əlaqə saxlamaq əhəmiyyətlidir, özü də təkcə telefonla və müşavirlər vasitəsilə deyil.

“Əlaqə saxlamaq”. Almaniya KİV-lərinin sorğu apardıqları ekspertlərin fikrincə, A.Merkelin Rusiyaya səfərinin başlıca məqsədi məhz bundan ibarət olub. Liana Fiks deyib: “Almaniya Avropa İttifaqı adından Rusiya ilə konstruktiv dialoq aparmaq istəyir”.


Müəllifin digər yazıları

  1. Almaniyada “reyxsbürger”lərin sayı artır
  2. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  3. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  4. Səmimi, amma nəticəsiz olmuş görüş
  5. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  6. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  7. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  8. Deyəsən Avropa dağılır
  9. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  10. Almaniyada erməni fırıldaqları
  11. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  12. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  13. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  14. AFR Prezidenti Moskvaya səfər edəcək
  15. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  16. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  17. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  18. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  19. Dünya güclü kiberhücuma məruz qalıb
  20. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  21. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  22. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  23. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  24. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  25. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  26. Almaniyada prezidenti necə seçirlər?
  27. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  28. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  29. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  30. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  31. Potensial terrorçular güclü müşahidə altındadırlar
  32. Berlindəki hadisə terror aktıdırmı?
  33. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  34. Drezden sarayında ən məxfi illik forum keçirilir
  35. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  36. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9191 san