16:15 12 Sentyabr 2017
121 dəfə oxunub
Çap versiyası
...

“Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.

2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.

Strategiya.az ICTnews-a istinadən xəbər verir ki, “Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.

2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.

Sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq, onların cihazına zərərverici proqramlar qurulur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
2837 qərar qəbul edilib
14:58 19.09/2017
VƏTƏNİN CƏSUR OĞLU...
09:34 19.09/2017
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2505 san