14:49 12 Sentyabr 2017
163 dəfə oxunub
Çap versiyası
...

Şəkidə yanğın hadisəsi baş verib.

Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, yanğın N. Nərimanov küçəsində fəaliyyət göstərən Teymur Sadıqova məxsus ümumi sahəsi 32 kv/m olan mağazada baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyəti cəlb edilib. 


Yanğının qarşısı qısa müddət ərzində alınıb. Buna baxmayaraq, mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb.

Teymur Sadıqov (zərərçəkən): "İçəridə "peç" və digər başqa yanacaq yox idi. Bağlayıb gedəndən 20 dəqiqə sonra yanmağa başladı. Yanğınsöndürənlərə zəng elədik, gec gəldilər. Yanıb külə döndü, içəri girmək mümkün olmadı".

Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. 

Yanğının səbəbi aparılacaq araşdırmadan sonra bəlli olacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Payız gəldi...
08:50 23.09/2017
Ağcabədidə yanğın olub
08:25 23.09/2017
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4582 san