11:06 19 İyun 2017
670 dəfə oxunub
Çap versiyası
...

Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a bildiriblər ki, vyetnamlı qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazasının ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi dənizçilik fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5692 san