12:27 19 İyun 2017
196 dəfə oxunub
Çap versiyası
...

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı ra­yo­nunun Alar kəndin­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətən­daş­ları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muham­mad Bahauddin, onlara bələdçilik edən İran İslam Respublikası vətən­daşı, 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanıl­ıblar.
 
 
DSX-nin mətbuat mərkəzindən Strategiya.az-a bildirilib ki, sərhəd pozucu­ları­nın dövlət sərhədindən keçiril­mə­sinə vasitəçilik edən Azərbaycan vətən­daşı, Yar­dımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu ha­disə yerin­dən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının «Odlar Yurdu» və «Qərb» univer­sitetlərinin tələ­bə­ləri olması müəyyən­ləşdirilib.
 
Cəlilabad ra­yo­nunun Əsədli kəndin­­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də isə İrandan Azərbaycana dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticə­sin­də sərhəd pozucusunu qarşıla­maq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil Əhməd oğlu, onun qardaşı Şixəli Gözəlov, sərhəd pozucusu, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıt­maq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keç­məsi müəyyənləşib.
 
Hər iki fakt üzrə cinayət işi başlanıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Beyləqanda yanğın
01:20 27.06/2017
 
Xəbər başlıqları
28-06-2017
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2265 san