08:15 30 May 2014
7218 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Salam, Sabir müəllim!

   2012-ci il may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam oldu.Aradan iki il keçməsinə baxmayaraq,hələ də  dahi şairin müəllimlik fəaliyyətinin işıqlandırılmasında kitablardan kitablara keçən məşhur səhvlər  təkrarlanır.Maraqlı burasındadır ki,bu səhvlər şagirdlərin elmiliyinə doğruluğuna  inandıqları və güvəndikləri   güvəndikləri dərsliklərdə də özünə yer tapır, müəllimlərin çoxu da bu səhvləri şagirdlərinə  həqiqət kimi təqdim edirlər.M.Ə.Sabirin qısa müəllimlik fəaliyyətinə həsr edilmiş bu yazıda yeri gəldikcə şagirdlərimizi çaşdıran  məqamlara aydınlıq gətiriləcəkdir. Bu səhvləri bu gün deməsək, bu gün redaktə etməsək, sabah artıq gec olacaqdır. Necə deyərlər,  sürətlə şütüyüb gedən  elektrik qatarının arxasınca baxa-baxa qalacağıq.

                                                    ***

Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biridir. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır

                                                   ***

.Sabir maarifçilik ideyalarını təbliğ edən şeirlərinin  müəyyən hissəsini  hələ müəllimlik etmədiyi  illərdə yazmışdır.Onun ilk mətbu şeiri"Şərqi-Rus" qəzetinin 27 iyun 1903-cü il tarixli 37-cü nömrəsində dərc  olunmuş 23 beytlik  təbrik  qəsidəsidir.Şeir Tiflisdə Azərbaycan dilində  M.Şahtaxtinskinin redaktorluğu ilə "Şərqi-Rus" adlı  qəzetinin nəşrə başlaması münasibətilə yazılmışdır.

Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb  həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır. Bu, adi təbrik, etik baxımdan elitar cəmiyyət üçün  məqbul görünən sayğı deyildi.  Bu təbrik adı hələ o  vaxtadək geniş oxucu kütləsinə məlum olmayan Ələkbər Tahirzadənin maarifçi poeziyaya gəlişinin təsdiqi idi. Burada hələ poeziyamızın inqilabi sarirası yox idi.  Bu, ipək yolunun üstündə, müəllimi S.Ə.Şirvaninin kimsəsiz qalan   məzarından 4-5 dəqiqəlik yolu- zaman məsafəsi olan  evindən  Tiflisə sarı boylanıb  pıçıltı ilə tərif oxuyan   41 yaşlı şamaxılı Ələkbərin  poeziyaya  atılan ilk rəsmi və qətiyyətli addımı idi. Bəlkə kiməsə qəribə görünəcək:saymışam, bu şeirdə izafətlərlə bir yerdə 199 söz var.Başqa yanaşma ilə,  şeirdəki sözlərin sayını sayı 5-10 dənə artırmaq olar.Bugünkü ziyalılar,hətta bəzi akademiklər üçün çətin cözlərdir.Amma "Şərqi-Rus" un  türk ellərindəki mollaxana təhsilli oxucularınınasanlıqla başa düşdüyü sözlərdir:

Şükrlillah ki, afitabi-süxən

Şərqi mənadan oldu çöhrənüma;

Çıxdı bir gün ki,tələtindən edə

Məşriqü  məğrib əhli kəsbi - ziya...

 (Allaha şükr ki, söz günəşi Şərqdən peyda oldu.Elə bir gün çıxdı ki.onun tilu etməsi  şərq və qərb əhlini ziyalandırdı).

Şerin sonrakı beytləri də elm və maariflətutumlu sözlərlə bəzədilmişdir:

Kəsbi elmə səbəb fərahəmdir,

Sabira, bir zamanayıl,yatma!

Qıl dualar ki,"Şərqi-Rus"umuzun

Tələtindən olar cahan beyza( burada- tam işıqlanmaq mənasındadır-N.N.).

M.Ə.Sabirin bizə məlum olan ikinci  mətbu  şeiri 1 iyul 1905-ci ildə "Həyat" qəzetinin 19-cü nömrəsində  dərc olunandə "Beynəlmiləl müsəmmənidir( cəkkizliyidir). Burada da  hələ ki sonralar daha yaxşı tanınan Sabirə xas olan  satirik münasibət,satirik yanaşma yolu yoxdur, şair lənətə gəlmiş lblisin bostanını daşlayır,"həqqi xalqa bildirib,dəfinə çarə" axtarır.1905-ci ilin o vaxtı Sabir 44 yaşının hələ ki cəmi bircə ayını yaşamışdı. Sabir hələ müəllim deyildi . Onun müəllim çörəyi  yeməsinə hələ 4 il qalırdı.

   Ələkbər əvvəlcə mollaxana təhsili almışdı.Mollaxanadan sonra məşhur "Məclis məktəbi"ndə cəmi 2 il təhsil almışdı.O, burada S.Ə.Şirvanidən dərs almış, S.M.Qənizadə ilə sinif yoldaşı olmuşdur.XI sinfin dərsliyindəSabirin "Məclis məktəvində 11 il  (1874-1883-cü illərdə) oxuduğu göstərilir və iradlara baxmayaraq,həmin səhvilk nəşrdən dərsliyə kölgə salır.Yadınızdan çıxmasın ki, 1883-cü ildə Sabirin 21 yaşı var idi. M.F.Axundzadədən başqa hələ heç kim   bu yamda ibtidai məktəbdə oxumayıb. S.M.Qənizadə xatirələrində  Sabirin "Məclis məktəbində cəmi iki  il oxuduğunu yazır.

M.Ə Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda  pərvazlanmış, buradakı zəkalı müəllimlərdən  dərs almış,  həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və  Mozdolevskidən etdiyi tərcümələr  də təsdiq edir.

                                                              ***

“Məclis  məktəbi”ndə Sabirə Cəlaləddin Ünsizadə, Seyid Əzim Şirvani kimi milli qeyrətli, elmə, təhsilə bağlı olan aydın düşüncəli müəllimlərin dərs deməsi gələcək şairin  mənəvi  aləmini  xeyli zənginləşdirib. Onlarin hər ikisi Şamaxının ən savadlı müəllimlərindən sayılır, Şamaxı pedaqoji mühitinin aparıcı qüvvələri kimi tanınırdı.

M.Ə.Sabirin  müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin, "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin  redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən  təzkirə-ədəbiyyatşünaslıq  əsəri yaratmışdır. C.Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxi mətbəəsində çap  etdirdiyi "Hesab" dərslıyi   uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas  dərs  vəsaiti olmuşdur.

 Məclis məktəb”ində ana dili və şəriət müəllimi  işləyən S.Ə.Şirvani  Sabirin “şair və tərcüməçi kimi yetişməsində  böyük rol oynamışdır.

M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz,   Bəhaiddin  kimi şairlərinin yaradıcılığına yaxşı  bələd  imiş. Onun  farsdilli poeziyadan ilk   mükəmməl tərcümələri məhz  məktəb illərinə təsadüf  edir.

 M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O,  uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan  dilinə tərcümə  edirmiş.

    Atasının təkidi ilə iki ildən sonra "Məclis məktəbi"ndən uzaqlaşan  Sabir atasına ticarət işlərində  kömək edir.  O, bir müddətdən sonra atasının icazəsi  ilə Səbzəvar,  Xorasan,  Nişapur,  Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir  Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin  qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır.

Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt  Zaqafqaziya Müəllimlər Seminariyasında  inspektor (müfəttiş)  işləyən  məktəb dostu  S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən  şikayətlənir.

Dostu cavab məktublarının  birində   Zaqafqaziya  Müəllimlər  Seminariyasında  yaxın vaxtlarda bir müəllim yeri boşalacağını  və  müəllimlik  kağızı  olacağı  təqdirdə  Sabirin  bu vəzifədə işləyə  biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən  F.Köçərlinin  daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə)  təyin olunacağı   gözlənilirdi-N.N.).      

Məsələ  burasındadır ki,  o vaxtlar savadlı adamların Quberniya  Ruhani  idarələrinin  birində  yüksək səviyyəli komissiya qarşısında imtahan  vermək  yolu ilə attestat alması mümkün idi.  Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir.  O, bu məqsədlə  1908-ci il  fevralın  12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir.  Rəsmi dairələrdə  Mirzə Ələkbər Məşədi  Zeynal oğlu  kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir.  Onunla imtahan verənlərin demək olar ki,  hamısı yaşadıqları  ərazilərin  tanınmış  din xadimləri idi,  yazı-pozu  əhli  idi,  lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq  olunmuş  “prixod mollası və müəllim” attestatı yox idi.   

Aydınlıq üçün deyək ki, “prixod  mollası  və müəllimlik  attestatı” imtahanları Qafqaz Canişininin 5  mart  1876-cı ildə  təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı.  Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan  ötrü  imtahan verən hər bir   şəxs  müəzzin  (azançı)  üçün tələb   olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin  (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.)  və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan  Azərbaycan  və  fars dillərini mükəmməl bilmək, yaxşı  xətlə yazmağı  bacarmaq tələb olunurdu. Quranın  oxusunda orfoepik normalara əməl  etmək, cümə günü və dini  bayram  günlərində  tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı   bilmək, qan və süd  qardaşlığı qohumluq  dərəcəsini  müəyyənləşdirmək bacarığı   proqramın  əsas  tələblərinə aid  idi.

Prixod mollası  və müəllimin öz  fikrini tatar (Azərbaycan-N.N. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.

Rus və fars dilərində  yazılmış imtahan  protokollarının sonunda iddiaçının  prixod  mollası  adına layiq olub-olmaması  xüsusilə  vurğulanırdı.

 Mirzə  Ələkbər  Məşədi Zeynal  oğluna və onunla bir yerdə imtahan  verənlərə  aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı  Mircəfərzadə, məclis üzvləri Axund  Ağa  Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və  Axund Ağa  Əlizadə imzalayıblar. Sənədlər  baxılmaq  və  təsdiq olunmaq  üçün  aprelin 19-da  Tiflisə-Zaqafqaziya  Ruhani   İdarəsinin sərəncamına göndərilmişdi.

O vaxt   artıq bir neçə ay  idi  ki, Zaqafqaziyada  şeyxülislam vəzifəsi  boş  idi: 1879-cu ildə  Qori  Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada  oxuyan  şiəməzhəb tələbələrin  ana  dili  və  şəriət  müəllimi olmuş, sonralar uzun müddət  ruhani  idarəsinə  rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il  noyabrın 18-də   ömrünün  64-cü  ilində  vəfat etmişdi.

Aprelin 22-də Tiflisə  çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də   Bakının  Qobu   kənd  sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid  Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini  Mehdi bəy  Molla  Əbdülhəsən  Kərbəlayı  İsmayıl  oğluna və şamaxılı Mirzə  Ələkbər Məşədi Zeynal oğluna  prixod mollası  və  müəllimlik attestatı (diplomu yox-  N.N.) verilir. 

Mirzə  Ələkbərin   bəxtinə  944  nömrəli  attestat  düşür.                

M.Ə.Sabir müəllim işləmək üçün  attestatı  Şamaxı  Əhli-Təsənni  Ruhani İdarəsinin  xəttilə də   ala  bilərdi.  Şeirlərinin  birində  yazdığı  kimi, onun babası  sünni, nənəsi  isə şiə idi. O, sünni   ruhani məclisinin sədri Hacı Məcid  Əfəndi Əfəndizadə ilə səmimi dostluq   münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin  matəminə Sabirin iki mərsiyə yazması  bu münasibətdən irəli gəlirdi.

Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı  Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü  göndərdiyi  ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl -  fevralın  12-də  yazmışdı.

Sabirin  Bakı  Quberniyası  Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun  Zaqafqaziya  Müəllimlər  Seminariyasında şiəməzhəb uşaqlara  dərs deyən  Firudun bəy Köçərlinin yüksək  vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf  ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan,  Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən,  bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.

Əhvali-ruhiyyəsi  gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi)  ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.

M.Ə.Sabir  1908-ci ilin iyun ayında  “Tazə həyat”  qəzetində Bakıda təzə açılan “Səadət “ adlı  məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən  məktəbin rəhbərliyinə  yazılı şəkildə müraciət edir, lakin Sabirin  müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək  arzusu  baş  tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.

1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı  açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru  (müfəttişi)  S.M.Qənizadənin  kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov  soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya  Müəllimlər Seminariyasının məzunu idi.

Bu faktları da xatırlamaq  yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.)  Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci  ildə  Tiflisdəki Aleksandrovski  Müəllimlər  İnstitutunu bitirmişdilər.

S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli  təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa  bir  müddətdə  belə məktəblərin sayı  xeyli artmışdır.

“Məktəb“ jurnalının  1912-ci ildəki 21-ci  nömrəsində   S.M.Qənizadənin   türk   dünyasının  görkəmli  ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif  cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və  İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar.

1910-cu ilin əvvəllərində Sabir  Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd  məktəbində  işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il  iyulun 12-də dünyasını dəyişir.

Hələ attestat  almamışdan  əvvəl xalq  içində  Mirzə Ələkbər  kimi  tanınan, ana dili ilə yanaşı,  fars və ərəb  dillərini də  şeir yazmaq  dərəcəsində mükəmməl bilən,  dövrün  vacib  və  qaçılmaz  tələbi  ilə  rus dilini  də  öyrənməyə məcbur  olan  Mirzə  Ələkbər  Məşədi  Zeynal  oğlu Tahirzadənin  (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din  dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi  üç  ildavam edir.

Yaxşı  müəllimlərin yaxşı  şagirdi  olan,  xalq  pedaqogikasının  incəliklərini  mükəmməl  bilən,  Azərbaycan  dilinin  musiqi  və təranələrini bu dili bilənə də,  bilməyənə də  sevə-sevə  sevdirən  M.Ə.Sabirin  ictimai-siyasi  həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya  durduqca, ağıllı sözə  ehtiyac duyulduqca davam  edəcəkdir.


Müəllifin digər yazıları

  1. Atamın türkdilli məktubları
  2. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  3. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  4. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  5. Bu dünyanın qızıl günü
  6. Qafur Rəşad Mirzəzadə fenomeni
  7. Papaq və qalstuk məsələsi
  8. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  9. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  10. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  11. Atamın şəkli
  12. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  13. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  14. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  15. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  16. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  17. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  18. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  19. Qara qoçun nağılı
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  21. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  22. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  23. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  24. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  25. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  26. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  27. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  28. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  29. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  30. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  31. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  32. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  33. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  34. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  35. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  36. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  37. Nüktələr və nöqtələr....
  38. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  39. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  40. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  41. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  42. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  43. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  44. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  45. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  46. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  47. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  48. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  49. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  50. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  51. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  52. Bağışla, bağışla, bağışla bizi
  53. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  54. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  55. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  56. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  57. Bizə ən gərəkli - Fil hesabatı
  58. “Bağçasaraydan göndərilən məktub”
  59. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  60. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  61. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  62. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  63. Doğma yurdun qış lövhələri...
  64. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  65. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  66. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  67. Hamıya dostam mən,bir qardaşam mən
  68. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  69. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  70. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  71. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  72. Söz sözü çəkər, əgər sözün közü varsa
  73. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  74. Müəllim olanda da yaxşı müəllim olun
  75. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  76. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  77. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  78. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  79. Ay Allah bəndəsi, niyə yazıqsan?
  80. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  81. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  82. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  83. Təbrizdən kənd məktubları
  84. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  85. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  86. Dünya yaman dünyadır
  87. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  88. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  89. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  90. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  91. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  92. Sözgəlişi, ola bilər düzəlişi...
  93. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  94. Bu Dünya- Şirin Dünya.....
  95. Göz görür,ağıl kəsir....
  96. Tərcüməsiz başa düşülən tatar bayatıları
  97. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  98. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  99. Mənim nəğməli bibim - Foto
  100. Sən yazmasan,mən yazaram
  101. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  102. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  103. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  104. Qulam Məmmədli-120
  105. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  106. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  107. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  108. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  109. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  110. Bu tarix ki var, qəliz məsələ imiş......
  111. SÖZ KİMİNDİR?
  112. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  113. Mənim dualarım
  114. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  115. Təzadlar, ay təzadlar....
  116. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  117. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  118. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  119. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  120. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  121. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  122. Testdən qəsdən danışmırıq
  123. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  124. Dərsliklərimizin halı və vəziyyəti
  125. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  126. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  127. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  128. Hırsızın gözü əlyazmalara düşdü
  129. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  130. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  131. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  132. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  133. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  134. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  135. Hacı Səid Əfəndi Ünsizadə-191
  136. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  137. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  138. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  139. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  140. Bir daha Ünsizadələr haqqında
  141. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  142. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  143. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  144. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  145. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  146. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  147. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  148. Bizə hansı elmlər lazımdır və yaxud ...
  149. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  150. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  151. Soyqırımı günündə dostumu itirmişəm
  152. Bu yaz bir başqa yazdır
  153. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  154. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  155. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  156. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  157. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  158. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  159. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  160. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  161. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  162. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  163. Dərgahdan başlanan yol
  164. Fikrin ifadə formalarından biri
  165. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  166. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  167. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  168. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  169. Təhsil tariximizin maraqlı səhifələri
  170. Təhsil tariximizdən maraqlı səhifələri
  171. Akademiklərin cərgəsindəki müəllim
  172. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  173. Mübarizə bu gün də var,sabah da...
  174. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  175. "Əkinçi" qəzeti-140
  176. Mustafanın Çanakkala məktubu
  177. Məktəbdə elm və texnologiya həftəsi
  178. Mübarizə bu gün də var, yarın da....
  179. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  180. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  181. Yazımızın tarixi-özümüzün tarixi
  182. Fikrət Sadıq -Dədə Qorqud
  183. Tədqiqatçı öz fikrində israrlıdır
  184. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  185. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  186. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  187. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  188. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  189. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  190. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  191. "Bağçasaraydan göndərilən məktub"
  192. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  193. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  194. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  195. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  196. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  197. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  198. Abdulla Şaiqin uşaq bağçası
  199. "Ziya"nın biblioqrafiyası
  200. Kasıblığın üzü qara olsun
  201. Bu gün M.Ə.Sabirin ad günüdür
  202. Keçən günə gün çatarmı ... - Fotolar
  203. Elmə yönələn yolun başlanğıcı - FOTO
  204. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  205. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  206. Ucundadır dilimin həqiqətin böyüyü ...
  207. İlk hesab dərsliyimiz
  208. Yusif Vəzirovun kölgədə qalan yazıları
  209. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  210. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  211. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  212. Dərslik, dərslik, yenə də dərslik...
  213. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  214. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  215. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  216. "ZİYA"lı ziyalı - Foto
  217. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3546 san