14:21 11 May 2017
2658 dəfə oxunub
Çap versiyası
...

Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın "Qapına gəldim İlahi” şeirlər toplusu İraqın paytaxtı Bağdad şəhərində ərəb dilində nəşr olunub. Kitab kərküklü görkəmli şair və jurnalist Sadiq Bəşirli tərəfindən ərəb dilinə tərcümə edilib.

   Kitabda Sona Vəliyevanın Azərbaycan, türk, tatar və fars dillərində müxtəlif ölkələrdə nəşr olunmuş "Arazbarı”, "Sevgilər və dualar”, "Türkün gəlişi” və "Bu dünya görüş yerimiz”, şeir toplularından seçmələr yer almışdır.

   Tərcüməçi Sadiq Bəşirli kitabın oxuculara ünvanlanmasında yazır: "Oxuculara təqdim olunan toplu Azərbaycan poeziyasından ərəbcəyə tərcümə edilən ilk kitabıdır. Azərbaycan türkcəsində "Qapına gəldim, İlahi” ilk azərbaycandilli şeir kitabını tərcümə etməkdən böyük məmnunluq duyuram. Kitabdakı şeirlər məni xüsusi bir maraqla özünə çəkdi. Tərcümə vaxtı Azərbaycan dili ilə Kərkük ləhcəsi arasında olan ifadələr və bölgəmizdə eşidilməyən fərqli sözlərlə çox qarşılaşdım. Bu fərqlər özünəməxsus çətinliklər yaradırdı. Lakin şeirlərin yüksək ruhu bu çətinlikləri mənə unutdurdu. Sona xanımın böyük məfkurələrin daşıyıcısı olması da şeirləri sevməyimə səbəb oldu. Yüksək dəyər verdiyim digər məqam isə budur ki, geniş dünyagörüşünü misralara köçürməyə nail olan şairə şeirlərində Azərbaycan türkcəsinin gözəlliyini, incəliyini böyük ədəbi ustalıqla qoruya bilmişdir”.

    Kitabda həmçinin, iraqlı yazıçı Qasım Bayatlının  şairənin ədəbi düşüncələrinə dair qələmə aldığı ön söz daxildir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ucuzlaşdı - VİDEO
01:25 27.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1893 san