11:50 18 İyun 2017
713 dəfə oxunub
Çap versiyası
...

Oxucu sual verir: Yalan danışmaq orucu pozarmı?

Məlum olduğu kimi, yalan danışmaq dinimizdə hədsiz bəyənilməyən əməllərdən biridir və onu edən günah qazanar. Günahlar savabları sildiyi üçün, yalan danışan adamın da orucdan qazandığı savab azalar və ya hətta tam silinə bilər.

Diqqət yetirməliyik ki, burada ümumi mənada yalan danışmaq nəzərdə tutulur. Yalanın konkret növü olan Allaha, Peyğəmbərə və imamlara yalan söz aid etmək isə orucu pozar. Yəni bir kəs Allahın və müqəddəslərin buyurmadıqları sözü qəsdən onlara nisbət verərək söyləsə və ya onların söylədiyi bir sözü qəsdən inkar etsə, orucu batil ola bilər. Beləliklə, hər yalan yox, onun yuxarıda deyilən növü orucu pozar. Amma ümumilikdə yalan danışmaq da orucun savabına ziyan gətirər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-08-2017
21.08.2017 Füzulidə yanğın
20-08-2017
19-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.266 san