19:45 20 Avqust 2017
1048 dəfə oxunub
Çap versiyası
...

Strategiya.az publika.az-a istinadən ordusu olmayan ölkələri təqdim edir:

Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.

İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.

Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.

Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.

Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.

Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.

Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni Zelandiya və Avstraliya ordusu hərəkətə keçəcək.

 

Lixtenşteyn: 1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.

 

Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.

Palau: Heç bir zaman ordusu olmadı. Amerikada xüsusi birliklərlə razılaşdı. Ölkədə ədalət üçün çalışan 30 hüquqşünas var. Cinayət nisbəti sıfır səviyyəsindədir.

Solomon Adaları: 1998-2006-ci illər arasında etnik qarşıdurmalar yaşanması nəticəsində Avstraliya və digər Sakit okean ölkələri araya girərək sülhü təmin etdi. Ordusu yoxdur.

Saint Lucia: Ada ölkəsinin təhlükəsizliyini 116 nəfərlik polis təşkilatı qoruyur.

Saint Vincent və Grenadines: Böyük Britaniya ordusu ilə razılaşdı. Təhlükəsizliyini 94 nəfərlik bir qurum təmin edir.

Samoa: 1962-ci ildə müstəqilliyini qazandığından bəri ordusu yoxdur. Yeni Zelandiya ilə bir anlaşması var. Buna görə orduya ehtiyacı olduğunda Samoanı Yeni Zelandiya ordusu qoruyacaq.

Tuvalu: Böyük Britaniyadan 1978-ci ildə ayrıldığından bəri ordusu yoxdur. Ölkədə yalnız kiçik bir polis təşkilatı var.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3678 san