11:21 31 May 2017
2420 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

2017-ci il may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 155 ili tamam oldu. 

Mirzə Ələkbər  Sabir Tahirzadə 1278-ci səneyi-hicridə zilhiccə ayının əvvəlinci günündə Şamaxıda anadan olmuş,  1329-cu ildə rəcəb ayının 28-də vəfat etmişdir
 

Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biri olub. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır. 
***
Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb  həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır.
“Məclis məktəbi” Şamaxıda fəaliyyət göstərən ruhani idarələrinin himayə etdiyi təhsil ocağı idi. Məktəbin açılmasının təşəbbüskarı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinin sədri Hacı Səid Əfəndi Ünsizadə idi. (1859-cu ildə paytaxt Şamaxıdan  Bakıya köçürülərkən bir sıra idarələr Şamaxıda saxlanılmışdı -N.N). Məktəbin açılmasına Bakı qubernatoru D.S.Staroselski (15.05.1832- 11.03.1884 ) icazə vermişdi.
 
M.Ə.Sabirin oxuduğu "Məclis məktəbi"nin yaradıcısı Hacı Səid Əfəndi Ünsizadə sonralar Şamaxı şəhərində əsassız təzyiqlərə məruz qalır, müxtəlif cinayətlərlə günahlandırılır, lakin heç bir fakt təsdiq olunmur. Sonralar S.Ünsizadə doğma yerlərdən  baş götürüb, türk dünyasının baş şəhərinə-İstanbula köçmüş, əqidə dostlarından biri olan Münif paşanın köməkliyi ilə maarif sahəsində rəhbər vəzifəyə işə düzəlmiş, 1905-ci ilin yazında  İstanbulda  ömrünün  80-ci ilində dünyasını dəyişmişdir.  S.Ünsizadə Quranın Azərbaycan dilində ilk təfsirini  yazanlardan  biridir.
M.Ə Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda  pərvazlanmış, buradakı zəkalı müəllimlərdən  dərs almış,  həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və  Mozdolevskidən etdiyi tərcümələr  ə təsdiq edir.
***
“Məclis  məktəbi”ndə Sabirə Cəlaləddin Ünsizadə, Seyid Əzim Şirvani kimi milli qeyrətli, elmə, təhsilə bağlı olan aydın düşüncəli müəllimlərin dərs deməsi gələcək şairin  mənəvi  aləmini  xeyli zənginləşdirib. Onlarin hər ikisi Şamaxının ən savadlı müəllimlərindən sayılır, Şamaxı pedaqoji mühitinin aparıcı qüvvələri kimi tanınırdı.
M.Ə.Sabirin  müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin, "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin  redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən  təzkirə-ədəbiyyatşünaslıq  əsəri yaratmışdır. C.Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxi mətbəəsində çap  etdirdiyi "Hesab" dərslıyi   uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas  dərs  vəsaiti olmuşdur.
 
M.Ə.Sabirin “Məclis məktəb” ində ana dili və şəriət müəllimi S.Ə.Şirvani olmuşdur. Sabirin şair və tərcüməçi kimi yetişməsində Seyid Əzimin böyük rolu danılmazdır.
M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Bəhaiddin kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş. Onun farsdilli poeziyadan ilk mükəmməl tərcümələri məhz məktəb illərinə təsadüf edir.
 
M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O, uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan  dilinə tərcümə edirmiş. 
    
Atasının təkidi ilə iki ildən sonra "Məclis məktəbi"ndən uzaqlaşan Sabir atasına ticarət işlərində kömək edir. O, bir müddətdən sonra atasının icazəsi ilə Səbzəvar, Xorasan, Nişapur, Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin  qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır.
Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt  Zaqafqaziya Müəllimlər Seminariyasında  inspektor (müfəttiş)  işləyən  məktəb dostu  S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən  şikayətlənir.
Dostu cavab məktublarının  birində   Zaqafqaziya  Müəllimlər  Seminariyasında  yaxın vaxtlarda bir müəllim yeri boşalacağını  və  müəllimlik  kağızı  olacağı  təqdirdə  Sabirin  bu vəzifədə işləyə  biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən  F.Köçərlinin  daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə)  təyin olunacağı   gözlənilirdi-N.N.).       
Məsələ  burasındadır ki,  o vaxtlar savadlı adamların Quberniya  Ruhani  idarələrinin  birində  yüksək səviyyəli komissiya qarşısında imtahan  vermək  yolu ilə attestat alması mümkün idi. Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir. O, bu məqsədlə  1908-ci il  fevralın  12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir.  Rəsmi dairələrdə  Mirzə Ələkbər Məşədi  Zeynal oğlu  kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir.  Onunla imtahan verənlərin demək olar ki, hamısı yaşadıqları  ərazilərin  tanınmış  din xadimləri idi,  yazı-pozu  əhli  idi,  lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq olunmuş “prixod mollası və müəllim” attestatı yox idi.   
Aydınlıq üçün deyək ki, “prixod  mollası və müəllimlik  attestatı” imtahanları Qafqaz Canişininin 5  mart  1876-cı ildə  təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan  ötrü  imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan  Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı  xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın  oxusunda orfoepik normalara əməl  etmək, cümə günü və dini  bayram  günlərində  tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd  qardaşlığı qohumluq  dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid  idi. Prixod mollası  və müəllimin öz fikrini tatar (Azərbaycan-N.N.) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi. Rus və fars dilərində  yazılmış imtahan  protokollarının sonunda iddiaçının  prixod  mollası  adına layiq olub-olmaması  xüsusilə  vurğulanırdı.
 
Mirzə  Ələkbər Məşədi Zeynal  oğluna və onunla bir yerdə imtahan  verənlərə  aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı  Mircəfərzadə, məclis üzvləri Axund  Ağa  Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və  Axund Ağa  Əlizadə imzalayıblar. Sənədlər  baxılmaq  və  təsdiq olunmaq  üçün  aprelin 19-da  Tiflisə-Zaqafqaziya  Ruhani   İdarəsinin sərəncamına göndərilmişdi.
O vaxt   artıq bir neçə ay  idi  ki, Zaqafqaziyada  şeyxülislam vəzifəsi  boş  idi: 1879-cu ildə  Qori  Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada  oxuyan  şiəməzhəb tələbələrin  ana  dili  və  şəriət  müəllimi olmuş, sonralar uzun müddət  ruhani  idarəsinə  rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il  noyabrın 18-də   ömrünün  64-cü  ilində  vəfat etmişdi.
Aprelin 22-də Tiflisə  çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də   Bakının  Qobu   kənd  sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid  Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini  Mehdi bəy  Molla  Əbdülhəsən  Kərbəlayı  İsmayıl  oğluna və şamaxılı Mirzə  Ələkbər Məşədi Zeynal oğluna  prixod mollası  və  müəllimlik attestatı (diplomu yox-  N.N.) verilir.  
Mirzə  Ələkbərin  bəxtinə  944  nömrəli  attestat  düşür.                
M.Ə.Sabir müəllim işləmək üçün  attestatı  Şamaxı  Əhli-Təsənni  Ruhani İdarəsinin  xəttilə də   ala  bilərdi.  Şeirlərinin  birində  yazdığı  kimi, onun babası  sünni, nənəsi  isə şiə idi. O, sünni   ruhani məclisinin sədri Hacı Məcid  Əfəndi Əfəndizadə ilə səmimi dostluq   münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin  matəminə Sabirin iki mərsiyə yazması  bu münasibətdən irəli gəlirdi.
Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı  Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü  göndərdiyi  ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl -  fevralın  12-də  yazmışdı.
Sabirin  Bakı  Quberniyası  Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun  Zaqafqaziya  Müəllimlər  Seminariyasında şiəməzhəb uşaqlara  dərs deyən  Firudun bəy Köçərlinin yüksək  vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf  ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan,  Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən,  bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.
Əhvali-ruhiyyəsi  gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi)  ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.
M.Ə.Sabir  1908-ci ilin iyun ayında  “Tazə həyat”  qəzetində Bakıda təzə açılan “Səadət “ adlı  məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən  məktəbin rəhbərliyinə  yazılı şəkildə müraciət edir, lakin Sabirin  müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək  arzusu  baş  tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.
1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı  açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru (müfəttişi) S.M.Qənizadənin  kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya  Müəllimlər Seminariyasının məzunu idi.
Bu faktları da xatırlamaq  yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.) Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci  ildə  Tiflisdəki Aleksandrovski  Müəllimlər İnstitutunu bitirmişdilər.
S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa  bir  müddətdə  belə məktəblərin sayı  xeyli artmışdır.
“Məktəb“ jurnalının  1912-ci ildəki 21-ci  nömrəsində   S.M.Qənizadənin  türk  dünyasının  görkəmli  ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif  cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və  İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar.
1910-cu ilin əvvəllərində Sabir  Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd  məktəbində  işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il  iyulun 12-də dünyasını dəyişir.
Hələ attestat  almamışdan  əvvəl xalq  içində  Mirzə Ələkbər  kimi  tanınan, ana dili ilə yanaşı,  fars və ərəb  dillərini də  şeir yazmaq  dərəcəsində mükəmməl bilən,  dövrün  vacib  və  qaçılmaz  tələbi  ilə  rus dilini  də  öyrənməyə məcbur  olan  Mirzə  Ələkbər  Məşədi  Zeynal  oğlu Tahirzadənin  (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din  dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi  üç  ildavam edir.
Yaxşı  müəllimlərin yaxşı  şagirdi  olan,  xalq  pedaqogikasının  incəliklərini  mükəmməl  bilən,  Azərbaycan  dilinin  musiqi  və təranələrini bu dili bilənə də,  bilməyənə də  sevə-sevə  sevdirən  M.Ə.Sabirin  ictimai-siyasi  həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya  durduqca, ağıllı sözə  ehtiyac duyulduqca davam  edəcəkdir.


Müəllifin digər yazıları

  1. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  2. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  3. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  4. Bağışla, bağışla, bağışla bizi
  5. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  6. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  7. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  8. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  9. Bizə ən gərəkli - Fil hesabatı
  10. “Bağçasaraydan göndərilən məktub”
  11. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  12. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  13. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  14. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  15. Doğma yurdun qış lövhələri...
  16. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  17. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  18. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  19. Hamıya dostam mən,bir qardaşam mən
  20. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  21. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  22. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  23. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  24. Söz sözü çəkər, əgər sözün közü varsa
  25. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  26. Müəllim olanda da yaxşı müəllim olun
  27. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  28. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  29. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  30. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  31. Ay Allah bəndəsi, niyə yazıqsan?
  32. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  33. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  34. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  35. Təbrizdən kənd məktubları
  36. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  37. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  38. Dünya yaman dünyadır
  39. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  40. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  41. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  42. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  43. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  44. Sözgəlişi, ola bilər düzəlişi...
  45. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  46. Bu Dünya- Şirin Dünya.....
  47. Göz görür,ağıl kəsir....
  48. Tərcüməsiz başa düşülən tatar bayatıları
  49. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  50. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  51. Mənim nəğməli bibim - Foto
  52. Sən yazmasan,mən yazaram
  53. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  54. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  55. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  56. Qulam Məmmədli-120
  57. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  58. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  59. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  60. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  61. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  62. Bu tarix ki var, qəliz məsələ imiş......
  63. SÖZ KİMİNDİR?
  64. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  65. Mənim dualarım
  66. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  67. Təzadlar, ay təzadlar....
  68. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  69. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  70. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  71. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  72. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  73. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  74. Testdən qəsdən danışmırıq
  75. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  76. Dərsliklərimizin halı və vəziyyəti
  77. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  78. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  79. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  80. Hırsızın gözü əlyazmalara düşdü
  81. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  82. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  83. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  84. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  85. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  86. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  87. Hacı Səid Əfəndi Ünsizadə-191
  88. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  89. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  90. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  91. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  92. Bir daha Ünsizadələr haqqında
  93. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  94. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  95. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  96. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  97. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  98. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  99. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  100. Bizə hansı elmlər lazımdır və yaxud ...
  101. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  102. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  103. Soyqırımı günündə dostumu itirmişəm
  104. Bu yaz bir başqa yazdır
  105. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  106. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  107. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  108. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  109. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  110. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  111. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  112. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  113. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  114. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  115. Dərgahdan başlanan yol
  116. Fikrin ifadə formalarından biri
  117. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  118. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  119. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  120. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  121. Təhsil tariximizin maraqlı səhifələri
  122. Təhsil tariximizdən maraqlı səhifələri
  123. Akademiklərin cərgəsindəki müəllim
  124. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  125. Mübarizə bu gün də var,sabah da...
  126. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  127. "Əkinçi" qəzeti-140
  128. Mustafanın Çanakkala məktubu
  129. Məktəbdə elm və texnologiya həftəsi
  130. Mübarizə bu gün də var, yarın da....
  131. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  132. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  133. Yazımızın tarixi-özümüzün tarixi
  134. Fikrət Sadıq -Dədə Qorqud
  135. Tədqiqatçı öz fikrində israrlıdır
  136. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  137. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  138. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  139. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  140. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  141. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  142. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  143. "Bağçasaraydan göndərilən məktub"
  144. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  145. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  146. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  147. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  148. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  149. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  150. Abdulla Şaiqin uşaq bağçası
  151. "Ziya"nın biblioqrafiyası
  152. Kasıblığın üzü qara olsun
  153. Bu gün M.Ə.Sabirin ad günüdür
  154. Keçən günə gün çatarmı ... - Fotolar
  155. Elmə yönələn yolun başlanğıcı - FOTO
  156. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  157. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  158. Ucundadır dilimin həqiqətin böyüyü ...
  159. İlk hesab dərsliyimiz
  160. Yusif Vəzirovun kölgədə qalan yazıları
  161. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  162. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  163. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  164. Dərslik, dərslik, yenə də dərslik...
  165. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  166. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  167. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  168. "ZİYA"lı ziyalı - Foto
  169. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-01-2018
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6357 san