09:58 10 İyul 2017
1825 dəfə oxunub
Çap versiyası

 

 

Uşaqlığım düşdü yadıma...

Qonşuluqdakı fındıq bağı…

Bənövşə dərməyi, futbol oynamağı

Hamısını xatırladım bir bir.

Nə vaxt ayaq açdığım

Dəqiq yadıma gəlmir.

Uşaqlığım düşdü yadıma

Səhər tezdən anamın

"A bala, durun" deməyi.

və bir də səhər çağı

Atam gəldi şəhərdən.

Sevinərək geydim

aldığı boz şalvarı.

Ama çox olmuşdu

Üzü divara sarı

səssiz-səssiz ağlamağım.

Boynu bükük uşaqlığım...

Uşaqlığım düşdü yadıma

Uşaq olmaq istədim,

Uşaq kimi ağladım.

Birdən arvad-uşaq görər deyə

Tez qapını bağladım!

Durub güzgüdə baxdım özümə

Baxdım o yana, baxdım bu yana

Çırpına-çırpına, yana-yana

Nə ata gəldi, nə də ki ana...

Yox, mən daha çox böyüdüm

Bax, üz-gözüm də qırışır

Yox, mən daha çox böyüdüm

Mən illərlə, illər mənlə yarışır...

Uşaqlığım düşdü yadıma

Boz divarın sakit üzü.

O küçədən neçə dəfə keçdim,

Neçə dəfə dönüb baxdım

Divarlara həkk olubdu sanki üzü.

O küçədə sanki söndü baxtım

uşaqlıqda axtarıram mən o qızı...

Uşaq olmaq istədim

Uşaq kimi ağladım.

daha o bağ da yoxdu

elə küçə də yoxdu

Mən nələri itirdim.

Güzgüyə baxdım:

gözlərimdə bir qorxu

Bir nisgil bürüyüb bütün varlığımı -

İtirmək istəmirəm uşaqlığımı...


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6499 san