08:26 08 Avqust 2017
1609 dəfə oxunub
Çap versiyası

12 ilin sözü olar. Atam, anam, mən, həyat yoldaşım və iki qızım “Volqa” maşınımızda Yardımlıya gedirdik. Cümləm çox uzun oldu, eləmi? Yazsaydım ki, “ailəlikcə gedirdik” – bəs etməzdimi? Amma məqsədim var. Ona görə hamını
qeyd etdim. Maşını mən sürürdüm. Salyana çatmamış 100-cü kilometrdə
yol ayrıcı var. Burda həm də çayxana, kafe fəaliyyət göstərir. Mən də maşını qaydasında sürürdüm. Ümumiyyətlə lap düz yolda da sürəti 80-dən yuxarı qaldırmazdım. Bu yerə çatanda birdən kafedən pişik çıxıb yola doğru qaçmağa
başladı. Arxada maşın, qarşı tərəfdən də maşın gəlirdi. Əyləci bassaydım arxadan vuracaqdılar. Bəlkə də zəncirvari qəza yarana bilərdi. Sol tərəfə qaçırsaydım üzbəüz gələn avtomobilə
çırpılacaqdım. Başqa əlacım qalmadı. Pişiyi basdım. Bir
xırçıltı səsi gəldi. İndi də qulağımdadır. Bir az gedib maşını
saxladım. Üzümə su vurdum. Atam yaşına görə sürücülükdən
imtina etməsəydi bəlkə də ona verərdim sükanı. Bir
az özümə gəldim. Amma düz Yardımlıyacan 50-dən yuxarı
qalxa bilmədim. O xırçıltı səsi qulağımdan getmirdi. Rayon
mərkəzlərinin içindən keçəndə piyadalar öz yerində, gözüm
hey pişik axtarırdı. Qorxurdum. Mənəvi zərbə almışdım. Birdən
pişik olmayaydı, adam olaydı – bəs onda nə edəcəkdim.
Əyləci basıb maşını saxlaya biləcəkdimmi? Çox ölçdüm-biçdim.
Gördüm ki, yox. Şükür elədim. Amma pişik də canlı idi.
Məni polisə, müstəntiqə, məhkəməyə çəkmədilər, cəza da
vermədilər. Amma ki, cəzamı daxilimdə bu gün də çəkirəm.
Bakının dar küçələrindən keçdikdə hər hansı bir dalandan,
qapıdan yola uşaq çıxacağından ehtiyatlanıram. Pişik gəlib
durur gözümün önündə.

SÜRÜCÜ

Sürücülük sənət deyil. Amma çox məsuliyyətli bir işdir. Bu
əhvalatı oxumusunuz. Amma təkrar etsəm yerinə düşər.
“Atam təzə “QAZ 24-10” maşını almışdı. Qarajdan çıxarıb
silirdim. Bu dəm Bəxtiyar əmi (Bəxtiyar Vahabzadə) blokdan
çıxdı.
- Salam, Bəxtiyar əmi.
- Salam, ay bala. Əlini (sürücüsü) görməmisən?
- Yox.
- Mən də tələsirəm. Harda qaldı bu?
- Bəxtiyar əmi, mən apara bilərəm.
- Yox, ay bala, yolda bir qəza-zad törədərsən... Sonra gəl
Qabilə cavab ver.
Güldüm. Evli, bir uşaq atası olan mənə bu sözü deməyindən
özü də... Nə isə, balkonda dayanan Dilarə xalaya “Əliyə
deyərsən gələr universitetə. Mən tələsirəm, Mahirlə getdim”
deyib əyləşdi maşına. Çoxdan ürəyimdə qalan sualı ona
verdim.
- Bəxtiyar əmi, həmişə sizin də, atamın da maşını olub.
Amma atam maşını özü sürür, Siz isə sürücü saxlayırsınız.
Niyə?
- Ay bala, sürücü olmaq çox məsuliyyətli işdir. Birinci özünə
cavabdehsən, ikinci maşına, üçüncü də maşında oturanlara.
Mən bu boyda məsuliyyəti boynuma götürə bilmərəm”.
Bəxtiyar əmi bunu elə-belə demirdi. Özü maşın sürəndə
nəsə olmuşdu ki, bu qənaətə gəlmişdi. Ona görə sürücülərin
başqa adı da var: Potensial cani.

BƏSTƏKAR, QONŞU SÜLEYMAN ƏLƏSGƏROV

Altı nəfərdən ibarət İmamverdiyevlər ailəsi tətilə gedirdik.
Mən 4-cü mərtəbədən şey-şüyü daşıyır, baqaja yerləşdirirdim.
Atamsa həyətdə var-gəl edirdi. Nəhayət dəmir qapını
da bağlayıb anam, həyat yoldaşım, iki qızım həyətə düşdük.
Gördüm ki, atam qonşumuz, bəstəkar Süleyman Ələsgərovla
söhbət edir. Yəqin ona demişdi ki, rayona tətilə gedirik. Sağollaşanda
birdən Süleyman əmi atama:
- Qabil, bütün ailəni bir maşına otuzdurursan?
- Hə. Mahir təkdir, başqa uşaq yox, nəvələr balaca. Çox olsaydılar
iki maşın tutardım.
- Yox e... belə təhlükəlidir. Mən həmişə rayona gedəndə
ailəni ayrı-ayrı maşınlara otuzdururam. Allah eləməmiş bir
şey olsa kimsə sağ qalsın.

YEDDİ SANİYƏ

Atamın xalası oğlu vardı – Əsəd xalaoğlu. Yeyib-içən kişi
idi. Köhnənin də professional şoferi idi. Amma içəndən sonra
sükan arxasına oturanda sanki ayılırdı. Bir dəfə mənə də
öyüd-nəsihət kimi bir söz dedi:
- Mahir, yadında saxla, heç vaxt içib maşın sürmə.
- Niyə? Atam da içir, siz də. Sonra oturursunuz rula.
-Sən bizə baxma. Biz çətin düzələy. Amma bir şeyi başa
düş ki, içki hər hansı situasiyada reaksiyanı 5-7 saniyə azaldır.
Alə, bilirsən ki, 5 -7 saniyə nədir? Maşın sürəndə iki saniyə
də bəs edər ki, kimisi görməyib basıb keçəsən. Bir də ki, qəza
zamanı taqsır lap səndə olmasın. İçkilisənsə taqsırkar səni
çıxardacaqlar.
Düzdür, buna riayət etmirdim. Atam öləndən sonra başladım
əməl eləməyə. Çünki bir qələt eləsəydim dalımca polisə
gələn olmayacaqdı. İndi-indi başa düşmüşəm ki, istər arxan
olsun, istər olmasın adam içkili vəziyyətdə sükan arxasına
oturmaz. 48 yaşım var – deyəsən gec başa düşmüşəm, amma
axır ki, başa düşmüşəm. Cavan uşaqlar da mənim yaşıma çatanda başa düşəcəklər.

QAN BAHASI

Hərə bu sözü bir cürə başa düşür. Çoxu bunu kimsə kimsəni
bilməyərəkdən öldürən vaxt, xüsusilə də yol-qəza hadisələrində, taqsırkar tərəfin dəfn xərclərini, dəymiş ziyanı ödəməsini,
hətta ortaya nəğd pul qoyub bağışlanmasını diləməsini
qan bahası kimi başa düşür. Bəzən bir nəfərin ölməsi bütün
ailənin dirçəlməsinə, xoşbəxtliyinə, hətta qohum olmağına səbəb
olur. Burda zərər çəkənlə zərər vuranın ailələrinin intellektual
səviyyəsini qeyd etmək yerinə düşərdi. Amma atam
danışdığı bir əhvalatla qan bahasının tamam başqa bir şey olduğunu mənə anlatdı:
“Qədim Bakıda, qoçularının pistoletlə gəzdiyi, bir sözə
görə insanların hamının gözü qabağında bir-birini öldürdüyü
vaxtda yaşlı ər-arvad küçəylə gedirmişlər. Birdən avaranın
biri bunlara yanaşır. Arvada söz atır. Kişinin əli silaha gedir.
Amma birdən dayanır. Avara da gülə-gülə qadına sataşmağında
davam edir. Kişi səbr edərək, əlini cibinə salır. Bir beşlik
qızıl çıxararaq avaraya verir. O da qızılı alır, ağzını yumur,
sevinə-sevinə onlardan aralanır. Arvadı soruşur:
-Ay kişi sən nə edirsən? Öldürmədin öldürmədin. Heç olmasa
bir şapalaq çəkəydin, uzanaydı yerə. Sən isə çıxarıb pul
verirsən. Özü də qızıl.
-Arvad, bir səbrin olsun.
Beləcə ər-arvad yollarına davam edirlər. Səfil də pulu əlində
oynada-oynada qabaqdan bir başqa kişiylə gələn arvaduşağa
yaxınlaşıb onlara da sataşır. Kişi də hirslənib, qəməsini
çıxararaq soxur bu avaranın qarnına. O da sərələnib yerə ölür.
- Arvad, gördün? Mən ona pul verəndə o bədbəxt elə başa
düşdü ki, mən sataşmağını qiymətləndirdim. Həvəslənib gedib
qabaqdakılara da sataşdı ki, bəlkə o da pul verə. Nəticədə
qanına qəltan elədilər. Əslində isə o bir qızıl onun qan
bahası idi. Qanı məndən uzaq oldu”.
Düzdür, bu əhvalat inandırıcı görsənməsə də, öz ailəsinin
qanını pulla qiymətləndirməyi – qan bahası deyib pul götürməyi
şəxsən mən düzgün hesab etmirəm. Və bu cür insanlara
pis baxıram. Bağışlayırsansa bağışla. Heç bir qan bahası olmadan.
Buna deyərəm böyüklük, kişilik, müdriklik. Sonrası
başqa söhbətdir. Qan bahası deyil. Mərdliyə layiqli qarşılıq
verməkdir.

ŞAMAXI

Sovet vaxtı QAZ-24-ü olanları barmaqla göstərirdilər. Toylarda
da “Volqa”yla maşın gətirmək prestij sayılırdı. Şamaxıda
bir ailə vardı. Müəllim ailəsiydi. Oğlu Tibb institutunun
üçüncü kursunda oxuyurdu. Atasının QAZ-24-ü vardı. Tətilə
gələndən-gələnə maşını o da sürürdü. Bu cür tətillərin birində
dostunun toyu olur. O da bir dost kimi maşınıyla birlikdə
olur dostunun əmrinə müntəzir. “Volqa”nı bəzəyirlər, kapotuna
gəlincik bərkidirlər. Şamaxıda dəbdir. Balaca uşaqlar gəlin
maşınının qabağını kəsərlər. Kəndə yaxınlaşanda uşaqlar
nəinki yolu kəsirlər, hətta üzüm plantasiyalarından artıq qalan
dəmir tellərlə yolu bağlayıb dururlar. Maşın onlara yaxınlaşır.
Xələt alandan sonra uşaqlar teli yoldan çıxarıb boşaldırlar.
Sürücü də yerindən tərpənir. Beş metr aralanmamış birdən
qəribə xırçıltı, qışqırıq səsləri gəlir. Maşından düşüb görür ki,
balaca bir uşaq təkərin altında can verir. Sonradan aydın oldu
ki, demə teli yığışdırarkən bir ucu maşına ilişib, o biri ucu isə
onu yığışdıran uşaqlardan birinin şalvarının balağına. Maşın
hərəkətə başlayanda dartıb salıb təkərin altına.
Düzdür bu, hadisədir. Heç kim istəməzdi ki, belə olsun.
Uşağın valideynləri, qohumları da, hüquq-mühafizə orqanları
da buna anlaşıqlı yanaşmışdılar. Amma bu mənzərəni görən
sürücü heç cürə özünü bağışlaya bilmədi. Məhkəməni məcbur
elədi ki, onu həbs etsinlər, türməyə salsınlar. Baxmayaraq
ki, ali məktəbdən də qovulacaqdı. Həbsə getdi, dörd il yatdı,
çıxdı və bununla da yüngüllük tapdı. Yenidən instituta girdi,
evləndi. Həyat davam elədi.

SON
Maşınsız həyatımızı təsəvvür etmək çətindir. Amma bu cür
hadisələr başına gəlməyə.


Müəllifin digər yazıları

  1. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  2. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  3. "Arvad, qadın və sekskukla"
  4. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  5. Mahir Qabiloğlu - "Arvad və maşın"
  6. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  7. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  8. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  9. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  10. LUSİNE NERSESYAN, CAN, CAN...
  11. BULUDXAN XƏLİLOV VƏ MƏN
  12. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  13. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  14. AzTV nədir?
  15. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  16. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  17. TÖHMƏT
  18. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  19. JURNALİST VƏ XORUZ
  20. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  21. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  22. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  23. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  24. QAN
  25. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  26. Atam Qabilin “dərs”i
  27. “QATİLƏ”
  28. Hidayət Zeynalov nəvə toyu görmədi
  29. Öl deyəndə öl, qal deyəndə qal
  30. Arvada işim düşür...
  31. QURD YAĞI
  32. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  33. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  34. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  35. GÖZƏL İBRAHİM
  36. Zaur, bizi yetim qoyma!
  37. Mahir Qabiloğlunun köhnə arzuları
  38. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  39. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  40. Əmir Mustafayevin toyu
  41. HİDAYƏT VƏ FATMA
  42. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  43. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  44. Arvad, Allah verəndən gətir!
  45. İsmayıl Şıxlının böyük günahı
  46. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  47. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  48. Q. idi, Mən idim, Ş. idi...
  49. Bacarırsan yaşa, Bacarmırsan öl
  50. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  51. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  52. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  53. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  54. Sona Tağıyevanın məktəbi
  55. KİTAB OĞRUSU
  56. Ağasəlim Abdullayev, bağışla!
  57. BİZİM TELLİ PƏNAHQIZI
  58. Hacıbala Abutalıbovun Kişi sözü
  59. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  60. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  61. AĞACIN QARĞIŞI
  62. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  63. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  64. Milli komandamıza qara zurna kömək olsun
  65. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  66. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  67. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  68. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  69. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  70. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  71. RADİO VƏ DEPUTAT
  72. POLİS NƏCİB PEŞƏDİRMİ?
  73. Leyla Yunus papağı polisin başından qapdı və ...
  74. BOZQIRIN YALQUZAĞI
  75. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  76. DEBİL ARMEN -2
  77. DEBİL ARMEN - I
  78. Təhsil Nazirliyi və TQDK bir olsa...
  79. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  80. Vəzifəli balasından şikayət məktubu
  81. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3648 san