08:08 22 Avqust 2017
224 dəfə oxunub
Çap versiyası
...



“ASAN Könüllüləri” Təşkilatının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Könüllülər Yurdu-Azərbaycan” layihəsi davam edir.

Könüllülərin növbəti toplantısı Gəncədə olub.

Nizami yurdunda gənclər "Siqaret alma, alma al" devizi altında maraqlı bir aksiya da keçiriblər.

Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” – layihə çərçivəsində bu adlar altında aksiyalar təşkil olunur.

Məqsəd gəncləri maarifləndirilmək, onların şəxsi inkişafını stimullaşdırmaq, könüllülük hərəkatının daha da genişlənməsinə nail olmaqdır.

Bu gün Gəncə şəhərindəki Xan bağında isə ASAN könüllüləri layihə çərçivəsində maraqlı bir aksiya keçiriblər. “Siqaret Alma, Alma Al” devizi altında təşkil olunan aksiyada məqsəd adında da məlum olduğu kimi insanları zərərli vərdişdən qurtulmağa sövq etməkdir. 100 dən artıq könüllünün qatıldığı aksiyada, siqaretdən istifadə edən şəhər sakinlərinə alma verib, əvəzində əllərindəki siqareti alıblar.

Ölkənin 24 şəhər və rayonunu əhatə edən “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə Bakıdan start verilib. Avqustun 25-də Qəbələdə isə layihə başa çatacaq.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3103 san