23:13 11 Sentyabr 2017
311 dəfə oxunub
Çap versiyası
...

Gədəbəydə kartofa düşən xəstəlik kəndlilərin probleminə çevrilib. Rayonun 6 kəndində bu tərəvəzə düşən yara məhsuldarlığı ciddi şəkildə aşağı salıb. Artıq 5 ildir ki, mənşəyi bilinməyən xəstəliyin dərdi tapılmır.

5 ildir əkib-becərirlər, ancaq çıxan məhsul zəhmətlərini yerə vurur. Gədəbəyin Şınıx mahalında kəndlilər bir neçə ildir kartofdan xeyir görə bilmirlər. Səbəb isə məhsulda yaranan xəstəlikdir.

Dəmyə becərilən tərəvəz əvvəllər sakinlərin əsas məşğuliyyəti və gəlir mənbəyi olsa da, son illər torpağa düşən xəstəlik qarşısında aciz qalıblar. Təsərrüfatçılar deyir ki, yığılan bütün məhsula yara düşüb.6 kənddə mənşəyi bilinməyən xəstəlik mahal boyu yayılıb. Həyətyanı torpaqlarla yanaşı pay sahələrində də eyni vəziyyət hökm sürür.

Kəndlilər deyir ki, problemlə əlaqədar aidiyyəti qurumlara məlumat verməyiblər. Ancaq kənd təsərrüfatı apteklərindən mütəmadi olaraq dərmanlar alıb istifadə ediblər. Bu da xəstəliklə mübarizədə heç bir məticə verməyib. Hər il başqa növ toxumlardan istifadə etmələrinin də heç bir köməyi olmayıb.

Gədəbəy Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsindən isə bildirdilər ki, bu vəziyyətdən xəbərdardırlar.Yaxın zamanda torpaqdan nümunə götürülüb Elmi Tədqiqat Bitki-Mühafizə Mərkəzinin nəznində Laboratoriyada analiz ediləcək və daha sonra bu istiqamətdə tədbirlər görüləcək.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3961 san