09:41 11 Avqust 2017
4992 dəfə oxunub
Çap versiyası

Evlənmirdim. Güclə evləndirdilər. Arvadın qırxı cıxan kimi buynuzları da görünməyə başladı. Kasıb ailədən idi. Atası da ölmüşdü. Bir gözə çarpan cehizi də yox idi. Amma neyləsin ki, ata evinə vida demişdi. İndi mənim familiyamı daşıyırdı. Televizora rahat baxa bilmirdik. Ona görə yox ki, Azərbaycanda normal bir kanal yoxdur. Taqsır reklamlarda idi. Dəqiq desək bir reklamda: “Ata ilə uşaq bir-biriylə oynayır. Birdən atanın yadına arvadı düşür. Qızından soruşur ki, anan hanı? O da cavab verir ki, anam həmişəki kimi boşqabları yuyur. Ata da o saat gedir qabyuyan maşın alır. Sonda da deyir: “Axı, sən qadınsan, qabyuyan deyilsən””. İlk söz-söhbətə də bu reklam bais oldu.
Biz atamdan, anamdan ayrı yaşayırıq. Gündə də vur-tut 3-4 boşqab bulaşa ya bulaşmaya. Amma bu reklamı gündə 30 dəfə eşidirdim. 10 dəfə televiziyadan, 20 dəfə arvaddan. “Axı mən qadınam, qabyuyan deyiləm”. Deyə də bilmirdim ki, belə lazımlı şey idi, cehiz gətirəydin də. Axırda bezdim. Kreditə girib qabyuyan maşın aldım.
Bir müddət başım sakit oldu. İndi də paltaryuyan yada düşmüşdü. İki ay da beləcə başım getdi. Arvad yenə də qalib gəldi. Axı, o qadındır, paltaryuyan deyil?!
Bir müddətdən sonra ətçəkən, blender, tozsoran, avtomatlaşdırılmış döşəməsilən və daha nələr, nələr aldım. Axı, o qadındır, süpürgəçi deyil?! 
Axı o qadındır, döşəmə silən deyil?! Dünyaya bir uşağımız da gəldi. İndi də gecələr yata bilmirdim. Rejim qoymuşdu. 4 saat mən, 4 saat da o növbətçilik edirdi. Uşaq da gecə ilə gündüzü səhv salmışdı. Günorta o yatırdı, arvad da rahat nəfəs alırdı. Səhər işə gedəndə gözlərim yumulu gedirdim. Dinəndə də deyirdi ki, “uşaq həm sənindir, həm də mənim. Atam evindən gətirməmişəm ha”.
Günlərin bir günü Rusiyanın Həştərxan şəhərinə ezamiyyətə göndərdilər. Təsadüfən üstündə “Sexshop” yazılan bir mağaza diqqətimi çəkdi. Axı, bizdə belə şeylər yoxdur. İçəri girdim. Çox maraqlı idi. Bir sekskukla diqqətimi daha çox çəkdi. Deyəsən istədiyimi tapmışdım.
Şəhərə qayıtdım. Evə girəndə arvadın da, uşağın da gözü çantamda idi. Onların hədiyyələrin verdim. Sonra da öz kuklamı çıxartdım. Yanımda əyləşdirdim. Əlimi çiyninə qoyub televizora baxmağa başladım. Arvadın gözü hədəqəsindən çıxdı: “Ay kişi, bu nədir?”
Arvad, axı sən qadınsan...

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.922 san