14:21 20 İyun 2017
2570 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 ADU-nun türkologiya kafedrasının müdiri  Fərhad Ramazan oğlu Zeynalov  ( 22 iyun 1929, Ordubad - 16 oktyabr 1984, Bakı )


                       
Mən yaxşı müəllimlərimi həmışə yaxşı xatırlayıram.Yaxşı xatırladığım müəllimlərimdən biri də Azərbaycan Dövlət Universitetində bizə türkologiyanın əsaslarını öyrədən filologiya elmləri doktoru Fərhad Zeynalov idi. Biz II kursda oxuyanda-1968-ci ildə Fərhad Zeynalova professor adı verdilər. O vaxtlar ali məktəblərdə professorlar az idi : bəlkə də onları barmaqla saymaq olardı.
Fərhad Zeynalov SSRİ və dünya miqyasında tanınan professorlardan idi. Hər dəfə xarici ölkələrdən elmi məzuniyyətlərdən, konfrans və simpoziumlardan qayıdanda bizə maraqlı elmi mülahizələrini söyləyir, fikirlərini bizimlə bölüşərdi. Bəlkə də həmin mülahizələr çoxları üçün qaranlıq idi, amma Fərhad müəllim elə ürəklə danışırdı ki,hamının diqqəti ona yönəlirdi. 
Bir dəfə xarıci səfərlərin birindən qayıdandan sonra Fərhad müəllim sevinc və qürurla Nizaminin Azərbaycan dilində yazdığı şeirlərinin izinə düşdüyündən söz açdı. Fərhad müəllim tələbələrin suallarına cavab verməyə hazır idi, lakin heç kəs sual verməyə cəsarət etmədi. Deyəsən,yöndəmsiz danışan elə mən oldum. Nizaminin türkcə şeirlərinin orijinalı ilə maraqlandım.Fərhad müəllim şübhələrə son qoymaq üçün çoxlu misallar çəkdi, müqayisələr apardı və təbii ki, tapdığı və ya izinə düşdüyü arxiv materiallarını bizə göstərə bilmədi.Bəlkə də həmin materialları ilk dəfə geniş elmi yığıncaqların dinləyicilərinə təqdim etmək istəyirdi.(Sonralar məlum oldu ki, bu Nizami o Nizami deyilmiş).Hər halda biz, professorla debata hazırlaşmağa maraqlı idik.
Fərhad Zeynalov ilin ən uzun və ən işıqlı günündə-22iyun 1929-cü ildə Ordubadda dünyaya göz açmışdır. 18 yaşında Ordubad Mədəniyyət Evinə direktor təyin olunmuşdur.Bir ildən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1953-56-cı illərdə Moskvada aspirantura təhsili almış, gənc dilçi alim kimi Bakıya qayıtmışdır. Artıq 1966-cı ildə Fərhad Zeynalov filologiya elmləri doktoru idi. Onu türk dünyasının dilçiləri də, ədəbiyyatşünasları da tanıyırdılar.
F. Zeynalov siyasi əngəllərə sinə gərərək, Azərbaycanda türkologiya məktəbi yaratmışdır. O,elmi qabiliyyətinə və elm üçün zəruri olan inandırıcı düşüncə tərzinə güvəndiyi gənc alim və aspirantları kafedranın işinə cəlb edə bilmişdi.Maraqlıdır ki, F.Zeynalov əməkdaşları auditoriyalardan özü arayıb axtarırdı. Fərhad müəllim bu məqsədlə kurs işlərinə daha çox üstünlük verirdi. Bəzən tələbələr onun tələbkarlığından ehtiyat edərək, kurs işlərini səriştəli yazmaqdan ehtiyat edirdilər; birdən onlar elmi məsələlərə daha ciddi, daha tələbkar olan Fərhad müəllimin diplomantlarının siyahısına düşərlər.
Səhv etmirəmsə, "Abbas Səhhətin yaradıcılığında köməkçi nitq hissələrinə aid sözlərin üslubi xüsusiyyətləri" mövzusunda kurs işi yazırdım. Filologiya fakültəsində məndən bir kurs yuxarıda oxuyan gürcüstanlı Mədinəyev Ələddin kurs işimi oxuyanda dəhşətə gəldi:"Ayə, bu nədir yazmısan.Sən kimsən ki, 8 dəfə Fərhad Zeynalovun dediklərinə etiraz edirsən, hər dəfə də mötərizədə fikrin sənə aid olduğunu inisialınla- "N.N" ilə göstərirsən".Doğrusu, sonralar Ələddinin etirazını başa düşdüm: mən Fərhad müəllimlə nahaq yerə mübahısə edirəmmiş, Fərhad müəllim düz deyirmiş.
...Kurs işləri yoxlanılıb qurtarmışdı.Hamı narahatlıqla Fərhad müəllimin rəyini gözləyirdi. Fərhad müəllim dəftərlərin içindən 3-4-nü seçərək auditoriyaya diqqətlə nəzər saldı. Elə bildim məni axtarır ki, yazdığıma görə mənim dərsimi versin. İlk dəfə Bayraməli Aslanovu soruşdu. O ayağa qalxdı.Fərhad müəllim onu təriflədi, kurs işinə elmi yanaşmasını xüsusilə vurğuladı. Sonra Dilavər Əliyevin adını çəkdi.Onu da təriflədi. Bir az sükutdan sonra auditoriyaya xeyli göz gəzdirib, mənim adımı çəkdi. Ayağa durdum. Fərhad müəllim əlindəki dəftərlə məni hədələyirmiş kimi "hamıdan yaxşı sən yazmısan,-dedi, diplom işini məndən götürərsən".
Fərhad müəllimin mənə verdiyi diplom işinin mövzusu belə idi: 
 
 
"Müasir türk dillərində rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər". 
 
 

Fərhad müəllim evindən mənə diplom işini yazmağa gərəkli olan qalın-qalın kitablar gətidi. Bunlardan ən maraqlısı qazax dilçisi V.İsenqaliyevanın "Тюркские глаголы с основами, заимствованными из русского языка. Алма-Ата ,1966" kitabı idi. Mən diplom işində əsasən bu kitaba istinad etməli idim. Maraqlıdır ki, Fərhad müəllim qazax dilçisindən fərqli olaraq, mövzunu təkcə rus dili ilə yox, Avropa dilləri ilə də əlaqələndirib təsdiq etdirmişdi. Mən 10-dan artıq türkdilli xalqların emi və bədii əsərlərini varaqladım,mövzuya aid çoxlu nümunəlr tapdım.Diplom işi üçün lazım olan materialları arayıb axtarmaq məqsədilə Moskva və Leninqradın (indiki Sankt-Peterburq) arxiv və kitabxanalarında işlədim.Müdafiə uğurla keçdi: məni -filologiya fakültəsinin qiyabiçi tələbəsini-leytenant Şmidt adına neft maşınqayırma zavodunun tokarını Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçılik İnstitunun aspiranturasına oxumağa göndərdilər. İmtahan verıb qəbul olundum. Doğrudur, institutun direktoru, atamın məktəb yoldaşı əyani fakültədə boşluqda qalanlardan birini qiyabi şöbəyə-mənim yerimə qəbul etmək istədi. lakin insanlara qiymət verməyi bacaran dövlət adamları direktora da, akademiyanın rəhbərliyinə də qaydaları başa saldılar.İnstitutun rəhbərliyi sərt mövqeyini başqa şəkildə bildirdi; mən ərəb əlifbalı "Ziya" və "Ziyayi-Qafqasiyyə"qəzetlərinin (1879-1884) dilini tədqiq etməli idim. Sağ olsunlar, akademiya mənə hər şeydən əvvək əski əlifbalı yazıları oxumağı öyrətdi.
Fərhad müəllim mövzunun adını eşidəndə bir az pərt oldu O bəlkə də məni universitetdə saxlaya bilmədiyinə təəssüf edirdi.
Fərhad müəlimin dilçılık görüşləri mənim dilçilik məsələlərinə ciddi yanaşma meyarımdır. Onun "Müasir türk dillərində köməkçi nitq hissələri"(1971), "Türk dillərinin müqayisəli qrammatikası"(1975),"Qədim türk yazılı abidələri"(1980),"Türkologiyanın əsasları"(1981) adlı monoqrafiya və dərslikləri, dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuş onlarla elmi məqaləsi dilçilik elmimizin uğurlarındandır. 
Fərhad Zeynalov və Samət Əlizadənin birlikdə nəşrə hazırladıqları "Kitabi-Dədə Qorqud" kitabı dünya türkoloqlarının mükəmməl nəşr kimi müraciət etdikləri xalq eposlarından biridir. .
Fərhad Zeynalovu dünya türkoloqlarına yaxından tanıdan ilk əsəri 1957-ci ildə Bakıda nəşr olunan "Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü" monoqrafiyasıdır. Bu gün bu əsərin yenidən nəşr edilməsinə böyük ehtiyac vardır. Elmi qrammatikamızın və ona əsaslanmalı olan orta məktəb dərsliklərinin yazılmasında bu monoqrafiya əsaslı istinad nöqtəsi kimi qiymətləndirilməlidir. Biz bu gün sözlərin nitq hissələrinə ayrılmasında hansı prinsipdən istifadə etməkdə çətinlik çəkirik. "Yaxşı" sözü işlənmə məqamına görə həm sifət, həm zərf, həm də modal söz kimi izah edilir. Halbuki bir çox dilçilərin fikrinə görə bir söz ancaq bir nitq hissəsinə aid olmalıdır.
Fərhad Zeynalvun ad günündə dillçıliyimizin problemləri haqqında bu gün gur səslə danışa bilərik. Belə məqamda gur səslə danışmağı bizə Fərhad Zeynalov öyrətmişdir.Mən yazdığım məqalələrdən birinin adını diçiliyimizin Axilles dabanı" adlandırmıdım.Mən burada orfoepik qaydalarımızdakı boşluqlardan söz açmışdım. Sonradan məlum oldu ki, bizim Axilles dabanlarımız çoxdur.Mən burada bir çox məsələlərdən danışmaq istərdim. Mən 2012-ci ildə Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə işgüzar əlaqələr yaratmağa cəhd etdim.İnstitutun ovaxtkı direktorunu və bir neçə elmi əməkdaşını məktəbə dəvət etdik. Geniş fikir mübadiləsi apardıq.Tədbirdə məktəbin ixtisas müəllimləri də, yuxarı sinif şagirdləri də fəal iştirak etdilər. Elmi, elmi-pedaqoji sahədə birgə müəyyən işlər görmək müəyyənləşdirildi.Sonralar institut rəhbərliyinin dəyişdirilməsi bu əməkdaşlığı bir az səngitsə də, bu il yenidən əlbir tədbirlər keçirmək nəzərdə tutulmuşdur.Bu ilin sentyabrında Mirzə Kazım bəyin 1839-cu ildə nəşr edilən "Türk-tatar dillərinin qrammatikası( Грамматика турецко-татарского языка") kitabının 175 illik təntənəsini keçirməyə hazırlaşırıq.
Yeri gəlmişkən bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Bu gün Nəsimi adına Dilçilik İnstitutu orta məktəb şagirdləri üçün hazırlanan dərsliklərə nəzarət edə bilmir. (dərsliyin müəlliflərindən biri indi Nasimi adına Dilçilik İnstitutunun elmi əməkdaşıdır.Ümid edirik ki,bu təyinat dərsliklərin xeyrinə olacaqdır). 
Bu gün elmi qrammatikada hələ tam müəyyənləşməyən fikirlər orta məktəb dərsliklərinə yol tapır.Bu gün dərsliklərdə adlıq cümlə yersiz qalıb.Vasitəli və vasitəsiz nitqə aid məsələlərin izahında müəyyən sürüşkənlik var. Sintaktik əlaqələr məsələsi orta məktəb dərsliklərində yaxşı izah olunmayıb. III növ təyini söz birləşmələrinin arasına daxil olan sözün izahında ikilik var. "Mənim Şamaxıda evim var", "Mənim beş kitabım var" cümlələrinin sintaktik təhlili orta məktəb dərsliklərində hələ də aydın izahını tapmayıb.
Azərbaycan dilində durğu işarələrindən istifadə qaydalarına aid elmi mənbə olmadığına görə hələ də yazımızda müəyyən dolaşıqlıqlar özünü göstərir. Bu gün opfoqrqfiya qaydalarına ciddi baxılmalıdır.Orfoqrfya lüğətimizin geniş oxucu kütləsinə təqdimi ləngiyir. Mürəkkəb adların yazılışında problemlərimiz hələ də həll olunmayıb. Bu gün yazıda buraxılan səhvə görə heç kəs heç kəsdən üzr istəmir.
Opta məktəblərin X və XI siniflər üçün yazılmış Azərbaycan dili dərsliklərinin yeni nəşrinə diqqətlə yanaşılmalıdır.Bu dərsliklər TQDK-nın seminarlarında həftələrlə müzakirə edilmişdir. Lakin eşitdiyimə görə, vaxt məhdudluğu ucbatından bu dərsliklərdə əsaslı düzəlişlər edilməyəcək. X sinfin Azərbaycan dili dərsliyində türk dillərinin ailə şəcərəsi nöqsanlı şəkildə təqdim olunmuşdur.Burada dilimizin adı Konstitusiyamızdakı adından fərqlidir. Ailə şəcərəsindəki inkişaf yönü düzgün göstərilməmişdir. Portret oçerklərində bir sıra yanlışlıqlar vardır. Bu, ən çox Mahmud Kaşğari portret oçerkinə aiddir. Yazının növlərinə aid materiallar yayğındır. Yazı növlərinə aid izahlarda fikir müxtəlifliyi vardır. Elmi fikir müxtəlifliyi dərslik üşün bağıçlanılmaz səhvdir.
XI sinif şagirdləri və təbii ki, onların müəllimləri üçün hazırlanmış 160 səhifəlik dərsliyin 75 səhifəsi əvvəlki illərdə keçilənlərin təkrarıdır. Bu da dərslikdəki materialların 47 faizinə bərabərdir.Məncə, dünyanın heç bir yerlində dərsliyə belə yanaşma təcrübəsi yoxdur.
Bu gün dünyanın elmi məclislərindən Fərhad Zeynalov kimi dilçilərimizin səsi, çox təəssüf ki, nadir hallarda eşidilir. Halbuki dilçilik elmimizin səsi çoxlarını yuxudan oyatmalıdır.


Müəllifin digər yazıları

  1. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  2. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  3. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  4. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  5. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  6. Nüktələr və nöqtələr....
  7. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  8. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  9. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  10. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  11. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  12. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  13. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  14. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  15. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  16. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  17. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  18. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  19. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  20. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  21. Bağışla, bağışla, bağışla bizi
  22. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  23. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  24. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  25. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  26. Bizə ən gərəkli - Fil hesabatı
  27. “Bağçasaraydan göndərilən məktub”
  28. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  29. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  30. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  31. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  32. Doğma yurdun qış lövhələri...
  33. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  34. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  35. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  36. Hamıya dostam mən,bir qardaşam mən
  37. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  38. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  39. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  40. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  41. Söz sözü çəkər, əgər sözün közü varsa
  42. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  43. Müəllim olanda da yaxşı müəllim olun
  44. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  45. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  46. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  47. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  48. Ay Allah bəndəsi, niyə yazıqsan?
  49. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  50. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  51. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  52. Təbrizdən kənd məktubları
  53. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  54. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  55. Dünya yaman dünyadır
  56. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  57. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  58. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  59. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  60. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  61. Sözgəlişi, ola bilər düzəlişi...
  62. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  63. Bu Dünya- Şirin Dünya.....
  64. Göz görür,ağıl kəsir....
  65. Tərcüməsiz başa düşülən tatar bayatıları
  66. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  67. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  68. Mənim nəğməli bibim - Foto
  69. Sən yazmasan,mən yazaram
  70. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  71. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  72. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  73. Qulam Məmmədli-120
  74. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  75. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  76. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  77. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  78. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  79. Bu tarix ki var, qəliz məsələ imiş......
  80. SÖZ KİMİNDİR?
  81. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  82. Mənim dualarım
  83. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  84. Təzadlar, ay təzadlar....
  85. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  86. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  87. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  88. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  89. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  90. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  91. Testdən qəsdən danışmırıq
  92. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  93. Dərsliklərimizin halı və vəziyyəti
  94. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  95. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  96. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  97. Hırsızın gözü əlyazmalara düşdü
  98. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  99. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  100. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  101. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  102. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  103. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  104. Hacı Səid Əfəndi Ünsizadə-191
  105. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  106. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  107. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  108. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  109. Bir daha Ünsizadələr haqqında
  110. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  111. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  112. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  113. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  114. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  115. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  116. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  117. Bizə hansı elmlər lazımdır və yaxud ...
  118. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  119. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  120. Soyqırımı günündə dostumu itirmişəm
  121. Bu yaz bir başqa yazdır
  122. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  123. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  124. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  125. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  126. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  127. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  128. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  129. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  130. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  131. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  132. Dərgahdan başlanan yol
  133. Fikrin ifadə formalarından biri
  134. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  135. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  136. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  137. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  138. Təhsil tariximizin maraqlı səhifələri
  139. Təhsil tariximizdən maraqlı səhifələri
  140. Akademiklərin cərgəsindəki müəllim
  141. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  142. Mübarizə bu gün də var,sabah da...
  143. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  144. "Əkinçi" qəzeti-140
  145. Mustafanın Çanakkala məktubu
  146. Məktəbdə elm və texnologiya həftəsi
  147. Mübarizə bu gün də var, yarın da....
  148. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  149. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  150. Yazımızın tarixi-özümüzün tarixi
  151. Fikrət Sadıq -Dədə Qorqud
  152. Tədqiqatçı öz fikrində israrlıdır
  153. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  154. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  155. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  156. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  157. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  158. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  159. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  160. "Bağçasaraydan göndərilən məktub"
  161. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  162. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  163. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  164. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  165. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  166. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  167. Abdulla Şaiqin uşaq bağçası
  168. "Ziya"nın biblioqrafiyası
  169. Kasıblığın üzü qara olsun
  170. Bu gün M.Ə.Sabirin ad günüdür
  171. Keçən günə gün çatarmı ... - Fotolar
  172. Elmə yönələn yolun başlanğıcı - FOTO
  173. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  174. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  175. Ucundadır dilimin həqiqətin böyüyü ...
  176. İlk hesab dərsliyimiz
  177. Yusif Vəzirovun kölgədə qalan yazıları
  178. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  179. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  180. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  181. Dərslik, dərslik, yenə də dərslik...
  182. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  183. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  184. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  185. "ZİYA"lı ziyalı - Foto
  186. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-02-2018
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7914 san