15:13 12 Sentyabr 2017
442 dəfə oxunub
Çap versiyası
...

İraq Kürdüstan Regional Hökumətinin sentyabrın 25-də keçiriləcək "müstəqillik referendumu" ilə əlaqədar İraq Məclisində müzakirələr olub. Parlament səs çoxluğu ilə referendum qərarını rədd edib.

 

Bu barədə millət vəkillərindən Əli Safi bəyan edib. Onun sözlərinə görə qərara qarşı çıxan kürd parlamentarilər zalı tərk edib.

 

Xatırladaq ki, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani 7 iyulda siyasi partiyalarla həyata keçirdiyi iclasdan sonra sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini elan etmişdi.

 

İraqın baş naziri Heydər əl-Abadi isə Bərzaninin referendum elanından sonra verdiyi açıqlamada bunun Konstitusiyaya zidd olduğunu bildirərək, nəticələri tanımayacaqlarını elan etmişdilər.

 

Yeri gəlmişkən qeyd edək ki, bu gün İsrail növbəti dəfə Kürdlərin İraqdan ayrılması referendumunu dəstəklədiyini bildirib./faktxəbər


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Həbs edildi
08:03 20.06/2018
 
Xəbər başlıqları
21-06-2018
21.06.2018 Neft ucuzlaşıb
21.06.2018 Bakıda yanğın
20-06-2018
20.06.2018 Yay gəlir...

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0647 san