09:12 03 İyul 2017
2443 dəfə oxunub
Çap versiyası

NƏRİMAN HƏSƏNZADƏDƏN QABİLƏ VƏ QABİLDƏN NƏRİMAN HƏSƏNZADƏYƏ MƏKTUB.

 

HÖRMƏTLİ QABİL MÜƏLLİM!

Məqalənizlə əlaqədar fikrimi qısaca bildirmək istəyirəm:

Məzuniyyətdən qayıdan kimi (avqustun 29-da işdə idim) birinci gün Sizin məqalə ilə maraqlandım. Doğrudan da ləngiyirdi. Öz arzunuzla Ayaz çapa hazırlamışdı, Vidadi oxuyub qol çəkmişdi. Amma Sizsiz mətbəəyə göndərilməmişdi. Müəllifin razılığı mütləq lazımdı.

Sentyabrın birinci günlərində (günü yadımda deyil) redaksiyada (red.- “Ədəbiyyat və İncəsənət” qəzeti) görüşdük. Məqaləni istədiniz ki, bir də baxasınız, – şəklimi də üstə qoyub gətirəcəyəm, – dediniz. Mən gördüm ki, o şəkildə çapına razı deyilsiniz. Məqaləni apardınız ki, işləyib gətirəsiniz.

Şeyxzadənin yubiley gecəsindən çıxanda görüşdük. Xahiş etdim ki, məqaləni göndərin. Gənclər qəzetini göstərdiniz, – çap edilib, – dediniz. Həm də çox əsəbi danışdınız. Mən bunu gözləmirdim. Öyrəndim ki, bizdə çapa hazırlanmış məqalənin bir nüsxəsini hələ avqustun əvvəllərində ikən “Azərbaycan gəncləri”nə də təqdim etmisiniz.

Hər halda məqaləni bizdən götürüb başqa qəzetdə çap etdirməyiniz bizim başımızın ucalığı deyil. Bacarırsınızsa, bağışlayın. Sizin ürəyiniz pakdı, o ürəyi incitmişik. Şairliyinizə də, publisist qələminizə də böyük hörmətim var. Siz qəzetdə işləyəndə mənə daima köməklik göstərmisiniz. Özünüzə bu barədə dəfələrlə razılıq hissi ilə demişəm. Unutmamışam.“Seçilmiş əsərləri”niz barədə məqalə verəcəyik. Başqa yazılarınızı da göndərin.

 

Bacıya salam deyin, Mahiri öpün.

Nəriman Həsənzadə

30 sentyabr 1988.

  

 

NƏRİMAN! (məhz salamsız-kəlamsız, müəllimsiz, filansız...)

Məktubunu aldım. Başa düşə bilmirəm ki, necə olub ki, sən şair olmusan. Qeyri-səmimilik – özü də çox geniş mənada qeyri-səmimilik, bütün ürəkbulandırıcı üfunət və kəsafətiylə qeyri-səmimilik hara, şairlik hara?! Sən şairsən! Məndən artıq şair deyilsən, ancaq şairsən – adamın allahı var.

Sənin süni surətdə həyasızcasına özünü müdafiə etməyin, məni borclu çıxarmağın – məqaləni verməməyindən beş qat artıq məni yandırdı. Mirzə və İsmayıl müəllimdən (red.- AYB sədri Mirzə İbrahimov və AYB-ın 1-ci katibi İsmayıl Şıxlı) ayrılandan sonra küçədə gördüm başım gicəllənir... evə güclə çatdım, sən demə qan təzyiqi işini görübmüş...

Əşşi, kişi kimi etiraf etsəydin ki, “Nəyi-nəyi verməsəydim də, gərək o yazını verəydim – Azərbaycan xalqının, Azərbaycan dilinin bugünkü, sabahkı taleyi xatirinə. Qabil cəhənnəmə, Qabili gözüm götürmür. Vicdansızcasına səhv etmişəm.” – səni qucaqlardım. Mən kinsiz, kövrək adamam.

Dörd ay futbol topu kimi yazını ötür-ötürə salmağınız, kəsib, kəsib müsəlman ....... döndərməyiniz bəs deyil? Məşədi İbad demişkən mənə meymun deməyin bəs deyil, hələ məni məhkəməyə də verirsən? Hələ məni məzəmmət də edirsən ki, nə üçün yazını apardım? Bəlkə səndən icazə alıb, sonra başqa yerə verməliydim? Sən özün olsaydın neynəyərdin? Sənə həyasız adam lazımdı ki, gəlib kabinetində nəfəsini kəsəydi. Qabil yox!

Nəriman, iki-üç nekroloqaltı vida sözünü, bir-iki şəxsən öz sifarişini çıxmaq şərtilə sən redaktor olduğun illərdə həmişə mənim qanımı qaraltmısan, elə çap eləmisən ki, eləməsəydin yaxşıydı. Vallahi-billahi! Səbəbini bilmirəm! Nə yaxşı ki, mənim kitablarımın, poemalarımın, iri tərcümələrimin, silsilə şeirlərimin taleyi səndə olmayıb. Hərçənd ki, deyirsən (yeri gələndə) “Jurnalda “Nəsimi”ni mən çap eləmişəm”. Özüm ölüm gözünün içinəcən yalan deyirsən! Sən birinci hissəni oxuyandan sonra sözün bu oldu: “Ay canım, nə qədər ənəlhəq demək olar!” Mən əsəri sənin əlindən aldım. Bir də axı o vaxtı sən kim idin ki... Allah rəhmət eləsin Cəlal Məmmədova (red. -“Azərbaycan” jurnalının baş redaktoru), sağ olsun Ağacavad (red.- şair Ağacavad Əlizadə) və Novruz (red.- şair Novruz Gəncəli). Düzdür, əsər çap olunandan sonra, aləmə yayılandan sonra sən ona aid diplom işi yazdırdın. Əgər yalan deyirəmsə...

İlin-ayın bu vaxtında, mənim bilavasitə doğma qəzetimdə, mənim şair ziyalı yoldaşımın – “Nəriman” və “Atabəylər” müəllifinin bu naxələfliyi heç yerdə, heç kimə deyiləsi deyil. Bir də guya gedib şikayət edəcəyim adamlar səndən yaxşıdılar! Eh!..

Başa düş, istər vəzifəli, istər vəzifəsiz – adam kişi olar. Kişiliyə ancaq bir bucaq altında baxmaq olmaz. Ona qalsa bütün canlıların erkəyi var də...

Yenə yaxşı ki, dolayısıyla da üzr istəyirsən – bacarırsan bağışla – deyə. Nə olar. İ na to spasibo!

“”Seçilmiş əsərləri”niz barədə məqalə verəcəyik. Başqa yazılarınızı da göndərin!”

Əşşi, nə danışırsan?! Doğrudan?!

Sənin məktubun mənim odumun üstünə həm su tökdü... həm də yağ...

 

Bacıya salam demirəm! Mahiri sənin sözünlə, yəni sənin əvəzində öpmürəm!

QABİL

30 sentyabr 1988-ci il.


 Redaksiyadan: Məktubları şair Qabilin oğlu Mahir Qabiloğlu təqdim edib. Və bugünəcən heç yerdə çap olunmayıb.


Müəllifin digər yazıları

  1. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  2. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  3. "Arvad, qadın və sekskukla"
  4. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  5. Mahir Qabiloğlu - "Arvad və maşın"
  6. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  7. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  8. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  9. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  10. LUSİNE NERSESYAN, CAN, CAN...
  11. BULUDXAN XƏLİLOV VƏ MƏN
  12. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  13. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  14. AzTV nədir?
  15. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  16. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  17. TÖHMƏT
  18. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  19. JURNALİST VƏ XORUZ
  20. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  21. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  22. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  23. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  24. QAN
  25. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  26. Atam Qabilin “dərs”i
  27. “QATİLƏ”
  28. Hidayət Zeynalov nəvə toyu görmədi
  29. Öl deyəndə öl, qal deyəndə qal
  30. Arvada işim düşür...
  31. QURD YAĞI
  32. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  33. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  34. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  35. GÖZƏL İBRAHİM
  36. Zaur, bizi yetim qoyma!
  37. Mahir Qabiloğlunun köhnə arzuları
  38. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  39. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  40. Əmir Mustafayevin toyu
  41. HİDAYƏT VƏ FATMA
  42. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  43. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  44. Arvad, Allah verəndən gətir!
  45. İsmayıl Şıxlının böyük günahı
  46. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  47. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  48. Q. idi, Mən idim, Ş. idi...
  49. Bacarırsan yaşa, Bacarmırsan öl
  50. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  51. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  52. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  53. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  54. Sona Tağıyevanın məktəbi
  55. KİTAB OĞRUSU
  56. Ağasəlim Abdullayev, bağışla!
  57. BİZİM TELLİ PƏNAHQIZI
  58. Hacıbala Abutalıbovun Kişi sözü
  59. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  60. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  61. AĞACIN QARĞIŞI
  62. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  63. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  64. Milli komandamıza qara zurna kömək olsun
  65. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  66. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  67. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  68. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  69. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  70. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  71. RADİO VƏ DEPUTAT
  72. POLİS NƏCİB PEŞƏDİRMİ?
  73. Leyla Yunus papağı polisin başından qapdı və ...
  74. BOZQIRIN YALQUZAĞI
  75. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  76. DEBİL ARMEN -2
  77. DEBİL ARMEN - I
  78. Təhsil Nazirliyi və TQDK bir olsa...
  79. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  80. Vəzifəli balasından şikayət məktubu
  81. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3232 san