11:07 26 May 2017
3989 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru

 

Cinayət məcəlləsinə əlavələr olunmalıdır,
Cənab hakim!
Məsələn, 
o qadının dəyəri ölçülməyən itkisinin –
Ömür qatilinin cəzası necə olacaq?
Cənab hakim,
hesablayın:
Bir ömür sevinci, gülüşü, inamı
xəbərsiz-ətərsiz yoxa çıxıb,
yəni talanıb...
Səadəti, ömrünün
mənası oğurlanıb.
Əyarı ucuz, saxta evliliyi
sevgi adına sırıyıblar ona,
Aldatmaq deyirlər buna...
Qanunla
necə tarazlanır bunlar,
cənab hakim?
Ömrü, əli, qolu bağlı,
haqqı, 
arzu və istəkləri
talan, 
sürgün, əsirlik yaşayan,
ölü ikən diri görünən 
qadından, anadan söhbət gedir...
Bənzərsiz bir cinayət var ortada...
Ədalət tələb olunur...
Cənab hakim,
hər gün ürəyindən qəddarcasına oxlanan 
bu qadın, əslində, çoxdan öldürülüb,
qarşımızda duran görüntüsüdür.
Deyirlər, səbrin ən uzun kəndiriylə
özünü dözümdən asıb...
Gedib-gələn nəfəsini
övladlarına görə
Tanrıdan borc alıb,
tezliklə qaytaracaq...
Misli görünməmiş oğurluq, yalan,
qəddarcasına ölüm var ortada...
Cinayətin cəzasını,
bu qadının haqqını 
kim ödəyəcək, kim,
cənab hakim?


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7308 san