08:52 13 Sentyabr 2017
124 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Lənkəran şəhərində dəniz sahilində iki minanın aşkarlanması barədə məlumatlar daxil olub.

ANAMA-dan  bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Lənkəran şəhərində 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanan iki ədəd tank əleyhinə mina (TM-62M) götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Minaların aşkarlandığı ərazidə 2 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Agentlik tərəfindən yanvarın 1-dən sentyabrın 12-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 13 otlaq sahəsinə, 12 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, hərbi hissənin yaxınlığına, gəmilərin yanalma məntəqəsinə, su nasos stansiyası yaxınlığına, 169 ev və həyətyanı sahəyə, bir kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, “Norm” sement zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 6809 ədəd partlamamış hərbi sursat, tank əleyhinə 199, piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib.

Bu müddətdə ümumilikdə 4 milyon 715 min 467 kvadratmetr ərazi (737 min 683 kvadratmetr əllə, 1 milyon 607 min 140 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2 milyon 257 min 644 kvadratmetr isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3358 san