17:00 12 Sentyabr 2017
263 dəfə oxunub
Çap versiyası
...

“Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynayacaq. Onlar həyacanlı olacaqlar. Amma rəqibi qiymətləndirməmək düz çıxmaz”.

Bu fikirləri 1983-88-ci illərdə “Çelsi”də oynamış şotlandiyalı futbolçu Pet Nevin klubun rəsmi saytında çıxan yazısında qeyd edib.

ÇL-in qrup mərhələsinin bu gün axşam keçiriləcək “Çelsi” - “Qarabağ” oyunu barədə fikirlərini qələmə alan P.Nevin yazıb: “Mən onların “Seltik”lə oyunlarını izləmişdim. Onların çox yaxşı oyun tərzi, futbolçularının istedadı var. Xüsusən komandada qol vurmaq üçün güclü ruhu qeyd edərdim. 

"Qarabağ" bu mərhələyədək 6 çətin oyun keçirib. Daha zəif kimi görünmələrinə baxmayaraq, tariximizə baxsaq, bu cür komandalarla görüşlərdə xal itkilərimizin də olduğunu görə bilərik. Məsələn, "Basel"lə oyunu göstərmək olar. Lakin bu mövsüm qrup mərhələsinin püşkatması bizim üçün çox çətin olduğundan Azərbaycan çempionuna qarşı hər 2 oyunda qalib gəlməyi mütləq hesab edirəm".

Qeyd edək ki, ÇL-in “Çelsi”- “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3007 san