09:00 01 İyun 2017
1003 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan iqtisadiyyatı son onilliklərdə dinamik iqtisadi inkişaf prosesləri keçdiyindən tikinti sektorunun inkişafı da adekvatlığı ilə fərqlənmişdir. Belə ki, ölkəmizdə çoxlu sayda tikinti layihələrinin reallaşdırılması və xüsusilə mənzil tikintisinin əhəmiyətli səviyyədə artması tikinti materalları bazarının sürətlə genişlənməsinə, bu bazarın strukturunun təkmilləşdirilməsinə əlavə imkanlar yaratmışdır. Xüsusilə, paytaxt Bakının siması tamamilə dəyişmiş, şəhər nəhəng bir tikinti meydançasına çevrlimişdir. Bu səbəbdən Bakıda və onun ətraf qəsəbələrində, rayonlarda tikinti materiralları bazarlarının geniş şəbəkəsi formalaşmışdır. Bu bazarlarda yerli tikinti materialları ilə bərabər, dünyanın onlarca ölkəsindən yüzlərlə çeşiddə gətirilmiş tikinti materiallarının olması diqqət çəkir. Şübhəsiz, belə bir şəraitdə tikinti materialları bazarının inkişafı üçün əlavə potensial formalaşmış və bazarların fəaliyyət səviyyəsi kifayət qədər yüksəlmişdir.
Bir çox sahələrdə olduğu kimi, tikinti sektorunda və tikinti materialları bazarında da fəallaşma neft strategiyasının reallaşdırılması ilə bilavasitə bağlı olmuşdur. Bu strategiyanın həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi, o cümlədən tikinti sektorunun makroiqtisadi sabitliyinin təmin edilməsi və tikinti materialları bazarının inkişafının intensivləşdirilməsi, strukturunun formalaşdırılması, bu sahədə emal müəssisələrin yaradılması, paytaxt Bakı ilə bərabər ölkələnin digər iri şəhərlərində və regionlarında tikinti bumunun sürətlənməsi, yerli tikinti materialları istehsalı sahələrinin potensialından məhsuldar istifadənin təmin edilməsi mümkün olmuşdur. Ölkəmizdə iri tikinti kompaniyaları və tikinti materialları istehsalı müəssisələri yaradılmış, bir sıra milli şirkətlər və kompaniyalar beynəlxalq tikinti tenderlərində iştirak etmiş, tikinti materiallarının idxalı və daxili istehsalı əhəmiyyətli səviyyədə genişlənmiş, müasir tikinti materialları topdansatış şəbəkəsi və tikinti materialları bazarları formalaşmışdır. Tikinti materialları bazarlarında kommersiya münasibətlərinin səmərəli təşkili və kommersiya fəaliyyətinin genişləndirilməsi üçün hər cür şərait yaradılmışdır.
Qeyd edək ki, görkəmli akademik A.Nadirov və bir qrup ölkə alimləri iqtisadi resurslardan və təbii ehtiyatlardan səmərəli istifadənin milli maraqlar naminə təmin edilməsini vacib məsələlərdən biri kimi qiymətləndirmişlər[1]. Azərbaycanın ərazisi çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malikdir və bu ehtiyatların əksəriyyəti tikinti materiallarının istehsalının genişləndirilməsinə imkan vermək iqtidarındadır. Xüsusilə, Abşeronda, Qobusatn və Qaradağ rayonlarında, ölkənin Qərb bölgəsində tikinti materialları istehsalına imkan verən yataqlar və ehtiyatlar mövcuddur. Filiz faydalı qazıntılat sırasında zəngin yataqlarımız olduğu kimi, qeyri-filiz təyinatlı faydalı qazıntıların bolluğu diqqət çəkir. Göranboy rayonu ərazisində gips, anhidirit yataqları, Naxçıvan şəhərinin cənub-şərqində gips yataqları və Gəncə şəhərinin ətrafında gəc yataqlarının böyük ehtiyatları vardır[2]. Qazax rayonunda Daşsalahlı bentonit gili yatağının sənaye ehtiyatı 84,5 mln. tondur[3]. Qaradağ və Güzdəkdə mişar daşı yataqlarının ehtiyatı böyükdür. Bundan əlavə Qaradağ rayonunda sement istehsalının güclü xammal bazası vardır. Ümumiyyətlə, ölkəmizdə 240-dan çox müxtəlif növ qeyri-filiz xammalları və tikinti materialları yataqları məlumdur[4]. Bu xammalların əsasında ölkəmizdə sement və əhəng istehsalı sahələrinin, üzlük materialları, mərmər, keromid, kərpic, mişar daşı və digər tikinti materialları istehsalının genişləndirilməsi üçün əlverişli şərait vardır. Belə ki, bu sahənin inkişafı qeyri-neft sektorunun inkişafına əlavə imkanlar verməklə bərabər, onun bir neçə sektorunun, ilk növbədə tikinti və nəqliyyat sektorunun inklüziv inkişaf xüsusiyyətlərindən daha səmərəli istifadəyə şərait yaradacaqdır. Respublikamızın ərazisində 550-dən çox filiz, qeyri-filiz, tikinti materialları, yataqların və ehtiyatları kəşf edilərək onların imkanları və perspektiv potensialı müəyyənləşdirilmişdir[5]. Qeyd edək ki, bu yataqların və mədənlərin ölkəmizin tələbatlarına uyğun yüksək keyfiyyətli və geniş çeşiddə tikinti materiallarının istehsalının təşkil edilməsi potensialı vardır və bu işlərin sistemli və komplelks təşkil olunması tikinti materialları bazarlarının sürətli inkişafına və kommersiya münsibətlərinin effektivliyinin artırılmasına əlavə imkanlar verə bilər. Belə ki, yuxarda qeyd olunan tikinti materialları yataqlarının 100-dən çoxu sənaye sahələrinin inkişaf etdirilməsi və milli iqtisadiyyatın gücünün artırılması proseslərinə cəlb olunmuşdur[6]. Bu baxımdan tikinti materiallarının istehsalı sahələrinin genişləndirilməsi və geniş çeşiddə tikinti materiallarının istehsal olunması milli iqtisadiyyatın gücünü artırmaqla bərabər, həm də milli iqtisadiyyatın artım tempinin dinamikliyinin təmin edilməsində əhəmiyyətli rol oynaya bilər. Ölkəmizdə güclü inşaat və məmulat daşları, daş duzu, gips yataqları və digər tikinti materialları təyinatlı yataqlar sənaye əhəmiyyəti baxımından yüksək potensiala malikdirlər[7]. Buna görə də, obyektiv reallıq baxımından tikinti materialları bazarının genişləndirilməsi və inkişafının sürətləndirilməsi üçün rəqabət qabiliyyətli və yüksək standartlara malik keyfiyyətli tikinti materiallarının istehsalı üçün mövcud potensialın və güclü perspektivlərin olması şübhə doğurmur.
Ölkəmizdə milli iqtisadiyyatın inkişaf səviyyəsinin yüksəlməsi, eyni zamanda tikinti materialları bazarının səviyyəsinin artırılmasını və onun səmərəliliyinin müasir dövrün tələblərinə adekvat səviyyəyə çatdırılmasını tələb edir. Tikinti materialları bazarında hələ də primitiv sexlərdə və şəraitdə, mövcüd standartlara cavab verməyən, əmtəə nişanları olmayan tikinti materiallarına rast gəlinir, əksər tikinti materiallarının isə uyğunluq sertifikatları yoxdur, ya da onların sivil alqı-satqısını müəyyənləşdirən sənədləşdirmə formaları, müqavilə öhdəliklərini əks etdirən münasibətlər zəifdir, geniş yayılmayıb, kommersiya münasibətlərinin əksəriyyəti nəğd ödənişlə müqaviləsiz həyata keçirilir, ölkədə satılan tikinti materiallarının xeyli hissəsi kommersiya münasibətlərini əks etdirən sənədləşdirmələr zəif aparılan və infrastruktur, uçot baxımından zəif nəzərə çarpan tikinti materialları bazarlarında, satış yerlərində, yol kənarlarında, tikinti işləri fəal olan ərazilərin yaxınlığında satılır. Ölkəmizdə tikinti sektorunun fəaliyyət prinsipləri və mexanizmləri müasir dövrün xeyli dəyişən mürəkkəb tələblərinə uyğunlaşdırlmalı və təkmilləşdirilməlidir[8]. Ölkə iqtisadiyyatının mühüm inkişaf determinantları yeni yanaşmaları və məhsuldar mexanizmləri tələb edir. Tikinti sektorunun tamamilə yeni mexanizmlər əsasında fəaliyyətinin təşkilində və etibarlılığının artırılmasında tikinti materialları istehsalı şəbəkəsinin və geniş mənada tikinti materialları bazarları infrastrukturunun inkişaf etdirilməsi kompleks baxılmalı, bunlarla əlaqədər problemlərin sistemli həlli təmin edilməlidir[9]. Belə ki, ölkəmizdə kifayət qədər tikinti materialları istehsalına imkan verən tikinti xammalları yataqlarının olduğunu bildirmişdik. Professor İ.Aliyev qeyd edir ki, ölkədə qum-çınqıl, gil, üzlük daş, sement xammalı, əhəng daşı, dolomit, mərmər, travertin, bazalt, qranit, vulkan tufu kimi yataqların böyük ehtiyatı mövcuddur. Belə zəngin mineral-xammal ehtiyatlarından müxtəlif çeşidli və yüksək keyfiyyətli tikinti materialları istehsal etmək mümkündür[10]. Zənnimizcə, müəlif bu məsələdə haqlıdır, belə ki, həmin xammal ehtiyatları üzrə tikinti materialları istehsalı şəbəkəsininin genişləndirilməsi ölkəmizdə, ilk növbədə regionlarda tikinti materialları bazarlarının infrasturkturunun və fəaliyyətinin gücləndirilməsinə, tikinti işlərinin həcminin genişləndirilməsinə böyük perspektivlər açmış olardı. Belə ki, Azərbaycanda rəsmi məlumatlara istinadən qeyd etmək olar ki, dövlət balansında 323 tikinti-inşaat materialları yataqları, o cümlədən 59 mişar daşı, 22 üzlük daşı, 111 gil, 27 tikinti daşı, 16 sement xammalı, 76 qum-çınqıl, 17 qum, 3 bitumlu süxurlar, 2 perlit və pemza yataqları vardır. Tikintidə mühüm əhəmiyyət kəsb edən 59 mişar daşı yatağının 48-i əhəng daşı əsaslıdır[11]. Göründüyü kimi, ölkəmizdə tikinti materiallarının istehsal şəbəkəsinin genişləndirlməsi, universal və geniş çeşidli tikinti materialları bazarlarının formalaşdırlması üçün əlverişli şərait və güclü potensial mövcuddur.
Qeyd edək ki, tikinti materialları bazarının əsas materiallarının əksəriyyətinin ölkəmizdə istehsalı, onların tikinti materialları bazarlarının genişləndirilməsi, fəal şəkildə kommersiya əməliyyatlarına cəlb edilməsi imkanları mövcuddur. Amma, təəssüf ki, bu potensialdan istifadə hələlik adekvat səviyyədə deyildir. Nəzərə almaq lazımdır ki, son illərdə ölkəmizin iqtisadi inkişaf modelinin bəzi problemləri, ilk növbədə əlavə dəyər yaradılması vacib olan iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi problemləri kifayət qədər aktual olaraq ortaya çıxmışdır. Belə ki, milli iqtisadiyytamızın artım tempi zəifləmiş, neft gəlirlərinin azalmasından itirilən valyuta vəsaitlərinin kompensasiya edilməsinə imkan verən digər qeyri-neft sektoru sahələrinin, o cümlədən tikintiu sektoru və tikinti materialları istehsalı sahələrinin inkişafının sürətləndirilməsi vacib şərtlər kimi diqqət çəkir. Bu kimi vəzifələrin reallaşdırılması tədbirləri tikinti materiallarının çeşidlərinin genişləndirilməsi, onların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, eyni zamanda tikinti materialları bazarının yaranması və inkişafı proseslərinin təkmilləşdirilməsini tələb edir.
Beləliklə, ölkəmizdə demoqrafik vəziyyətin müsbət tendensiyaları, ölkənin iri şəhərləri ilə bərabər, bütün regionlarında abadlıq və quruculuq işlərinin genişləndirilməsi, yeni mənzil fondlarının yaradılması, yaşayış massivlərinin salınması, milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı müəssisələrinin istifadəyə verilməsi, infrastruktur obyektlərinin yenilənməsi və daha müasirlərinin reallaşdırılması, mənzil, mülki, sənaye, həmçinin hərbi tipli tikinti obyektlərinin istismara verilməsi proseslərinin intensivləşməsi tikinti materiallarının istehsal şəbəkəsinin genişləndrilməsi ilə bərabər, çoxlu sayda və tələb olunan çeşiddə, həcmdə tikinti materiallarını özündə birləşdirən universal, çevik kommersiya əməliyyatlarına qadir olan tikinti materialları bazarları şəbəkəsinin yaradılmasını və bu bazarların bütün iştirakçıları arasında qlobal iqtisadi çağırışlara adekvat münasibətlərin formalaşdırılmasının vacibliyini şərtləndirir və s.

 

ƏDƏBİYYAT
1. Nadirov A. və digərləri. Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.-344 s.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytı. http://www.eco.gov.az/az.
3. Azərbaycan təbii sərvətləri. http://www.azercology.az.
4. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu. http://www.igaz.az.
5. Şükürov A. Dağ-mədən sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu. http://www.strategiya.az.
6. Geology and mineral resources of Azerbaijan. New York, 2000.
7. Cəfərova R.M. Təbiətdən istifadənin iqtisadiyyatı. Bakı, 2014.-286 s.
8. Сафаров А.Н. Некоторые проблемы развития строительства в Азербайджане на современном этапе. «Azərbaycan müstəqllikdən sonra» Beynəlxalq Konfransın materialları. Bakı, 3-4 mart 2013.-320 с.
9. Алиев. Ш.Т. Важнейшие детерминанты устойчивого развития экономики Азербайджана. Баку, «Элм», 2010.-196 с.
10. Alıyev İ. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir. http://www.anl.az.
11. Tikinti materialları və qeyri-filiz xammalı. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. http://www.eco.gov.az.

Acar sözlər: tikinti materilları bazarı, tikinti sektoru, kommersiya münasibətlərinin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti, kommeriya münasibətlərinin effektivliyi.
Ключевые слова: рынок строительных материалов, строительный сектор, совершенствование коммерческих отношений, коммерческая деятельность, эффективноть коммерческих отношений.
Keywords: building materials market, construction sector, improvement of commercial relations, commercial activity, effective commercial relations.

РЕЗЮМЕ
В статье исследованы направления совершенствования коммерческих отношений на рынке строительных материалов в современном периоде. С этой целью анализированы важность развития сферы производства строительных материалов и расширения коммерческих отношений на рынке строительных материалов. Рассмотрены эффективность коммерческой деятельности со всеми участниками рынка строительных материалов по принципу прибыльности.
В конце статьи даны предложения и рекомендации по совершенствованию коммерческих отношений на рынке строительных материалов в современном периоде.

SUMMARY
The directions of perfection of commercial relations in the market of building materials in the modern period are explored in the article. The importance of developing the production of building materials and expanding commercial relations in the construction materials market is analyzed with this purpose. The efficiency of commercial activity with all participants of the market of building materials on the principle of profitability is considered.
The suggestions and recommendations on improving commercial relations in the market of building materials in the modern period are given at the end of the article.

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

YAŞAR İSKƏNDƏROV
Azərbaycan Dövlət İqtisad Universiteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-10-2017
20-10-2017
20.10.2017
19-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3068 san