10:55 13 May 2014
18388 dəfə oxunub
Çap versiyası

On birinci sinfi təzə bitirmişdim. Hərəmizin də bir kumiri vardı. Bizimkilərdən deyildilər. Xarici estradanın nümayəndələri, aktyorlar, xüsusilə də türk ulduzları. Bir yerdə oxuduğumuz qızlar da onları sevirdilər. Murat Boz, Tarkan, Behlül, Tolqa, hansını deyim. Oynadığı rollar, oxuduqları mahnılar öz yerində, qızlar onların xarici görünüşlərinin vurğunuydular. Mənim çox da xoşum gəlmirdi onlardan. Amma neyləyim, məcbur idim onlara oxşamağa. Həm modnı oğlan sayılmaq, həm də qızların xoşuna gəlmək üçün.

Mənim gur saçlarım vardı. Sifətim də uzun idi. Boy-buxunum da öz yerində. Özümü Behlülə oxşatmağa qərara verdim. Məhlədə uşaqlara yaxınlaşdım.

-         Uşaqlar, bilmirsiniz “Mavi” dükanı harda yerləşir.

Qaqqıltıları götürdü aləmi.

-         Məmmədkazım, sən də.

-         Neyləsin, zəmanə adamıdır da.

-         İşiniz yoxdur, ürəyi necə istəyir, qoy elə də eləsin.

-         Məmmədkazım, sən Allah düzünü de. Aktivindənsən, yoxsa passivindən?

-         Zəmanə adamıdır, işiniz olmasın. O da irəli getmək istəyir də.

-         Sizin başınız xarab olub, nə aktiv, nə passiv? “Mavi” qoluboylar üçün dükan deyil e... cins şalvar, göynək brend  mağazasıdır. “Aşka sürgün” kinosunda Behlül rolunu oynayan Kvanc Tatlıtuğ var a, o həmin firmadan geyinir. Mənim də saçımın fasonu, bığım saqqlım toçnı onunkundandır. “Mavi”dən geyinsəm olacam lap Behlül. Taqsır məndədir ki, sizdən niyə soruşuram. Onsuz da başa düşən deyilsiz. Amma qızlar mənim dərdimdən öləndə paxıllıq edəcəksiniz.

Evdə də gecəm-gündüzüm yox idi. Atam-anam gün vermirdilər mənə.

-          Məmmədkazım bu nədir saçlarını uzatmısan? Bu saqqal nədir? – söyləyəndə.

-         Uşaq özünü Behlülə oxşatmaq istəyir də...- deyə bacım o yandan dillənirdi.

-         Vallah, Behlülü tanımıram. Amma toçnı Faiq Ağayevə oxşayır, bir az da Samir Bağırovun yeni imicinə.- deyə atam düzəliş verirdi.

-         Ay kişi, qulağını çək. Allah eləməsin. Gör mənim gül kimi balamı kimlərə oxşadır e. Oğlum Zaur Baxşəliyevə oxşayır.

-         Arvad daha yox. Malaxov saqqalını qırxan kimi, o da qırxdı. Ay arvad, mən nə qədər deyirəm başa düşmür. Bəlkə sənə qulaq asa. Denən özünü kişi vidinə salsın, saqqalını da qırxdırsın.

-         Qırxmıram.

-         Ay qaqaş, sənin kimilərə şəhərdə Behlül demirlər. Bilirsən nə deyirlər?

-         Nə?

-         Şampunçik.

-         Şampunçik sənün...

-         Nə dedin? – deyə atam ayağa qalxdı.

-         Nə dedim e... Demək istəyirdim ki, ay bacı, şampunçik sənin qardaşındır.

Beləcə günümü göy əskiyə çevirmişdilər. Amma nə saçımı qırxırdım, nə də saqqalımı. Bir dəfə atam dedi ki, gecə yatan yerdə saçını qayçıyla elə bir günə salacağam ki, özün məcbur olub bərbərxanaya gedəcəksən. Buna da əlac tapdım. Yatanda sellofan kulyoku başıma keçirdim. Ata,indi qırx görüm necə qırxırsan.

Bərbərxanaya gedirdim. Amma yalnız türk bərbərinə. O da Behlülün şəklini qabağına qoyub başlayırdı işləməyə. Əsl sənətkar idi. O ki mən Məmmədkazımdan Behlülü düzəltmişdi ya, halal olsun ona. Dostlarımın arasında tarkanlar da vardı, muratbozlar da. Hamısının da evində onların bu stilindən narazıydılar. Bir sözlə yaşlı nəsillə gənc nəsil arasında dava gedirdi. Amma qalib gələ bilmirdilər.

Günlərin bir günü Yevrovijna baxırdıq. Səhnəyə bir qız çıxdı. Amma saqqalıyla bığı vardı. Özü də Avstriyadan idi. Mahnısına uyğun qəşəng qrim eləmişdilər. Özü də stilmeykerlər elə gözəl işləmişdilər ki, lap təbii görsənirdi. Mahnısının sözlərini başa düşmürdüm, amma belə anladım ki, qrimi mahiyyətinə uyğun eləyiblər. Atam birdən mənə tərəf dönüb:

-         Ay oğul, üzünü bir sağa çevir.

Çevirdim.

-         İndi də sola bax.

Baxdım.

-         Lap sənə oxşayır. Arvad, fikir ver.

-         Ay ata, sən də müqayisə etdin də... Mənə niyə oxşayır e... toçnı Elşad Xosedir.  Bir də ki, o qız, mən oğlan. Amma qrimi yaxşı ediblər. Halal olsun.

Bir az keçdi. Səsvermə başladı. Bu saqqallı qız yaman səs toplayırdı. Bütün Avropa onu dəstəkləyirdi.

-         Ay arvad, əla. Gələn il Azərbaycanı Yevrovijndə oğlumuz təmsil edəcək. Saçı saç, bığı bığ, saqqalı da saqqal. Nəyi əskikdir ki, bu qızdan? Adını da Məmmədkazım yox, qoyarıq Mamedkaza.

-         Ay ata, bəsdir də doladınız  məni.

Bir az keçdi. Mətbəxə keçdim. Su içib geri qayıtdım. Atam, anam, bacım üzünü mənə tərəf çevirib mat-mat baxırdılar.

-         Nə olub?

-         Heç. İndi dedilər ki, bu Avstriyalı müğənni transqeytdir.

-         Transqeyt nədir?

-         Transqeyt də... Yəni ki, həm oğlandır, həm də qız. Əslində oğlandır, amma bura qız adıyla gəlib – Konçita.

-         Transqeyt yox e, transvestit. Yəni ki, transseksual.

-         Ay oğul, aydın danış.

-         Ay ata, yəni ki, mavi, qoluboy, gey. Başqa necə başım salım sizi.

-         Ay oğul, başa düşdük e. Bu niyə qalib gəldi axı. Avropa adam tapmadı səs verməyə?

-         Avropada tolerantlıq gör indi nə dərəcədədir də?

-         Yaxşı ki, Azərbaycanda belə deyil. Bircə biz səs vermədik ona. Ay oğul, yaman həvəslə danışırsan e bu translardan, tolerantlıqdan. Xəbərimiz olmaz, bilmərik, birdən sən də...

-         Ata!

Gecəni yata bilmədim. Hansı ad deyirdilər dözürdüm. Amma Konçita işləri korlamışdı. Küçədə bilmirəm, evdə iki yüz faiz adımı  Konçita çağıracaqdılar. Ona görə də hamama girdim. Qayçıyla saçımı qırxdım. Başımı, üzümü köpükləyib ülgüclə ehmalca qırxdım. Sonra da uzanıb yatdım.

Tezdən anam qapını tıqqıldatmağa başladı:

-         Konçita, qızım, dur. Dərsə gecikərsən.

Sonra atam qapıya yaxınlaşıb başladı:

-         Konçita, mənim balam, dur.

Day bacımın səsləməyini gözləmədim. Qapını açıb mətbəxə keçdim. Atam, anam, bacım yerində qurudular.

-         Oğul, bu nədir? Özünü niyə bu günə qoymusan?

-         Fan- ta- mas.

-         Heyf səndən, ay oğul. Bəs Yevrovijn 2015? Axı biz bütün ümidimizi sənə bağlamışdıq. Biz yox e... Bütün Azərbaycan.  Bu başla Avropa sənə heç bir xal da verməz. Necə ki, bu il vermədilər.  Əlvida, Büllur mikrafon, əlvida.

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.459 san