10:46 31 Avqust 2017
751 dəfə oxunub
Çap versiyası
...

Amerikalı aktyor Leonardo Di Kaprio xeyriyyə fondu “Harvi” qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb.

Strategiya.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib: “Biz Leonardo Di Kaprio və onun fonduna əliaçıqlığa görə son dərəcədə minnətdarıq. Qasırğanın vurduğu ziyan bizdən ən yaxşını tələb edir”.

Xəbər verildiyi kimi, bir qədər əvvəl Oskar mükafatı laureatı Sandra Ballok da qasırğadan zərər çəkənlərə yardım üçün bir milyon dollar yardım edib. Vəsait Amerika Qırmızı Xaç Komitəsinə köçürülüb.

Qeyd edək ki, Texasda baş verən “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Musiqili Teatrda həftəsonu
13:48 21.02/2018
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7594 san