11:32 21 Avqust 2017
346 dəfə oxunub
Çap versiyası
...

 

Yulğun kollarını məhv edən şəxs cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin "Qaynar xətt”inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin yerli qurumunun əməkdaşları şikayəti yerində araşdırıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar olunub.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub. İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat məbləğində ziyan tətbiq olunub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah sulu qar yağacaq
12:57 24.11/2017
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4513 san