18:33 07 İyun 2017
612 dəfə oxunub
Çap versiyası
...

 

 

Ölkəmizdə sabitliyin qorunmasında, əmin-amanlığın bərqərar olmasında digər hüquq-mühafizə orqanları ilə yanaşı daxili işlər orqanları əməkdaşlarının da rolu danılmazdır. İnamla deyə bilərik ki, düz 24 il bundan öncə yenidən qazandığımız müstəqilliyimizi qorumaq naminə üzərinə düşən vəzifələri vicdanla və şərəflə yerinə yetirənlərin, dövlətini və xalqını sevənlərin cərgəsində həmkarlarımız ön sıralardadır.

Bu gün Azərbaycan böyük dövlətlərin tərəfdaşı kimi tanınır və əldə etdiyimiz uğurların sayı ildən-ilə artır. Beynəlxalq idman yarışlarının, mötəbər tədbirlərin keçirilməsi isə davamlı inkişafın və tərəqqinin göstəricisidir. Bizi söz sahibi edən naliyyətlərin fövqündə həm də sağlamlıq dayanır desək yanılmarıq. Xalqımızın sağlamlığı, bu istiqamətdə maarifləndirmə işlərinin davamlı aparılması dövlət siyasətinin əsas prioritetlərindəndir.

DİO əməkdaşlarının sağlamlığı üçün yaradılan şərait də bu sahəyə ölkə və DİN rəhbərliyinin ali diqqətinin nəticəsidir. Sağlamlıq xidmətin təşkilində və qarşıya qoyulan hədəflərə çatmaq üçün əsas şərtlərdəndir. DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalında, 1 nömrəli və 2 nömrəli poliklinikalarda şəxsi heyətin sağlamlığına rəhbərliyin müntəzəm nəzarəti həmkarlarımızın işində, xidmətində əsaslı dönüş yaratmış, bu da cinayətkarlıqla mübarizənin səmərəsini artırmışdır. Sağlam canla və sağlam ruhla əldə edilən hər bir uğur əlbəttə ki, vətəndaş məmnunluğuna xidmət edir.

Tibb xidməti üçün yeni müasir və yüksək standartlara cavab verən obyektlərin tikilib istismara verilməsi zəruri, müasir texniki vasitələr və avadanlıqlarla təminat ölkəmizdə səhiyyənin inkişafına verilən töhfə kimi dəyərləndirilməlidir. Bütün bunlarla yanaşı, əmək qabiliyyətinin yüksək səviyyədə saxlanması, sağlamlığın qorunması məqsədi ilə hər il mütəşəkkil qaydada keçirilən profilaktik tibbi müayinələrin təşkili həm də DİO əməkdaşlarının məsuliyyət hissini artırır.

Bu məqsədlə, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daxili işlər orqanlarının əməkdaşları, onların ailə üzvləri, təqaüdçülərlə yanaşı, müraciət edən vətəndaşlara da yüksək tibbi yardım göstərilir, müayinə və müalicə işləri aparılır. Elə DİN-in Tibb İdarəsinin struktur qurumu olan 1 saylı poliklinikada öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirən

peşəkar həkim heyətinin bu il dispanserizasiyadan keçən əməkdaşlarımıza göstərdikləri diqqətin şahidi kimi, deyə bilərəm ki, sağlamlığımız etibarlı əllərdədir.

Bəlkə oxucular üçün də maraqlı müqayisə olar. Mən əvvəllər Ukraynada xidmət etmişəm və 1996-cı ildən Azərbaycanda daxili işlər orqanlarında xidmətdəyəm. Apardığım təhlillər və müşahidələrim onu deməyə əsas verir ki, ordakı tibbi xidmət və DİO əməkdaşları üçün yaradılan tibbi şərait ölkəmiz ilə müqayisədə çox geri qalıb.

Günü-gündən yüksələn xəttlə inkşaf edən ölkəmizin uğurlarının üfüqləri daha da genişlənməkdədir. Əsrimizlə ayaqlaşmaq istəyimizin və yeni-yeni nailiyyətlər əldə etmək üçün göstərdiyimiz çabaların nüvəsində isə qədrini bildiyimiz (həm də bilmədiyimiz) sağlamlığımız dayanır.

 

Sabit Əliyev

Xəzər Rayon Mühafizə İdarəsinin rəisi,

polis polkovniki


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Hacı Zakir Bayramov -70
12:22 22.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3861 san