11:10 18 İyun 2017
136 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın hərbi məmuru Əfqanıstandakı hərbi bazada hücum nəticəsində 4 amerikalı hərbçinin öldürülməsi barədə xəbəri təkzib edib.

Strategiya.az xəbər verir ki, bir qədər əvvəl Reuters agentliyi Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən bazada əfqan əsgərinin hücumu nəticəsində ABŞ silahlı qüvvələrinin 4 hərbçisinin həlak olduğunu bildirmişdi.

ABŞ hərbi komandanlığının Kabildəki nümayəndəsi “Şahin” düşərgəsində yaralanan hərbçilər arasında amerikalı əsgərlərin olduğunu desə də, onların dəqiq sayı barədə məlumat verməyib. Onun sözlərinə görə, insident nəticəsində, həmçinin bir əfqan əsgəri də həlak olub. Məzari-Şərif şəhərindəki bu hərbi düşərgədə Əfqanıstan ordusunun 209-cu korpusu yerləşir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2337 san