09:38 15 İyul 2017
3192 dəfə oxunub
Çap versiyası

(Uzun illərdir hər ayın 12-də görüşdüyümüz dostlarıma və digərlərinə)

 

Mənə şəklinizi göndərin,

        qoyum işdə, stolumun üstünə.

                   Elə şəkil ki, duruşunuz     

                                            məğrur, qürurlu,

                            üzünüz qayğılı və nurlu olsun.

   İşdən yorulanda, ya darıxanda,

               ya qarşıma bir mərdimazar çıxanda ,

             kiməsə hirslənib həyatdan

                                                 bezdiyim anda,

                                     durub üz-üzə şəklinizlə,

                                            söhbət edim, dərdləşim sizinlə.

 Unudum dərd, kədərimi,

      dünyanın hər qəzavü-qədərini.

  Şükr edib, tanrıya sizə görə,

           min dəfə, milyon kərə,

                                təsəlli tapım,

      sizə güvənim, sizə arxalanım.

 

    Mənə şəklinizi göndərin,

        qoyum edvə süfrəmin başında.

   Elə şəkil ki, üzünüzdə

                      təbəssüm, gülüş olsun.

 Əlinizdə də rumka olsa, lap yaxşı,

    görüb üzünüzdəki  o şirin baxışı,

 süfrəm, ocağım  sevinclə dolsun.

Yadıma düşsün  qayğısız günlər,

                                            qayğısız anlar,

        keçsin göz önündən bir lent kimi

       dünyanın ən dəyərli məclisi bildiyimiz

           o gözəl məkanlar, o xoş zamanlar.

Düşsün yadıma birinizin

     uzun illərdir hər məclisdə oxuduğu,

 “hələ mürəkkəbi qurumamış, təp-təzə şeirləri”,

              birinizin sakit-sakit,  bığaltı gülüşləri,

 və birinizin heç kimin incimədiyi “söyüşləri”.

  Düşsün yadıma bir az vurandan sonra

            ortaya atılan

            və elə orda da qalan,

       harasa səfərə  getmək planları.

  Birinizin “qağama söz vermişəm,

                   day bir də araq  içmərəm” kimi

             puça çıxardığınız yalanları.

Düşsün yadıma hər məclisdə

            analardan, nəvələrdən,

            nə bilim daha “nələrdən”

                              ayaq üstə deyilən tostlar,

mütləq xatırladığımız

 “özləri burda olmayıb,

                           ürəkləri burda olan dostlar.”

Hər tostun sonunda da,

             Qarabağ, Füzuli,

                     o torpaq, o su

 “Cıdır düzü”, ”Qarəmmədliyə ”

                qayıtmaq  arzusu.

Beləcə, gecə yarıyacan deyilən sağlıqlar,

                           durmaq istəməsək də, nəhayət,

                                   öpüşlər, ayrılıqlar.

 

Mənə şəklinizi göndərin,

    elə şəkil ki, hamınız bir yerdə.

  Və    yaxşı olar ki,

     əyninizdə  qara paltar, qara köynək,

                         üzünüzdə kədər, qəm.

 Ruhumun qonağı tək,

    assınlar şəklinizi məndən sonra,

                                    otağımdan,

             nə fərqi var, gec ya da tez,

               hamı kimi bir qün bu dünyadan

                               mən də gedəcəm.

 

  Eh, xatirələr o qədər, 

  deyiləsi sözüm çox,      

                 sonda bunu da deyim-

 Dünyaya etibar yox,

                  dostların qədrin bilin!

Sizsiz mənə çətindir,

          mənə şəkil göndərin,

                  mənə şəkil göndərin.

 Avqust, 2014. Praqa



Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
Sona Vəliyeva - Söz yolu
09:38 08.09/2017
Bir dəstə gül çələngi
09:01 31.08/2017
AXŞAMLAR SOYUQ OLUR...
11:53 06.12/2016
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5713 san