09:23 05 İyul 2017
3368 dəfə oxunub
Çap versiyası

 

 

On ayın sözü olar. Yazıçılar Birliyinə getmişdim. Anar müəllimin köməkçisi Rauf müəllim mənə dedi ki, bəs Qəndab xanım ittifaqa gəlmişdi. Səni axtarır. Dedi ki, Qabilin oğluna çatacaq kassetim var.

Qəndab xanımı bir xanəndə, səhnəmizin Leylisi, Ərəb-Zəngisi kimi sevmişdim. Amma həyatda görməmişdim. Yaxşı bilirdim ki, atam Qabil də onun sənətinin vurğunuydu. Amma bu vurğunluğun yüksək səviyyədə olmasını bir gün sonra bildim. (Demə ona şeir həsr edibmiş.) Yazıçılar Birliyindən çıxıb “Xalq qəzeti”nə gəldim. Mədəniyyətimizin canlı ensiklopediyası Rafiq Salmanovun otağına girdim:

– Rafiq müəllim, sən bütün xanəndələri şəxsən tanıyırsan. Qəndab xanımın telefonu ola səndə.

Rafiq müəllim telefonunun yaddaşına, bloknotuna baxdı. Amma tapa bilmədi. Zəng etdi başqa bir nəfərdən öyrəndi. Zəng etdim. Özümü təqdim etdim.

– Mahir, sənsən? Gör səni neçə gündür axtarıram. Sənə çatacaq bir disk var. Bir də ki, səndən bir xahiş. Atan mənim haqqımda şeir yazıb. O da kitabda çıxıb. Rəhmətlik verməmişdi mənə onu. Sabah zəngləşək. Sənə diski verim. Sən də kitabı çatdır mənə.

Səhərisi gün özü zəng etdi ki, şəhərə düşürəm – Rəssamlar İttifaqı tərəfə. Ora gələ bilərsən? Cavab verdim ki, bəs “hazırda Heydər Əliyev sarayının qabağındayam. Keçələm. Əynimdə də boz köynək var”. Güldü. “Onda orda gözlə” dedi. Çox da gözləmədim. Beş dəqiqədən sonra yanımda bir Jiquli maşını dayandı. Çoxdan tanıyırmış kimi görüşdü mənimlə. Qucaqlayıb öpdü. Bir disk uzatdı mənə. Üstünə atamın şəkli həkk olunmuş və “Goranboy. Cəbhə bölgəsi” sözləri yazılmışdı. Kitabı soruşdu. Düzünü deyə bilmədim ona ki, bəs atamın bütün kitabları bağdadır. Çatdırıb gedə bilmədim. Dedim ki, Qəndab xanım, kişinin külliyyatını hazırlayıram – yeddi cild. O şeiri də salacağam ora. Və hökmən sizə çatdıracağam. Nəinki, bir şeiri, bütün əsərləri sizdə olsun. Razılaşdı. “Yaddan çıxartma ya...” deyib ayrıldıq.

Evə gəlib diskə tamaşa eləməyə başladım. Cəbhə bölgəsində görüşə getdikləri anlar lentə alınmışdı. Bir saatlıq diskdə kimlər yox idi – Atam Qabil, Xalq yazıçısı Anar, Xalq rəssamı Fərhad Xəlilov, ədliyyə nazirinin müavini Akif Rəfiyev, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, millət vəkili Rəfail Hüseynov, tarzən Zamiq Əliyev, kamança ifaçısı Ədalət Vəzirov, AzTV-nin müxbiri və operatoru, diktor – Xalq artisti Rafiq Hüseynov, Goranboyun keçmiş icra başçısı Ağa Əkbərov, Xalq artisti Canəli Əkbərov və ən nəhayət Xalq artisti Qəndab xanım. Tarix isə 21-22 may 1994-cü il.

Diskə baxandan sonra Qəndab xanıma zəng etdim. Dedim ki, icazə ver bunu yutub-a yerləşdirib, Modern.az saytında yayımlayım. Hamı görsün. Dedi ki, “bala, mən yutub, sayt-zad bilmirəm. Necə məsləhət bilirsənsə, o cür də elə. Mən diski köçürüb orda olanların hamısına çatdırdım. Qabil müəllim yoxdur, ailəsinə çatdırmağı özümə borc bildim”. Sağollaşdıq. Amma diski ictimailəşdirməkdən vaz keçdim. Nəsə çəkindim. Yox, doğrusu qorxdum. Ki, bu diskin iştirakçıları narazı qalarlar, üstümə “hücuma”

keçərlər. Narazılıqlarını da birinci Qəndab xanıma edəcəkdilər. O da əsəbiləşəcəkdi. Nə isə, diski qoydum “Sandığ”a. Amma bu gün Qəndab xanımın ölüm xəbərini eşidəndən sonra yadıma düşdü. Sandıqdan çıxarıb bir də baxdım. İlk olaraq dünən üzünü köçürtdüyüm, atamın şair Balasadığa həsr etdiyi bir yazıdan Balasadığın iki misrası yadıma düşdü:

 

“Gözəllik kişiyə yaraşmır, ancaq

Yaraşır gözələ kişi qeyrəti”.

 

O qədər kişinin içində Qəndab xanımın özünü necə aparmasını görüb, xatırladım bu misraları. İkincisi, peşman oldum. Kitabı Qəndab xanıma çatdırmadığım üçün. Daha doğrusu mən çatdırmış sayılıram. Amma anlaşılmazlıq oldu. Atamın külliyyatının çapı gecikdiyinə görə “Qəndabım” şeirinin də yer aldığı “Dostlarım, tanışlarım” kitabını verdim Opera və Balet teatrının baş rejissoru Hafiz müəllimə. O da qoydu stolunun üstünə. Sonra zəng etdim Qəndab xanıma. Telefonu götürmədi. Beş-on gündən sonra bir də zəng etdim. Götürdü. Nəsə əvvəlki kimi şux gəlmirdi səsi. Dedim ki, “Qəndab xanım, cildlər gecikir, ona görə də kitabı tapıb verdim Hafiz müəllimə. Mümkünsə adam göndərin götürsün”. O da cavabında “nahaq ora vermisən. Ondan al, apar ver Rəssamlar İttifaqına. Keçəndə özüm götürərəm”.(Qəndab xanımın ifadələrini bir az yumşaltdığım üçün ruhu bağışlasın məni.)

“Başüstə” deyib sağollaşdım. Bir-iki dəfə Hafiz müəlimin yanına getsəm də, yerində tapmadım. Sonrasını isə bilmirəm – götürdü, ya yox?

Bu gün ölüm xəbərindən sarsıldım. Gücüm ona çatdı ki, atam Qabilin 24 mart 1993-cü ildə yazdığı “Qəndabım” adlı şeirini də bu qısa xatirəmə qoşub yayımlayım. Diski isə iki hissəyə – rəsmi və qeyri-rəsmi – bölüb ictimailəşdirəcəyəm. Əvvəlcədən xəbərdarlıq edirəm, Rəfail Hüseynov da orda xüsusi qeyd edir – Xalq rəssamı Fərhad Xəlilovun əlindəki araq yox, Borjomi butulkasıdır. Qeyd etdiyim məşhurların xorla və ya solo mahnı oxumasını da məhz bu diskdə görəcəksiniz. Xalq artistimiz Qəndab Quliyevanın mənə bağışladığı diskdə. Daha doğrusu qiymətsiz xatirədə.

 

QABİL

 

QƏNDABIM

 

Xalq artisti, müğənni Qəndab xanım Quliyeva üçün

 

Sənə heyran olmuşam

Vallahi, mən, Qəndabım!

İlin dörd fəslində də

Hüsnü gülşən, Qəndabım!

 

Tamaşadır qamətin

Doymaq olmur, Qəndabım!

Sənin yaraşığını

Öymək olmur, Qəndabım!

 

Astara sərvləri

Boyuna mat, Qəndabım!

Talış çal-şağırları

Xoş xatirat, Qəndabım!

 

Avazın bülbülləri

Utandırıb, Qəndabım!

Qışda qızıl qönçəni

Oyandırıb, Qəndabım!

 

Şirinsən, bal deyilsən

Lətafətin ayrıdır.

İş naz-qəmzədədir ki?!

Məlahətin ayrıdır.

 

Səhnəmin yaraşığı.

Leylilərin Leylisi!

Sənə qibtə eləyir

Əslilərin xeylisi.

 

Əli Kərim demişkən:

Oxu, ucalsın səsin.

Səsinin bir telinə

Zərrə zədə gəlməsin.

 

Ay ətrim, ay rayihəm,

Ay gülüm, ay gülabım.

Od duşsun şirin cana

Oxu, oxu, Qəndabım!

 

Saxta əzmə-buzməylə

Yox mənim haqq-hesabım.

Yol kəsib qan-qan deyən,

Ərəbzəngi Qəndabım!

 

Guşə-guşə gəzdikcə

Yanhayandı kababım...

Tarın pərdələrinin

Pərvanəsi Qəndabım!

 

Novruz xonçalarında

Şamım, iydəm, innabım.

Gəl, novruzgülü düzüm

Saçlarına, Qəndabım!

 

Qələbəyə inamım,

Möhnətə coxdu tabım.

O gün olsun xalqımın

Üzü gülsün, Qəndabım!

 

Gəl, İsa bulağına,

Ovuclarım su qabım...

Mən üstünə su atım

Sən də diksin, Qəndabım!..

 

Qoy bağlanır bağlansın

Sonra dəftər-kitabım.

Qarabağın maralı,

Ceyrangözlü Qəndabım!

 

24.03.1993


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6804 san