12:48 14 İyun 2017
332 dəfə oxunub
Çap versiyası
...

“Bakı-Berlin” qalereyasının rəhbəri Ebrahim Əhrarinin təşkilatçılığı ilə Almaniyanın Klaynzassen şəhərində “Nar və yanardağ” adlı sərgi açılıb.

Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti son illərdə Azərbaycanın mədəni irsi və onun müasir həyatında cərəyan edən hadisələrə həsr edilib.

Sərgi alman mətbuatının da marağına səbəb olub və onun fəaliyyəti “Marktkorb” və “Fuldaer Zeitung” qəzetləri tərəfindən işıqlandırılıb. Dərc edilmiş məqalələrdə azərbaycanlı rəssamlar tərəfindən çəkilmiş rəsm əsərlərinin çoxunda, xüsusi ilə gənc rəssamların əsərlərində Qərb və Şərq rəssamlığına məxsus elementlərin sintez edilməsinin alman publikasında böyük marağa səbəb olduğu yazılır.

Sərgi çərçivəsində, həmçinin Azərbaycan musiqi nümunələrindən ibarət konsert proqramlarının keçirilməsinin, habelə Almaniya-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani tərəfindən Azərbaycanın mədəni irsinə dair məruzə edilməsinin nəzərdə tutulduğu xəbər verilir.

Sərgi avqustun 27-dək davam edəcək.

 

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“İnsan səsi”
10:38 12.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1833 san