08:16 13 İyun 2017
678 dəfə oxunub
Çap versiyası
...

Oktyabrın 20-dən 28-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Strategiya.az festivalın saytına istinadla xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

Festival günlərində cazsevərlər Sekou Kouyate (Qvineya), Syminology qrupu (Almaniya), Mişel Borstlap Triosu (Hollandiya), Bendik Hofset (Norveç), Omri Mor Triosu (İsrail), Matthias Spillman (İsveçrə), Bobo Stenson Triosu (İsveç), Kennedi Administreyşn (ABŞ) kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı artıq ənənəyə çevrilib və dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Bakı Caz Festivalı bu il “European Jazz Network” təşkilatına üzv olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Xalq Artisti vəfat edib
19:57 17.01/2018
 
Xəbər başlıqları
21-01-2018
20-01-2018
20.01.2018 Prandelli qovuldu
19-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3391 san