09:37 14 İyun 2017
840 dəfə oxunub
Çap versiyası
...



“İyirmi birinci əsrdə bir faşistə abidə?” həmyerlimiz Vüqar Abbasovun Niderland mətbuatında gedən növbəti yazısı belə adlanır. Yazı ötən ilin may ayında Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri olmuş general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulmasından bəhs olunur. Abidənin açlışında Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı xüsusi vurğulanıb. Yazıda eyni zamanda əsası Qaregin tərəfindən qoyulmuş Vermaht erməni cəza legionunun Ukrayna və Polşada törətdikləri qırğınlardan, yəhudilərə qarşı xüsusi amansızlıq göstərilməsindən söhbət açılıb. Yazıda o da qeyd olunub ki, erməni legionu öz hesabatlarında tək Krımda 20 mindən çox dinc sakini qətlə yetirib. 
Vermahtın törətdiyi vəhşiliklərə geniş yer verilmiş yazıda həmçinin qeyd olunub ki, rəsmi İrəvan tək Nijdeyə heykəl ucaltmaqla kifayətlənməyib onun adını kəndlərə, qəsəblərə, məktəblərə veribdir. “Bütün bunlar İkinci Dünya Müharibəsində həlak olanların ruhuna hörmətsizlik deyilmi?” – deyə yazıda sual olunur və Nijdeyə ucaldılmış heykəlin götürülməsi təklif olunub.

Qeyd edək ki, həmyerlimiz  Vüqar Abbasov Niderlandda yaşayır. Niderland jurnalistlər birliyinin üzvü və “Connect” təşkkilatının sədridir. 

Mənbə: http://rfgmagazine.nl/een-monument-voor-nazi-in-eeuw/

Elnur Eltürk


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0722 san