Azərbaycan-ABŞ münasibətləri: humanitar və iqtisadi əlaqələr

08:41 / 29.07.2017

Böyük siyasi nüfuzu və iqtisadi potensialı ilə beynəlxalq aləmdə həlledici mövqeyə malik ABŞ dünya siyasətini müəyyən edən, onun nizamını dəyişməyə qadir olan fövqəldövlətdir. O, hegomon dövlət olaraq bütün beynəlxalq və regional təşkilatların aparıcı üzvü və yönləndiricisidir.
ABŞ politoloqu Z.Bjezinski qeyd edirdi ki, “məhdud ərazi miqyası və az əhali sayına baxmayaraq böyük enerji resurslarına malik olan Azərbaycan geosiyasi cəhətdən həlledici əhəmiyyət kəsb edir. O, Xəzər dənizi və Orta Asiyada yerləşən zəngin resurslara çıxışın həlledici nöqtəsidir” (1, 314). Elə bu fikri əsas götürərək deyə bilərik ki, Azərbaycan da ABŞ-ın maraq və mənafe dairəsində olan dövlətdir.
Müstəqilliyin ilk illərində rəsmi ABŞ böyük geostrateji əhəmiyyəti olan Azərbaycanla geniş əlaqələr yaratmağa, bölgədə gedən ictimai-siyasi dəyişikliklərə və hərbi problemlərə müdaxilə etməyə səy göstərirdi. Bu məqsədlədə 1992-ci ilin iyul ayında ABŞ Prezidenti Birinci Corc Buş Azərbaycan Prezidentinə öz ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələr yaratmağa və münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirən məktub ünvanlayır və ABŞ-ın dövlət katibi Ceyms Beyker iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədi ilə Bakıya səfər edir. Lakin Azərbaycanın ABŞ üçün əhəmiyyətini düzgün qiymətləndirə bilməyən o zamankı hakimiyyət bu əməkdaşlığı yüksək səviyyəyə qaldıra bilmir. Bir tərəfdən yenicə müstəqillik elan etmiş Azərbaycan Respublikasında xarici siyasətin zəifliyi, bir yandan da Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış çətinliklər 1992-1993-cü illərdə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində işləri ləngidirdi. Digər tərəfdən də ABŞ-da etibarlı dayaq və güclü təsir mexanizmlərinə və təşkilati strukturlara malik olan erməni lobbisinin fəaliyyəti Vaşinqtonun respublikamıza qarşı ciddi sanksiyalar tətbiq etməsinə gətirib çıxardı. Belə ki, 1992- ci ilin oktyabrında ABŞ Konqresi senator C.Kerrinin təklifi ilə Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığıa dəstək aktına 907-ci düzəliş” deyilən sənədi qəbul etdi. Müstəqilliyə yenicə qədəm qoyan dövlət olaraq siyasi və iqtisadi dəstəyə daha çox ehtiyac duyan Azərbaycan yeganə keçmiş Sovet respublikası idi ki, ona qarşı ədalətsiz olaraq “907-ci düzəliş” kimi məhdudiyyətlər tətbiq edilmiş və bununla da Azərbaycan-ABŞ münasibətlərində ciddi soyuqluq yaranmışdı (3).
1993-cü ilin yanvarında Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev yenicə prezidentlik fəaliyyətinə başlayan Bill Klintona məktub göndərərək ümidvar olduğunu bildirir ki, o, müstəqil Azərbaycan Respublikasına xoş və xeyirxah münasibət bəsləyəcək, dünyanın bir çox regionlarında baş verən silahlı konfliktlərin həllinə nail olacaq, Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınmasını aradan qaldırmaq üçün Amerika dövlətinin bütün imkanlarından istifadə edəcəkdir.
Bunun ardından, 1993-cü ilin yanvarinda ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə bəyanat verərək, münaqişəni nizama salmaq üçün tezliklə ATƏM-in Minsk konfransının çağrılmasına tərəfdar olduqlarını bildirirlər, fevralın 4-də isə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Mayls Naxçıvana səfər edir və Azərbaycana qarşı hər cür yardımı qadağan edən "907-ci düzəlişə" baxmayaraq, Amerikadan Naxçıvana humanitar yardımla yüklənmiş təyyarə gəlir.
1993-cü ilin aprelində ABŞ Prezidenti Bill Klinton Azərbaycan Prezidentinə ermənilərin Kəlbəcəri işğal etməsini pisləyən məktub göndərdi. Həmin dövrdə ABŞ Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və münaqişənin ATƏM çərçivəsində danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanması və onun həyata keçirilməsi istiqamətində də səylər göstərirdi.
Beləliklə, 1993-cü ilin əvvəllərindən başlayaraq Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yumşalması müşahidə olunur. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə xarici siyasət sahəsində, o cümlədən də ABŞ ilə münasibətlərdə ciddi irəliləmələr özünü gösrərməyə başlayır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev 1993-cü ilin sentyabr ayında ABŞ Prezidenti Bill Klintona, vitse-prezident Albert Qor və Konqresin spikeri Tomas Foliyə məktub göndərərək ABŞ Konqresi tərəfindən qəbul edilmiş 907-ci düzəlişin qeyri-obyektiv olduğunu əsaslandırmış və Azərbaycan barəsində ayrı-seçkilik bəndinin ləğv olunması üçün tədbirlərin görülməsini xahiş etmişdi. Cavab məktubunuda ABŞ Prezidenti Azərbaycana edilən son hücumları və bunun nəticəsində bir çox Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyərək münaqişənin aradan qaldırılması üçün Dağlıq Qarabağ ermənilərinə və Yerevan hökumətinə ciddi təzyiqlər göstərilməsi haqqında məlumat vermiş və Amerikanın Azərbaycana bundan sonra 907-ci düzəliş qüvvədə qalmaqla, qeyri-hökumət təşkilatları xətti ilə ciddi kömək göstərəcəyini bildirmişdir.
Həmin ilin oktyabrında ABŞ Dövlət Departamenti Azərbaycanın cənub-qərbinə erməni silahlı qüvvələrinin hücumu ilə əlaqədar bəyanatla çıxış etmiş və işğal olunmuş bütün ərazilərdən hərbi qüvvələrin çıxarılmasını təkidlə tələb etmişdi. Bu bəyanat iki ölkə arasındakı münasibətlərin müsbət istiqamətə yönəlməsinin ilkin göstəricisidir.
Siyasi xadim Z.Bjezinski, ABŞ konqresmeni C.Kennedi, T.Penni və başqaları 1994-cü ilin ikinci yarısında həm Prezident Bill Klintona, həm də Konqresə müraciətlər edərək, Azərbaycanla hərtərəfli əlaqələrin əhəmiyyətini anlatmış, bu ölkəyə qarşı Konqresin qəbul etdiyi 907-ci düzəlişi aradan götürməyə çağırmışlar. Həmin ilin dekabrında ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) Budapeşt sammitində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi M.Olbrayt və Dövlət Departamentinin yeni müstəqil dövlətlərlə baş əlaqələndiricisi C.Kollinzin təşəbbüsü ilə Avropanın müxtəlif bölgələrində baş verən münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsini ayrı-ayrı dövlətlərin inhisarından çıxarılıb, birbaşa ATƏT-in ixtiyarına verən qətnamə qəbul olunmuşdur. İlk dəfə olaraq Azərbaycanı tamamilə təmin edən bu qətnaməyə görə, münaqişə zonalarında, o cümlədən də Dağlıq Qarabağ ətrafında baş verən problemin həllində hansısa bir ölkənin deyil, ATƏT-in sülhməramlı qüvvələrinin yerləşdirilməsi məqsədəuyğun bilinmişdir.
1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerikanın bir sıra görkəmli ictimai və siyasi xadimləri ilə çoxsaylı görüşlər keçirmiş, iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərini müzakirə etmiş, Azərbaycan haqqında həqiqətin dünyada, xüsusən də ABŞ-da yayılması istiqamətində danışıqlar aparmışdır. O, 1995-ci il oktyabrın 7-də Bakıda işgüzar səfərdə olan ABŞ-ın "Amerikares" humanitar təşkilatının fəxri sədri, görkəmli siyasi xadim Z.Bjezinskini qəbul edərkən demişdir: "Biz istəyirik ki, Azərbaycan haqqında həqiqət hər yerdə, xüsusən də ABŞ-da və ölkənizin beynəlxalq əlaqələrlə, siyasətlə məşğul olan dairələrdə bilinsin" (5).
1995-ci ilin mayında Azərbaycana müxtəlif humanitar yardımların verilməsini nəzərdə tutan "Xelms layihəsi" deyilən sənəd də məhz Konqresdə erməni lobbisinin ciddi müqaviməti ilə rastlaşmış və təxirə salınmışdır.
1996-cı il Azərbaycan-Amerika münasibətlərində dönüş ili oldu. Belə ki, yaranmış münasibətlərin və getdikcə dərinləşən strateji əməkdaşlığın müsbət təsiri nəticəsində 1996-cı ilin yanvarında konqresmen C.Vilsonun təşəbbüsü və bir çox digər Amerika rəsmi dairələrinin dəstəyi ilə Konqresdə "Azərbaycana birbaşa humanitar yardım göstərilməsi haqqında" qanun layihəsi bəyənilmiş və erməni lobbisinin ciddi müqavimətinə baxmayaraq təsdiq edilmişdi. Qanuna görə, əgər Prezident müəyyən etsə ki, qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana göndərilən yardım qaçqınların və məcburi köçkünlərin ehtiyaclarını lazımi dərəcədə ödəmir, onda hökumət təşkilatları bu işə qoşula bilər. Prezident Bill Klinton tərəfindən elə həmin gün imzalanan bu qanunu iki ölkə arasındakı əlaqələri məhdudlaşdıran 907-ci düzəlişin aradan qaldırılmasına və Azərbaycan-Amerika münasibətlərinin əhəmiyyətli dərəcədə dəyişməsinə doğru atılan böyük addım hesab etmək olardı.
Lakin ABŞ-ın erməni diasporunun güclü təsiri və xüsusi səyi ilə 1996-cı ilin iyun ayında ABŞ Konqresinin Nümayəndələr palatasında ölkələrimiz arasında münasibətlərin inkişafına ziyan vuran "Porter əlavəsi" deyilən yeni bir sənəd qəbul edildi ki, bu da Azərbaycanda ciddi narazılıq doğurdu. Azərbaycan hökumətinin bəyanatı və görülən digər ciddi tədbirlər nəticəsində 1996-cı ilin iyulunda ABŞ Senatı xarici dövlətlərə yardım haqqında qanun qəbul edərkən "Porter əlavəsi"ni müzakirə etmiş və Amerikanın prinsiplərinə zidd layihə kimi rədd etmişdir. ABŞ Konqresi yekun qərar qəbul edərkən büdcənin xarici ölkələrə yardım bölməsində Azərbaycana humanitar yardım məsələsi uzlaşdırıcı komissiyasının verdiyi təklif şəklində qəbul edildi.
İki ölkə arasındakı münasibətlərin yaxşılaşması və yüksələn xətlə inkişafı 1997-ci ilin may ayında demokrat B.Şermanın Amerikanın erməni lobbisinin təsiri ilə Dağlıq Qarabağa birbaşa humanitar yardım edilməsi ilə bağlı təklifi ABŞ-ın qanunverici orqanında rədd edilməsinə və Prezident B.Klintonun Prezident Heydər Əliyevi iyul-avqust aylarında ABŞ-a rəsmi səfərə dəvət etməsinə gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyev deyirdi ki: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” (6). Yeni müstəqillik yoluna qədəm qoymuş ölkni gücləndirmək üçün iqtisadi dirçəlişə nail olmaq lazım idi. Bu məqsədlə hökumət ABŞ-ı və Qərb dövlətlərini Azərbaycanla iqtisadi əməkdaşlığa və iqtisadi tərəfdaşlığa cəlb etmək istiqamətində iş aparır, ölkənin mümkün potensialı və təbii resursları nəzərə alınaraq qarşılıqlı sosial-iqtisadi əməkdaşlıq yaratmağın yollarını axtarırdı. Bu məsələdə Xəzər nefti ən yaxşı vasitə idi.
Bu istiqamətdə ilk dəfə olaraq 1994-cü il avqustun 10-da Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyevlə Amerikanın Yunayted BMB Qrup Şirkəti rəhbərləri çox mühüm bir müqavilə imzaladi. Həmin müqavilə 20 il müddətinə bir neçə yüz milyon barel gücündə olan iki neft yatağının birgə işlənməsini və istismarını nəzərdə tuturdu.
Bunun ardınca 1994-cü ilin sentyabr ayının 20-də 7 ölkənin 11 neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundan 30 il müddətinə dəyəri 50 milyard dollara bərabər olan 511 milyon ton neft çıxarmağı nəzərdə tutan müqavilə bağlandı. "Əsrin müqaviləsi" adlanan neft kontraktlarına ABŞ-ın "Amoko", "Pennzoyl", "Yunokal", "Eksson" kimi iri neft şirkətləri də cəlb edilmişdir. “Aəzri”, “Çıraq” və “Günəşlı” yataqlarının birgə istismarını nəzərdə tutan "Əsrin müqaviləsi"ndə investisiya payının 47%-i ABŞ şirkətlərinə məxsus idi (4).
Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Höküməti arasında bağlanan transmilli neft-qaz sazişinin imzalanması göstərirdi ki, Qərb və xüsusilə də ABŞ regionda öz geoiqtisadi planlarını reallaşdırmaq məqsədilə ciddi addımlar atmağa hazırdır. ABŞ politoloqu Ariel Koen “Əsrin müqaviləsi”nə münasibət bildirərkən qeyd edirdi ki: “...tarixdə ilk dəfə ABŞ və onun müttəfiqləri Avrasiyanın daxili məkanlarına və burada olan zəngin iqtisadi resurslara çıxış əldə edirlər” (2, 110).
Məhz bu müqavilədən sonra Amerika-Azərbaycan əməkdaşlığının davamı olaraq Xəzər neftinin hasili və dünya bazarlarına nəqli ilə bağlı müxtəlif investisiya layihələri işlənib hazırlandı və müqavilələr bağlandı. İqtisadi əməkdaşlığın siyasətlə sıx bağlı olduğunu bildirən Prezident Heydər Əliyev xüsusi qeyd edirdi ki, ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyəti nəticəsində Amerikanın bu bölgədə strateji məqsədlərinin möhkəmlənməsi üçün əsas yaranmışdır. Politoloq A.Abbasbəyli “Dünya siyasəti” kitabında yazır ki: “ABŞ Xəzər regionunda neft hasilatından çox onun üzərində nəzarətə daha daha maraqlıdır. O, regionda öz kapitalını yerləşdirib və iri neft-qaz layihələrinə əsasən genişlənməyə davam etməklə sonradan bu kapitaldan regionda daha da möhkəmlənmək məqsədilə istifadə etməyə cəhd göstərir. Xəzər nefti Amerikanın neft idxalının diversifikasiyasını təmin edəcək mənbələrdən biridir ki, diversifikasiya da ABŞ-ın enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir” (1, 314).
1996-cı ilin oktyabr ayında ABŞ Prezidenti Bill Klintonun MDB dövlətləri ilə energetika və ticarət əlaqələri üzrə rəsmi nümayəndəsi Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə apardıqları danışıqlar ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına mühüm təkan vermişdir. Həmin ilin dekabrında Bakıda ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən onlarla şirkət və birliklərinin, iş adamlarının fəaliyyətini tənzimləmək, vahid bir mərkəzdən onlara istiqamət vermək baxımından çox böyük əhəmiyyət kəsb edən ABŞ Ticarət Palatasının rəsmi açılışı oldu.
Bunun ardınca isə ABŞ-ın daha iki nüfuzlu və aparıcı neft şirkətləri hesab olunan "Amoko" və "Yunokal" Azərbaycanın "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının istismarı üzrə imzalanmış növbəti konsorsiumda 55,5 faiz payla iştirak etmişdir. Bu, Azərbaycanda neft yataqlarının istismarı sahəsində ABŞ şirkətlərinin payının çoxluq təşkil etdiyi ilk müqavilə idi.
Azərbaycan-Amerika münasibətlərinin və əlaqələrinin zirvəsi ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyevin Amerikaya 1997-ci il iyulun 27-dən avqustun 7-dək davam edən rəsmi səfəri hesab olunur.
Amerikanın görkəmli dövlət və siyasi xadimi Z.Bjezinski Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfərini Amerikanın Qafqazda yeritdiyi regional siyasətdə yeni mərhələnin başlandığını sübut edən epoxal və tarixi bir hadisə hesab etmişdir (7).
Səfər zamanı Azərbaycan Prezidenti ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə Azərbaycan və ABŞ arasında energetika sahəsində dövlətlərarası dialoqun yaradılmasına dair saziş bağlamış və Amerikanın "Şevron", "Pennzoyl", "Yunokal", "AMOKO" kimi böyük neft korporasiyasının rəhbərləri, "Motorolla" şirkətinin nümayəndələri və digər iş adamları ilə bir neçə işgüzar görüş keçirmiş, iki ölkə arasında mövcud iqtisadi əlaqələrin genişlənməsi və inkişaf imkanlarını müzakirə etmişdir.
Azərbaycan-ABŞ münasibətləri, xüsusən iqtisadi əməkdaşlıq məsələləri 2004-cü il avqustun 9-da Prezident İlham Əliyevin senator T. Stivensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə və 2004-cü il oktyabrın 5-də Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan işçi qrupunun səkkizinci iclasında da geniş müzakirə olunmuşdur. İki ölkə arasındakı iqtisadi əlaqələr digər dövlət rəsmilərinin, xüsusən aidiyyatı üzrə nazirlərin qarşılıqlı səfərləri çərçivəsində də gündəliyə gətirilmiş, ciddi qərarlar qəbul olunmuş və həyata keçirilmişdir.
Beləliklə Azərbaycan ABŞ-ın xüsusi marağında olan Şərq-Qərb nəqliyyat-kommunukasiya və tranzit dəhlizinin (TRASEKA layihəsi) yaradılması və fəaliyyətində mühüm rol oynayır. Cənubi Qafqaz və Xəzər bölgəsində Azərbaycan bütün qlobal problemlərin həllində ABŞ-ın yaxın müttəfiqi və etibarlı tərəfdaşı kimi çıxış edir.

 

Ədəbiyyat


1. Abbasbəyli A. Dünya siyasəti (XX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri). Bakı, 201.
2. Novruzov N.Xarici siyasətin Azərbaycan modeli. Bakı, 2012.
3. Həsənov Ə. Azərbaycan geosiyasəti. Bakı, 2015.
4. Məmmədov N. Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı, 2013.
5. www.anl.az/down/meqale/ses/2013/yanvar/290685.htm
6. files.preslib.az/projects/toplu/umummilli_lider.pdf
7. referat.ilkaddimlar.com/d_pdf_refe_ekono_7819.pdf

Açar sözlər: Siyasi nufuz və iqtisadi potensial; strateji əməkdaşliq; diaspora; hərbi təcavüz; neft-qaz ehtiyyatlar.

Ключевые слова: Политическое влияние и экономический потенциал; стратегические партнерства; диаспора; военная агрессия; запасы нефти и газа.

Keywords: Political influence and economic potential; strategic partnerships; diaspora; military aggression; oil and gas resources.

Резюме
В статье изучаются связи между Азербайджаном и США в гуманитарной и экономической сфере, и отмечается, что трудности, возникшие в сфере гуманитарной помощи нашей стране в результате 907-й поправки, были устранены после серьёзных усилий и предпринятой успешной внешней политики Общенационального Лидера Гейдара Алиева. Кроме того, выявляются главные особенности экономического сотрудничества между двумя странами, а также основные черты сильных взаимосвязей в энергетической и торговой сфере. Восточно-Западный Транспортно-Коммуникационный и транзитный коридор двух стран (ТРАСЕКА), тесное экономическое сотрудничество в области углеводородных ресурсов Каспийского бассейна было привлечено к исследованию.

Summary
The article explores the relationship between Azerbaijan and USA in the humanitarian and economic spheres. According to result of 907- amendment in the field of humanitarian aid from the United States to Azerbaijan faced serious challenges where thanks to the efforts of national leader Heydar Aliyev those challenges were eliminated. Apart from the economic cooperation between the two countries, energy and trade cooperation emphasizes essential aspects of a solid bilateral relationship. Transportation opportunities, East-West transit corridor (TRACECA) and close economic cooperation in the fields of hydrocarbon resources of the Caspian basin have been involved in the research.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017


Şəhrİyar Məmmədov
Xəzər Universiteti




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM