08:22 08 İyun 2017
1423 dəfə oxunub
Çap versiyası
...

Bu gün də "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Strategiya.az axşam.az-a istinadən bildirir ki, bu dəfə də oyun qalmaqalsız ötüşməyib.

Belə ki, naharda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu dalaşıb. Söz savaşına ilk öncə müğənni başlayıb və hətta Sərxanı söyüb: "Deyəcəm ki, şalvar geyinib....".

Bundan sonra Kərəmoğlu Təranəyə canlı yayımda ağzının danışığını bilməyi xahiş edib:

 

"Canlı yayımda məni iynənin ucu boyna təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən "Get, qatığını çal" deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, "Onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım". Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?".

Daha sonra aktyor da ifaçını söyüb və cavab olaraq T.Qumral ona butulka atıb.

Mübahisənin böyüdüyünü görən cangüdənlər də məşhurları sakitləşdirməyə gəliblər.

Əsəblərinə hakim ola bilməyən S.Kərəmoğlu göz yaşları axıdıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“İnsan səsi”
10:38 12.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2021 san