23:10 11 Sentyabr 2017
559 dəfə oxunub
Çap versiyası
...

"Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, həmin təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq:

Aylıq ödəniş gecikdiyində ipotekada olan mənzil, satışa çıxarılacaq...

Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Həmin təkliflərin Parlamentdə qəbul ediləcəyi halda ev, məhkəmə qərarı olmadan hərraca çıxarılacaq.

Bu, ipoteka kreditləri verilən zaman müqavilədə də öz əksini tapacaq. Kredit götürən şəxs, ödənişi yubatdığı halda məhkəməsiz əmlakı satışa çıxarılmasına razılıq verəcək. Dəyişikliyə əsasən hərraca çıxarılan mənzildən gələn gəlir, tərəflər arasında daha rahat bölüşdürüləcək. Yəni müqavilədə tərəflərin pay sahibliyi də əks olunacaq. Digər tərəfdən isə evə vətəndaşın da iştirakı ilə qiymət təyin olunacaq.

Ekspert Vüqar Bayramovun fikrincə bank ipotekanın aqibəti ilə bağlı sərbəst qərar vermiş olacaq.Bu isə ipoteka krediti götürüb mənzil alanların ödənişi yubatdığı halda illər ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2742 san