17:14 12 Sentyabr 2017
310 dəfə oxunub
Çap versiyası
...

Payızın gəlişi ilə infeksion xəstəliklərin də "mövsümü" başlayır. Tibb mütəxəssislərinin fikrincə, adətən fəsil keçidləri zamanı insan orqanizmində müəyyən dəyişiklər yaşanır. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü qabarıq büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Mütəxəssislərin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var: havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsi və sair.

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, qrip virusları soyuqda daha da fəallaşır. Havaların soyuması infeksion xəstəliklərin, o cümlədən qripə yoluxmaların sayını artırıb. Qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə belə orqanizmdən tam sovrulmur. Odur ki, həkimlər qripə qarşı ehtiyatlı davranmağı məsləhət görür.
 
İnternet vasitəsilə dərman almaqdan çəkinin!
Ekspertlər xəbərdarlıq ediblər ki, internetlə qrip dərmanının alınması təhlükəli ola bilər. Çünki, təklif edilən dərmanlar çox zaman saxta olurlar. Alıcılara çox zaman şəkər və ya siçan zəhərindən düzəldilmiş məmulatlar satılır. Bu kimi şeylərlə qarşılaşmamaq üçün ən doğru yol həkimə müraciət etməkdir. Həkiminizin yazdığı resept əsasında apteklərdən dərmanlar almağınız məsləhət görülür.
 
Qripdən necə qorunmalı?
Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Aşağı temperaturda yaxşı inkişaf edən qrip virusları isti mühitə davam gətirmir. İnfeksiya mənbəyi isə xəstə insanlardır.
Uşaqların bu xəstəliyə tutulması isə daha təhlükəlidir. Çünki immuniteti hələ zəif olan azyaşlılar lazımi dərman preparatlarını qəbul etmək istəmədiyindən, bu onların tez sağalmasına mane olur.
Həkimlər qripə yoluxma baş verdikdə dərhal ağırlaşmaya qarşı profilaktik tədbirlərdən və təbii müalicə üsullarından istifadə etməyi məsləhət görür.
Tərkibi C vitamini ilə zəngin qidalar, məsələn, limon, apelsin kimi meyvələrin qəbulu da qriplə mübarizədə əlverişli sayılır. Xəstəliyin ətrafa yayılmaması üçün qoruyucu maskalardan istifadə etmək və xəstə olan otağın havasının dəyişdirilməsi də vacibdir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3189 san