10:50 23 İyun 2017
4103 dəfə oxunub
Çap versiyası

 

 

Tələbəlik illərində bir dostum vardı – Mehman Sadığov. Üç bacının bir qardaşıydı. Hər dəfə atası İskəndər kişi haqqında danışanda deyirdi ki, atam cənnəti bu dünyada qazananlardandır. Başa düşmürdüm mənasını. Bilmirdim nəyə, hara, kimə istinad edir. Amma bu fikri ilk dəfə ondan eşitmişəm. Demə kimin ki, üç qızı var və o bu qızları böyüdüb başa çatdırır, ər evinə köçürür və bu qızlardan da heç biri geri qayıdıb atasının papağını yerə soxmur... o ata sağlığında ikən cənnəti qazanmışlardan sayılır.

Bəs üç yox, yeddi, səkkiz, on qızı olanlar necə? Bir də ki, axı bu məsəlin Hacıbala müəllimə nə dəxli? Bildiyimiz qədər onun qızı yoxdur. Düzdür. Amma ona mənim gözümlə baxsanız görərsiniz ki, Hacıbala Abutalıbov da cənnəti sağlığında ikən qazanan insanlardandır. Nə olsun ki, nəinki üç, heç bir qızı da yoxdur. Amma...

Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Bir az da dərindən düşünsək görərik ki, Bakı elə özü Azərbaycandır. “Qapalı şəhər” statusu üzərindən götürüldükdən sonra rayonlardan elə böyük axın olub ki, ayırd etmək olmur bakılı kimdir, rayonlu, kəndli kim. Yox, mən təkcə didərginləri demirəm. Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunanda böyük təsərrüfat sahələri olan bir ailənin başçısı idi. Niyə “idi” dedim? Onda xırdalayım.Çünki yenə də deyəcəklər ki, Mahir yaman ironiyabazdır. Oxu atıb yayı gizlədir. Hər şeyi üstüörtülü deyir.

Ay vətəndaşlar, Bakı deyəndə ilk olaraq hara yada düşür? Əlbəttə ki, İçərişəhər. Rəmzidir Bakımızın. Çox ürəyi yumşaq “qaynata”dır Hacıbala müəllim. Onu Nazirlər Kabinetinə “ərə verdi”. O da atası evindən çıxandan dərhal sonra familiyasını – soyadını dəyişdi. Əvvəl Bakı ŞİH nəzdindəydi, oldu Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. Çox gözəl saxlayırdı Hacıbala müəllim İçərişəhəri. Qoruq kimi bakirəliyini qoruyub saxlamışdı.

Gördülər ki, İçərişəhər yaxşı çıxdı... Bu dəfə Bulvara elçi gəldi. Onu da verdi Hacıbala müəllim. Hara? Çox uzağa getmədi. O da Nazirlər Kabinetinə köçdü. İndi mənə lağ eləyib deməyin ki, bəs Bakı deyəndə iki yer yada düşür – İçərişəhər və Bulvar. Bu iki yerin sahibi olmayan Bakı ŞİH nəyə lazımdır ki? Elə deməyin. Köçənlərin ikisindən də razıdırlar. Sübut? Çünki geri qayıtmayıblar. Əksinə gündən-günə artıb-gözəlləşirlər. Ər evində yaxşı baxırlar onlara.

Bu iki. Bəs yolları, körpüləri çəkən idarə? Onu da təmtəraqla köçürtdü Hacıbala müəllim. Üstündə də cehizi. Sonra Bakı şəhər Nəqliyyat Departamentinə elçi gəldi.

Onun da “həri”sini çox gözlətmədi, “köçdüyü yeni yurdda xoşbəxt olsun” xeyir-duası verdi Hacıbala müəllim.

Bundan sora hətta evdə qalıb-qarımış, heç kimin yadına düşməyən kifir Balaxanı zibilxanası da mətaha çevrildi. Onun da xeyir-duasını verdi Hacıbala müəllim. Zibilxana da gedib nəinki familini, adını da dəyişdi. Qoydu “Təmiz şəhər”. Yadıma Bakının “Poxlu dərə” deyilən ərazisi düşdü. Burada bir kafe açmışdılar, adını da qoymuşdular “Güllü dərə”.

Bir az etibarlısı Bakı şəhər təhsil, səhiyyə və sairə ciddi idarələr çıxdı. Nazirliklərin tabeliyinə keçsələr də nə adlarını dəyişdilər, nə də famillərini. Soylarına sadiq qaldılar. İndiyəcən də özlərini ləyaqətli aparırlar. Nə olsun ki, quruca familiyaları qalıb. Düzdür, Bakı şəhər Təhsil idarəsi uşaqlarını hərdən göndərir ata evinə – ana babasının yanına. Ata babaları – Təhsil nazirliyi nə qədər çalışsa da buna mane olmağa, uşaq bağçalarını geri almağa... müvəffəq olmur. Axı, Hacıbala müəllim nəvə sevən babalardandır.

Vallah, siyahını uzatmaq istəmirəm: Bakqaz, Bakıişıq, Bakkanalizasiya, özəlləşdirmə, təmir-tikinti və sairə, və ilaxır. Özüm də qız atası olduğundan kövrələ bilərəm axı... Çünki Ataların belə bir misalı var: “Oğlun oldu geyin, qızın oldu soyun”. O gün də eşitdim ki, Reklam balamız köçdü. Ayağı sayalı olsun. Getdiyi yerdə ata ocağını unutmasın, başını uca eləsin. Lap “bacı”ları kimi.

İndi yəqin ki, yüz faiz əminəm ki, mənim Hacıbala müəllimi layiqli qaynata kimi tərifləməyimi görən “oğlan atalarının” ürəyindən belə bir sual keçəcək? Görəsən Hacıbala müəllimin əlində-ovcunda qalanı varmı? Demirəm. Axı, Ataların başqa misalı da var: “Qız qalar, qızıla dönər”. Mənim üçün ən əhəmiyyətlisi Hacıbala müəllimin sağlığında cənnəti qazanması oldu. Çünki bu qədər “qız” köçürəsən, hamısı da yaxşı çıxa. Heç biri də geri qayıtmaya. Amma “Maşallah” da demirəm. Dilim gəlmir.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9484 san