Mərhum şairin ölümünün qan donduran TƏFƏRRÜATLARI - Video

17:13 / 03.06.2017

Strategiya.az bildirir ki, ARB TV-nin “Yolun sonu” verilişi bu dəfə mərhum aktyor, şair Sərvər Şahbəyliyə həsr olunub.

Proqramda ailə üzvləri ilə yanaşı yaxın dostları və sənət yoldaşları da onun haqqında danışıblar.

Sabir Məmmədov – Əməkdar artist:
 “Yaşda da bir yaş məndən böyük idi, Üniverstetə də gec girmişdi. Nəyə görə deyirəm bunları, çünki, hamı onu tanıyırdı. “Şəhərli biçinçilər” filmi var idi. Mən o filmdə çəkilirdim. Rəhmətli Səməndər Rzayev də o filmdə idi. Sərvər Səməndər müəllimin yanına gəlmişdi. Yadımda deyil, amma diyəsən çəkildi orada. Aktyor olmağa böyük həvəsi var idi. Onun sözlərinə həddən artıq çox mahnı bəstələnib. Bizim populyar müğənnilərimiz onunla işləyiblər. Bir dəfə dedi ki, Əzizə xanım Bakıya gəlib məni axtarır. Onun da mahnısına şeirlər yazırdı. Qisməti elə gətirdi ki, aktyorluqdan çox şair oldu. Bilmirdim onun şeir yazmağını. İlk dəfə Səməndər Rzayevə həsr elədiyi şeiri oxudu, bundan sonra bildim ki, şeir yazır. Xəstəxanada görüşünə getmişdim. Dedi ki, bu yaxınlarda çıxıb, rayona gedəcəm. Həkimlər deyir ki, buranın havası düşmür. Həkimlər də hiss etmişdi ki, vəziyyəti ağırdı. Allah rəhmət eləsin. Studiyada idim, birdən gözüm “facebook” səhifəsində ölümə həsr olunmuş şeirini oxudum. Sən demə, həmin gün rəhmətə gedibmiş”.

Fidan Damadayeva – Həyat yoldaşı:
 “İlk ailəsi ilə anlaşa bilməmişdilər. O xanımla 3 il yaşadı. Səməndər adında bir oğlu da var. O xanım da yaxşı xanımdır. Eşitdiyimə görə o xanım biraz ərköyün böyümüşdü. Sərvər müəllim də biraz ərköyün böyümüşdü. Hədsiz övladlarını çox istəyirdi. Sərvər müəllim 3 il subay olandan sonra mənlə tanış oldu. Təsadüfi qarşılaşdıq. Uca boyu, saşları, gözəl gözləri, baxışı cəlb etmişdi. Sevirdi saçlarını. Oğlumun imtahan tamaşasında əyləşən müəllimlərdən biri də Cənnət xanım idi. Atası əvvəlcədən hazırlaşdırmışdı. Sual verir, sual bitməmiş cavab verir. Təəccüblü qalır və deyir ki, səni kim hazırlaşdırıb? Deyir ki, Sərvər Şahbəyli. Cavab verib ki, get atanı təbrik elə. Sevincindən ağlamışdı. Sevirdim. Bütün ailələrdəki kimi anlaşılmazlıq olurdu. Mən sonradan başa düşdüm ki, tanrı tərəfindən istedat verilən insanları hər adam anlaya bilmir. Oğluna deyirdi ki, mən şanslarımdan istifadə etməmişəm, çalış sən et. Çox gözü tox idi. Olub evimiz, amma qeyri adi şeylərdə gözümüz olmayıb. Yad bir insan deyirdi ki, mənə pul lazımdı, çıxarıb verirdi. Biz ac qalardıq, amma dillənməzdik. Deyirdi ki, ehtiyacı var istəyibdir. Axırıncı qəpiyinə kimi verərdi. 1997-ci ildə Sərvər müəllim neft daşlarında tədbirə dəvət olunmuşdu. Orada da nəmişlik çoxdur. Oraya getdi, gəldi ayaqları tutuldu. O qədər ağrıyırdı ki, müalicələr də kömək olmadı. Həkim dostuna deyirdi ki, boş-boşuna məni müalicə eləməyin. 1 həftə rayonda yeyirdi, danışırdı, zarafatlarından qalmırdı. Bir gün hava rütubətli oldu. 2 gün qaldı, dünyasını dəyişdi. 2 dəfə gözünü açıb-yumdu, danışmırdı. Böyük bacısı yanımda idi, o əli ilə gözünü örtdü. Deyirdi ki, gedək Bakıya, neynirik burada. Oğlumun suallarına cavab verə bilmirəm. Məni danlayır ki, niyə mənə demədin, bilirdin, yanında olardım. Ona 1-ci ailəsindən uzaq düşmək ona pis təsir etmişdi. Bizi də itirməkdən qorxurdu”.

Rəfail Şahbəyli – Oğlu: “Ata-oğul kimiydi. Tam dost kim idyeildik. O pərdə olmalıdı. Ama dost kimi də yaxşı dost idi. Uşaq vaxtından incəsənəti istəmişəm, aktyorluğu. Özü də aktyor olduğu üçün oradan gəlir. Evdə həmişə filmə baxanda soruşurdum ki, filan aktyor kimdi. Çox böyük maraq yarandı. 2016-cı ilin noyabr ayı idi. Ayaqları şişdi, apardıq xəstəxanaya. Reanimasiya şöbəsinə köçürdülər, vəziyyəti ağır idi. 3 gün orada qaldı. Birinci dəfə çıxıb gəldi, şeir yazdı. Fikrində var idi, gəldi yazdı. Qəbul edə bilmirəm. Simvolik oalraq deyirik, deməliyik. Amma qəbul edə bilmirəm. Normalda başım qarışır univestetdə qrup uşaqlarına. Yadıma düşəndə pis oluram. Tam anlada bilmirəm. Bilmirsiz uzağa gedib, yaxına gəlib”.

Sərdar Fərəcov – Azərbaycan bəstəkarlar ittifaqının katibi: “Sərvəri mən qiyabi olaraq tanıyırdım. Bir istedatlı aktyor kimi onun səsi tez yayıldı. Özü də ürəkli oğlan idi. Bağlandığı insanlara bütün qəlbi ilə bağlanırdı. Hərəkətlərində ürəyinin diqtəsi ilə yaşayırdı. “Qoşulaq uçaq durnalara” mahnısı var idi. Gözəl Sözlər , obraz vermişdi.    Həyatda heç kimdən mənfəət ummazdı. Özü öz qazancınsan, mənfəətindən keçə bilərdi. Yoldaşlıq, dostluq xətrinə o, addımlar ata bilərdi. Öz mənafeyinə görə heç bir iş görmədi. Lakin qəlbinə qulaq asmaq onu başqalarından fərqlənirdi. Deyim sizə ki, o, nə vaxtsa güzəranından şikayət edib? Yox. Mən onun evində olmamışam, amma o, evinin yerini deyəndəki hansı ünvandadır, bilirdim ki, normalda o  tərəflərdə heç kim yaşamır. Şikayət etmirdi”.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM