15:05 14 İyun 2017
707 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Görəsən bu insanları haçansa işlə təmin etmək mümkün olacaqmı?

2015-ci ilin payızında qaçqınların kütləvi şəkildə qəbul edilməsi ilə yaranan əsas suallardan biri belə idi. Almaniya cəmiyyətinin bir hissəsi çox nikbin idi, lakin son dərəcə şübhəli səslər də eşidilirdi. Bu ilin baharında Münxendəki nüfuzlu İFO iqtisadi İnstitutu tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri göstərir ki, real vəziyyət eyforiyaya uymağa əsas vermir, lakin indi işlər bəzi adamların ehtiyat etdikləri variantla müqayisədə xeyli yaxşılaşıb.

İFO İnstitutu öz araşdırmalarının nəticələrini iyunun 6-da dərc edib. Həmin materialdan məlum olur ki, son bir ildə qaçqınları bu və ya digər formada işə qəbul etmiş Almaniya müəssisələrinin sayı üçqat artıb. Belə ki, 2015-ci ilin dördüncü rübündə rəyi soruşulmuş firmaların yalnız 7 faizi son dörd ayda iş axtaranlara və ya sığınacaq alanlara iş yerləri verildiyini göstərirdisə, 2017-ci ilin birinci rübündə belə şirkətlərin payı 22 faiz olub. Beləliklə, hazırda Almaniyada orta hesabla beş firmanın birində qaçqınlar çalışır.

Eyni zamanda müəssisələrin mütləq əksəriyyəti (58 faiz) bildirib ki, hələlik qaçqınların işə qəbulu sahəsində təcrübəsi yoxdur. Müəssisələrin daha 19 faizi cavab verib ki, sığınacaq istəyən şəxsləri işə götürmək üçün prinsip etibarilə imkan yoxdur, çünki işçilərin ixtisas səviyyəsi və alman dilini bilməsi barədə xüsusi tələblər irəli sürülür.


Müəllifin digər yazıları

  1. AFR Prezidenti Moskvaya səfər edəcək
  2. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  3. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  4. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  5. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  6. Dünya güclü kiberhücuma məruz qalıb
  7. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  8. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  9. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  10. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  11. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  12. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  13. Almaniyada prezidenti necə seçirlər?
  14. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  15. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  16. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  17. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  18. Potensial terrorçular güclü müşahidə altındadırlar
  19. Berlindəki hadisə terror aktıdırmı?
  20. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  21. Drezden sarayında ən məxfi illik forum keçirilir
  22. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  23. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Hacı Zakir Bayramov -70
12:22 22.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.437 san