10:06 29 Avqust 2017
3554 dəfə oxunub
Çap versiyası
...

Təxminən 10 gün əvvəl xalq artisti Nazpəri Dostəliyevanın evini qarət edən şəxslər saxlanılıb. Məlum olub ki, evə açarseçmə yolu ilə daxil olan şəxslər içində külli miqdarda pul və qızıl olan seyfi aparıblar. Dəstə üzvləri polis tərəfindən saxlanılıb.

Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan dəstə üzvləri ifşa edilib.

Hadisə avqustun 19-da paytaxtın Nərimanov rayonunda baş vermişdi. Nazpəri Dostəliyeva rayon polis idarəsinə məlumat verib ki, mənzilindən naməlum şəraitdə içində külli miqdarda pul və qızıl olan seyf oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı, hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyini müəyyən edib. Keçirilən tədbirlər nəticəsində adı çəkilən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar mənzilə açarseçmə üsulu ilə daxil olublar.

Oğurluq edən şəxslər seyfi əvvəlcə Novxanı qəsəbəsin, ordan isə Asif Həmidovun idarə etdiyi avtomobillə Yunis Hüseynlinin Sumqayıtda, 9-cu mikrorayon ərazisində yerləşən qarajına gətirərək orada kəsiblər. Dəstə üzvləri oğurluq qızıl-zinət əşyaların satışından gələn gəliri öz aralarında bölüblər.

Həmin şəxslər seyfi Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Saxlanılan şəxslərin yaşadıqları mənzillərə baxış zamanı oğurluq yolla əldə etdikləri maddi vəsaitlərin bir qismi aşkar edilib. Saxlanılan şəxslərin yaşadıqları evdən və avtomobillərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.564 san